Məhkəmə qərarları › İş №e-2(011)-4244/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4244/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4244/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı krеdit razılaşmasının və ona edilmiş sazişlərin ləğv edilməsi; cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 1646.9 manat məbləğində krеdit bоrcu, 159.67 manat məbləğində faiz bоrcu və 284.59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2091 (iki min doxsan bir) manat 16 (on altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40.91 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, yeni maliyyə arayışı əsasında İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı krеdit razılaşmasının və ona edilmiş sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 1204.41 manat məbləğində krеdit bоrcu, 127.61 manat məbləğində faiz bоrcu və 186.47 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1518.49 məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40.91 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyinizi xahiş edirik. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Ə.İsmayılova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 017L**********66 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddətayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 3500 manat məbləğində krеdit götürmüşdür, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 017R**********S saylı, xx.xx.2020-ci il tarixli 017R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır, Cavabdeh2 götürdüyü krеdit bоrcundan ödənişlər etdiyindən, yeni maliyyə arayışı əsasında banka xx.xx.2022-ci il tarixə 017R********** saylı krеdit razılaşması üzrə 1204.41 manat məbləğində krеdit bоrcu, 127.61 manat məbləğində faiz bоrcu və 186.47 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1518.49 məbləğində borcu qalmışdır, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 182 gün üçün hesablanmış faiz borcu 127,61 manat təşkil edir, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir, xx.xx.2022-ci il tarixə 182 gün üçün hеsablanmış cərimə 186,47 manat təşkil edir, uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеditalan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cərimənitələb еtmək hüququna malikdir, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər, onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Sonda iddiaçının nümayəndəsi G.Ə.İsmayılova iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ərizəyə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, 1204,41 manat əsas, 127,61 manat faiz borcu olduğunu etiraf edir, lakin iddia tələbini cərimə hissədə - 186,47 manat hissədə qəbul etmir, cərimə məbləği çox şişirdilmişdir. Sonda Cavabdeh2 qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 017L**********66 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 300.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 017L**********66 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 017R********** saylı Kredit razılaşmasından görünür ki, Cavabdeh2 fərdi mikro kredit məqsədi ilə aylıq 1,9167 faiz dərəcəsi ilə 18 ay müddətinə 3500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh2 cari hesabına 3500 kredit köçürülmüşdür. İş materiallarında olan 021S**********02 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-nın “Mərdəkan” filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, zamin borclunun xx.xx.2018-ci il tarixli 017L**********66 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır, müqavilənin müddəti 120 ay, kredit müqaviləsinin məbləği 300000 ABŞ dolları, kredit müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi 28%-dir. İş materiallarında olan 021S**********02 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-nın “Mərdəkan” filialı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, zamin borclunun xx.xx.2018-ci il tarixli 017L**********66 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır, müqavilənin müddəti 120 ay, kredit müqaviləsinin məbləği 300000 ABŞ dollarıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 017R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, Cavabdeh2 restrukturizasiya məbləği 2831,61 manat, aylıq faiz dərəcəsi 1,9167%-dir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 017R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, Cavabdeh2 restrukturizasiya məbləği 2830,52 manat, aylıq faiz dərəcəsi 1,9167%-dir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 017R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 1646,9 manat əsas məbləğ üzrə borc, 159,67 manat faiz üzrə borc, 284,59 manat cərimə borcu, gecikdirilən günlərin sayı 184 gün, cəmi 2091,16 manat borc təşkil edir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 017R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 1303,41 manat əsas məbləğ üzrə borc, 150,22 manat faiz üzrə borc, 221,62 manat cərimə borcu, gecikdirilən günlərin sayı 194 gün, cəmi 1675,25 manat borc təşkil edir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 017R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 1204,41 manat əsas məbləğ üzrə borc, 127,61 manat faiz üzrə borc, 186,47 manat cərimə borcu, gecikdirilən günlərin sayı 182 gün, cəmi 1518,49 manat borc təşkil edir. İş materiallarında olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 40.91 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli 017L**********66 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması ilə Cavabdeh2 aylıq 1,9167 faiz dərəcəsi ilə 18 ay müddətinə 3500 manat kredit verilmişdir, Cavabdeh1 və Cavabdeh3 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin təminatı qismində zamin durmuşlar, Cavabdeh2 müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir, Cavabdeh2 iddia tələbini qismən qəbul edir. Bununla belə, qalıq borcun cavabdehlər tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 80 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit razılaşması ləğv edilməli, cavabdehlərdən müştərək qaydada 1204,41 manat məbləğində əsas kredit borcu, 127,61 manat məbləğində faiz borcu və 80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1412,02 manat məbləğində kredit borcu alınaraq İddiaçı QSCyə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri müştərək qaydada cavabdehlərə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 34,12 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 017R********** saylı krеdit razılaşması və ona edilmiş sazişlər ləğv edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 017R********** saylı krеdit razılaşması üzrə müştərək qaydada əsas borc məbləği kimi 1204,41 manat məbləğində əsas kredit borcu, 127,61 manat məbləğində faiz borcu və 80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1412 (min dörd yüz on iki) manat 02 (iki) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 34 (otuz dörd) manat 12 (on iki) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar