Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-427/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nın Cavabdehna qarşı borcun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə təqdim etdiyi son iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsinə əsasən 0024072AZN00273 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6663,65 manat əsas borc, 928,76 manat faiz, 2805,47 manat cərimə olmaqla, cəmi 10 397,88 manat məbləğində kredit borcunun, AVNS2434 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1702 manat əsas borc, 195,42 manat faiz borcu, 26,50 manat cərimə borcu olmaqla, cəmi 1923,92 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 127 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi, habelə elektron daşıyıcılar vasitəsilə bank xidmətləri üzrə sərəncamların verilməsi və qəbulu, bu sərəncamların icrası ilə bağlı elektron imzanın qəbuluna dair Bank xidmətlərinin göstərilməsinə dair X2 barədə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixdə fiziki şəxslərin maliyyələşdirilməsi üzrə cavabdehin sifariş ərizəsi əsasında ona 48 ay müddətinə - xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19.20% olmaqla, 21 000 manat məbləğində krediti verilmişdir. Kredit müqaviləsinə əlavə olan Ödəniş cədvəlinə əsasən aylıq ödəniş 624,07 manat müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi, habelə elektron daşıyıcılar vasitəsilə bank xidmətləri üzrə sərəncamların verilməsi və qəbulu, bu sərəncamların icrası ilə bağlı elektron imzanın qəbuluna dair Bank xidmətlərinin göstərilməsinə dair X2 barədə müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə fiziki şəxslərin maliyyələşdirilməsi üzrə cavabdehin sifariş ərizəsi əsasında ona 24 ay müddətinə - xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 20% olmaqla, 1670 manat məbləğində krediti verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC- 03342İB/2017 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən X2 çərçivəsində0024072AZN00273 saylı xx.xx.2019cu il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Sizə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 19.20%, illik cərimə faizi 180% olmaqla, 21,000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-03342İB/2017saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borcluwww.pashabank.az saytında yerləşdirilmiş X2nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra X2 çərçivəsindəAVNS2434 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Sizə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 120%, illik cərimə faizi 24% olmaqla, 1,670 manat məbləğində istehlak xərcləri məqsədilə avans kredit xətti açılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Bankla aralarında razılıq əldə olunmamışdır. Məhkəmə cavabdehin izahatını iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 şərtləri əsasında cavabdehə xx.xx.2019-cu il tarixdə 21 000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə 1670 manat məbləğin d kredit verilmiş, cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliyini pozaraq borcunu tam olaraq ödəməmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 0024072AZN00273 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun tutulması hissəsində əsaslı olsa da, faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2024-cü il tarixli, 9/9657 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizə üzrə cavabdehin iddiaçıya 916,04 manat məbləğində faiz borcu vardır. Məhkəmə AVNS2434 saylı maliyyələşdirmə üçün ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə faiz borcun tutulması hissəsində əsaslı olsa da, əsas borcunun həcminə münasibətdə qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2024-cü il tarixli, 9/9657 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə cavabdehin iddiaçıya 1670 manat məbləğində əsas borcu vardır. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi hər iki maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, 0024072AZN00273 saylı ərizə üzrə tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 2805,47 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin həcmi demək olar ki, əsas borcla eynidir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 0024072AZN00273 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 127 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunması nisbətində tərəflərə aid edilməli, dövlət rüsumunun 27,94 manat hissəsi iddiaçıya aid edilməli, qalan 99,06 manat isə cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci də iddia tələbinin təmin edilməsi nisbətinə uyğun olaraq tərəflərə aid edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 0024072AZN00273 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6663,65 manat əsas, 916,04 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 7779,69 manat, AVNS2434 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 1670 manat əsas borc, 195,42 manat faiz borcu, 26,50 manat cərimə borcu olmaqla, cəmi 1891,92 manat məbləğində pul və 99,06 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 27,94 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tətqiqtaının dəyəri kimi hesablanmış 78 məbləğində ekspertiza xərci Cavabdeh, 22 manat məbləğində ekspertiza xərci İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-427/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-427/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver