Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4150/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" ASC ilə Cavabdeh qarşı - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 115752-CNS-41087 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 26436.12 manat məbləğində əsas borcun, 1086.48 manat məbləğində faizin, 584.05 manat məbləğində cərimənin, cəmi 28106.65 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 174.32 manat dövlət rüsumunun Cavabdeh alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tələblərinin banka girov qoyulmuş, girov predmeti olan Televizor “Samsung” (diaqonal 82), Televizor “Samsung” (diaqonal 103), Televizor “Samsung” (diaqonal 140), Soyuducu “Hitachi”, Paltaryuyan maşın “Samsung”, Qabyuyan maşın “Bosch”, Kondisioner “Gree”, Quraşdırılmış soba “Hisense”, Mikrodalğalı soba “Hisense”, Kondisioner “Bosch”, Noutbuk “Acer”, Apple ipad air, Apple Macbook pro, Yumuşaq mebel, Qonaq mebeli, Yatmaq mebeli, Kuxna mebeli, Komandor, Qaz plitəsi “Bosch”, Aspirator “Bosch”, Kondisioner “Mitsubishi”, Kombi “İmmergas”, Mətbəx robotı “Kitchenaıd”, Tozsoran robotı “Tefal”, Kofe maşını “Delonghı”, Ev kinoteatrı “Saundbar Sony HT-Z9F” yönəldilməsi və ev əşyaların açıq hərracdan satılması, həmin ev əşyaları açıq hərracdan satılmasından əldə edilən vəsaitdən – qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 115752-CNS-41087 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair “Müştəri Ərizəsi” bağlanılmış və illik 12.99 faiz hesablanması şərti ilə 59 ay müddətinə 39987 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 20000xx-xx-2332 saylı, xx.xx.2022-ci il tarixli “Ev əşyalarının girovu müqaviləsi)”nə (bundan sonra “girov müqaviləsi”) əsasən mülkiyyətində olan Televizor “Samsung” (diaqonal 82), Televizor “Samsung” (diaqonal 103), Televizor “Samsung” (diaqonal 140), Soyuducu “Hitachi”, Paltaryuyan maşın “Samsung”, Qabyuyan maşın “Bosch”, Kondisioner “Gree”, Quraşdırılmış soba “Hisense”, Mikrodalğalı soba “Hisense”, Kondisioner “Bosch”, Noutbuk “Acer”, Apple ipad air, Apple Macbook pro, Yumuşaq mebel, Qonaq mebeli, Yatmaq mebeli, Kuxna mebeli, Komandor, Qaz plitəsi “Bosch”, Aspirator “Bosch”, Kondisioner “Mitsubishi”, Kombi “İmmergas”, Mətbəx robotı “Kitchenaıd”, Tozsoran robotı “Tefal”, Kofe maşını “Delonghı”, Ev kinoteatrı “Saundbar Sony HT-Z9F” iddiaçıya məxsus girov qoymuş vəbu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 115752-CNS-41087 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair “Müştəri Ərizəsi” ilə bağlanmış müqavilədən görünür ki, Cavabdeh illik 12.99 faiz hesablanması şərti ilə 59 ay müddətinə 39987 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli № 2000xx-xx-2332 saylı ev əşyalarının girovu müqaviləsinin surətindən görünür ki, tərəflər arasında 115752-CNS-41087 saylı kredit müqaviləsindən əmələ gələn pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə müqavilədə göstərilən əmlakın “Bank”-ın xeyrinə girov qoyulması və girovla təmin edilmiş öhdəlikləri “Girov qoyan” tərəfindən icra edilmədikdə, pul tələblərinin girov predmeti hesabına ödənilməsi barədə girov müqaviləsi bağlamışlar. xx.xx.2022-ci il tarixli № 2000xx-xx-2332 saylı ev əşyalarının girovu müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Televizor “Samsung” (diaqonal 82), Televizor “Samsung” (diaqonal 103), Televizor “Samsung” (diaqonal 140), Soyuducu “Hitachi”, Paltaryuyan maşın “Samsung”, Qabyuyan maşın “Bosch”, Kondisioner “Gree”, Quraşdırılmış soba “Hisense”, Mikrodalğalı soba “Hisense”, Kondisioner “Bosch”, Noutbuk “Acer”, Apple ipad air, Apple Macbook pro, Yumuşaq mebel, Qonaq mebeli, Yatmaq mebeli, Kuxna mebeli, Komandor, Qaz plitəsi “Bosch”, Aspirator “Bosch”, Kondisioner “Mitsubishi”, Kombi “İmmergas”, Mətbəx robotı “Kitchenaıd”, Tozsoran robotı “Tefal”, Kofe maşını “Delonghı”, Ev kinoteatrı “Saundbar Sony HT-Z9F” girov qoyulmuş, girov predmeti 60000 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli “Nağd pul Krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə olan borcu 26436,12 manat əsas borc, 1086,48 manat faiz borcu,584,05 manat cərimə borcu olmaqla cəmi 28106,65 manat təşkil edir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 174,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 26436,12 manat əsas borc, 1086,48 manat faiz borcu,584,05 manat cərimə borcu olmaqla cəmi 28106,65 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26436,12 manat əsas borc, 1086,48 manat faiz borcu,584,05 manat cərimə borcu olmaqla cəmi 28106,65 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “tələblərinin banka girov qoyulmuş, girov predmeti olan Televizor “Samsung” (diaqonal 82), Televizor “Samsung” (diaqonal 103), Televizor “Samsung” (diaqonal 140), Soyuducu “Hitachi”, Paltaryuyan maşın “Samsung”, Qabyuyan maşın “Bosch”, Kondisioner “Gree”, Quraşdırılmış soba “Hisense”, Mikrodalğalı soba “Hisense”, Kondisioner “Bosch”, Noutbuk “Acer”, Apple ipad air, Apple Macbook pro, Yumuşaq mebel, Qonaq mebeli, Yatmaq mebeli, Kuxna mebeli, Komandor, Qaz plitəsi “Bosch”, Aspirator “Bosch”, Kondisioner “Mitsubishi”, Kombi “İmmergas”, Mətbəx robotı “Kitchenaıd”, Tozsoran robotı “Tefal”, Kofe maşını “Delonghı”, Ev kinoteatrı “Saundbar Sony HT-Z9F” yönəldilməsi və ev əşyaların açıq hərracdan satılmasına ” dair hissəyə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,32 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən 26436,12 (iyirmi altı min dörd yüz otuz altı manat, on iki qəpik) manat əsas borc, 1086,48 (min səksən altı manat qırx səkkiz qəpik) manat faiz borcu, 584,05 (beş yüz səksən dörd manat beş qəpik) manat cərimə borcu olmaqla cəmi 28106,65 (iyirmi səkkiz min yüz altı manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 174,32 (yüz yetmiş dörd manat, otuz iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-nə ödənilsin. Tələb banka gitov qoyulmuş və girov predmeti olan, Cavabdeh sahibliyində olan Televizor “Samsung” (diaqonal 82), Televizor “Samsung” (diaqonal 103), Televizor “Samsung” (diaqonal 140), Soyuducu “Hitachi”, Paltaryuyan maşın “Samsung”, Qabyuyan maşın “Bosch”, Kondisioner “Gree”, Quraşdırılmış soba “Hisense”, Mikrodalğalı soba “Hisense”, Kondisioner “Bosch”, Noutbuk “Acer”, Apple ipad air, Apple Macbook pro, Yumuşaq mebel, Qonaq mebeli, Yatmaq mebeli, Kuxna mebeli, Komandor, Qaz plitəsi “Bosch”, Aspirator “Bosch”, Kondisioner “Mitsubishi”, Kombi “İmmergas”, Mətbəx robotı “Kitchenaid”, Tozsoran robotu “Tefal”, Kofe maşını “Delonghi”, Ev kinoteatrı “Saundbar Sony HT-Z9F” yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın. Həmin əşyaların satılmasından əldə edilən vəsaitdən 28106,65 (iyirmi səkkiz min yüz altı manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 174,32 (yüz yetmiş dörd manat, otuz iki qəpik) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4150/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4150/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver