Məhkəmə qərarları › İş №e-2(011)-4279/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4279/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4279/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32,400 manat əsas borc, 3,213 manat əldən çıxmış fayda və ödənilmiş 197 manat dövlət rüsumu olmaqla, cəmi 35,810 manat məbləğində pulun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2022-ci ilin mart-aprel aylarından etibarən tanışı vasitəsilə əvvəllər özünü İradə adı ilə təqdim edən Cavabdeh ilə tanış olmuş və həmin tanışının xahişi əsasında Cavabdeh qızıl-zinət əşyalarının satışını həyata keçirməsi üçün qızıl əşyalarının dəyərini sonradan ödəmək şərti ilə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Bu səpgili alqı-satqı Cavabdeh və İddiaçı arasında bir neçə dəfə təkrarlanmış, həmin dövrdə də Cavabdeh aldığı qızılların ödənişlərinin bir hissəsini etməklə, yenidən mal sifariş etmiş, növbəti dəfə borcun tam ödəniləcəyini bildirmişdir. Lakin, Cavabdeh sonuncu dəfə 2023-cü ilin aprel ayında İddiaçı pulunu 2023-cü ilin may ayında qaytarmaq vədi ilə 240 qram çəkidə, 585 əyyarlı həmin vaxt 21.000 manat dəyərində olan qızıl-zinət əşyasını nisyə olaraq götürmüşdür. Cavabdeh 2 ay ərzində qızılzinət əşyasının dəyərini ödəyəcəyini bildirsə də, sonradan heç bir ödəniş etməmişdir. Bu səbəbdən 2024-cü ilin avqust ayında Cavabdeh barəsində Xətai RPİ-nə şikayət ərizəsi ünvanlamış və ona dəymiş maddi ziyanın ödənilməsini və Cavabdeh barəsində cinayət işinin başlanamasını xahiş etmişdir. Aparılan araşdırma zamanı izahat verən iddiaçının tanışı X1 onun dediklərini təsdiq etmişdir. Polisdə dindirilən Cavabdeh özü də 2023-cü ilin may ayında İddiaçı 240 qram 585 əyyarlı qızılın dəyərini təşkil edən 20000 manat borcunu ödəyə bilmədiyini bildirmişdir. Bu günədək Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü 240 qram 585 əyyarlı qızılın hazırkı bazar qiymətinə əsasən 32 400 manat borc məbləği hələ də ödənilməmişdir. Bu səbədən də məhkəmə qaydasında Cavabdeh 32 400 manat əsas borc məbləğinin və əldən çıxmış fayda kimi illlik faiz dərəcəsinə uyğun olaraq 3213 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən 2023-cü ilin may ayında iddiaçıya satmaq üçün götürdüyü qızılzinət əşyalarına görə 20000 manat borcu olmuşdur. Cavabdeh 20000 manat borcu ödəmək üçün iddiaçıdan möhlət verilməsini xahiş etmiş, iddia tələbini digər hissədə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən sorğu ilə tələb edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə materialdan görünür ki: - X2 ərizəsində İradə adlı qadının ondan aldığı 1 qramının bazar qiyməti 100 manat olan 585 əyarlı müxtəlif qızıl-zinət əşyalarından ibarət 210 qram qızıla görə 21000 manat məbləğində pulu ona ödəməmişdir. - X1 tərəfindən verilmiş izahatdan görünür ki, İradə adlı qadının 239,49 qram qızılzinət əşyalarına görə Aəft xanıma verməli olduğu pulun ümumi məbləği 20600 manat olmuşdur. - Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, onun sonuncu dəfə 2023-cü ilin may ayında İddiaçı 239,49 qram qızıla görə 20000 manat borcu qalmışdır və həmin borcu ödəyəcəyini söz vermişdir. - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. CD diskdə olan “whatsapp” yazışmalarından görünür ki, Cavabdeh borcu olduğunu və borcu ödəyəcəyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

567. Aalqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 448.1.Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: İş materiallarını və tərəflərin izahatlarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20000 manat əsas borc və gecikdirilmiş vaxt üçün 1983 manat tutularaq iddiaçıya ödənilməli, digər hissələrdə iddia təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə 2023-cü ilin may ayında 20000 manat borcu olduğunu etiraf etdiyi üçün iddiaçı həmin hissədə sübutetmə yükündən azaddır və nisyə alınmış qızıl-zinət əşyalarının dəyərinə görə 20000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, əsas borc məbləğinin ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş 724 gün üçün (xx.xx.2023 - xx.xx.2025) illik beş faiz ödənilməsi (20000 x (5 :365 x 724) : 100 = 1983) hissəsində də iddia tələbi əsaslıdır. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. İddia tələbinin təmin edilməyən hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının nisyə-alqı satqısına görə cavabdehin ödəməli olduğu borc məbləğinin 21000 manat olduğunu qeyd etsə də, cavabdehin etiraf etdiyindən artıq 1000 manat hissədə iddia tələbi sübut olunmur. Belə ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsinin qiymətinin 21000 manat müəyyən edilməsini təsdiq edən yazılı sübut yoxdur. İddiaçı özü polisə verdiyi ərizədə cavabdehin 210 qram qızıla görə 21000 manat məbləğində pulu ona ödəmədiyini bildirsə də, polisdə dindirilmiş X1 239,49 qram qızılzinət əşyalarına görə iddiaçıya verilməli olan pulun ümumi məbləğinin 20600 manat olduğunu qeyd etmiş, iddia ərizəsində isə iddiaçı 240 qram qızıla görə ödənilməli olan məbləğin 21000 manat olduğunu bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, nisyə alqısatqı müqaviləsinə görə iddiaçı tərəfindən cavabdehə satılmış qızılın qramı və ümumi məbləği ilə bağlı iş materiallarında olan sübutlar ziddiyyətli olduğundan nisyə alqı-satqı müqaviləsinin qiymətinin 21000 manat olması təsdiq olunmur, ona görə də, nisyə alqısatqı müqaviləsinin qiyməti cavabdehin etirafına uyğun olaraq 20000 manat qəbul edilməlidir. Qızılın bu günkü tarixə olan qiymətinə əsasən qaytarılmalı olan borcun (240 qram x 135 manat) 32400 manat hesablanmalı olması ilə bağlı iddianın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəflərin cavabdehin qızılın qramını borcunu ödəyəcəyi tarixə olan qiymətə əsasən ödəməli olması barədə razılaşdıqlarını qeyd etsə də, iş materialları ilə tərəflər arasında nisyə-alqı satqı müqaviləsinin qeyd edilən şərtlə bağlandığı sübut olunmur. Məhkəmə hesab edir ki, iddiaçı MM-nin 600.4-cü maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək, satılan qızıl-ziynət əşyalarının ödənilməsini tələb etdiyindən, əşyaların dəyəri məhz nisyə alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətlə ödənilməlidir. Cavabdeh tərəfindən pul öhdəliyinin gec yerinə yetirilməsinə görə əldən çıxmış fayda isə iddiaçıya iddia ərizəsində tələb edilən qaydada MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 20000 manat əsas borc, 1983 manat gecikdirilmiş vaxt üçün faiz borcu, cəmi 21983 manat tutularaq İddiaçı ödənilsin. 155,95 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar