Məhkəmə qərarları › İş №e-2(011)-4217/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4217/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4217/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdehla bir-birilərini 2009-cu ildən tanıyırlar. 2022ci ilin iyun ayının əvvəllərində Samirin yaşadığı ünvana gələrək 5000 manat, 2-3 gün sonra isə Şərifzadə küçəsi ev 62-nin qarşısında 9200 manat borc pul almışdır. 1 ay ərzində qaytaracağına söz vermişdir. Həmin borcdan ümumilikdə 7500 manat qaytarsa da, Cavabdeh borclu qaldığı 6700 manat pulu geri qaytarmamışdır. İddiaçı dəfələrlə Cavabdeh borcunun geri qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. Bununla əlaqədar olaraq İddiaçı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, aparılan araşdırma ilə Cavabdeh izahatı alınmış və izahatında yuxarıda qeyd olunanları etiraf etməklə İddiaçı 6700 manat borclu olduğunu qəbul etmişdir. Baxmayaraq ki, cavabdehin maddi vəziyyəti iddiaçıya borclu olduğu pulu ödəməyə imkanı olsa da həmin pulu geri qaytarmır, iddiaçıya məxsus olan pul vəsaitini 1 ilə yaxındır ki, özündə saxlayır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 6700 manat borcun, 280 manat pul vəsaitinin əsassız saxlanmasına görə faiz borcunun, hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 120 manat pul və 91 manat dövlət rüsumunun, cəmi 7191 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən Hüseyn İmanova ünvanlanmış izahatın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Gəncə prospekti 2935 ünvanında ailəsi ilə birlikdə yaşayır. İddiaçılə 2009-cu ildən tanışdırlar. 2012-ci ilin iyun ayının əvvəllərində onun yaşadığı ünvan qarşısında görüşərək 5000 manat, iki-üç gün sonra isə Şərifzadə küçəsi ev 62-nin qarşısında 9200 manat borc pul almışdır. Həmin borcdan ümumilikdə 7500 manat qaytarsa da, hal-hazırda İddiaçı 6700 manat borcu qalmışdır. 10 gün ərzində İddiaçı borclu qaldığı 6700 manat pulu qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyun 2023cü il tarixli ərizənin mahiyyətindən görünür ki, o, iddia tələbi ilə qismən razıdır. Belə ki, İddiaçı 6700 manat borcu olduğunu etiraf etmiş, məhkəmədən həmin borcun hissə-hissə tutulmasını xahiş etmişdir. İş materiallarında olan 17 may 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı, cavabdehin etiraf ərizəsi ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən İddiaçı alınmış borcdan 6700 manat məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 6700 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “280 manat pul vəsaitinin əsassız saxlanmasına görə faiz borcunun tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən borcun hansı tarixdə və hansı müddətə verilməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6700 manat məbləğində pul vəsaiti və hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 120 manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 91 manat dövlət rüsumunun 96%, yəni 87 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 4%, yəni 4 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar