Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4310/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Hisense TV, Paltaryuyan Hoffmann, Soyuducu Hoffmann, 3 ədəd zəmanət + 3 il xidməti üçün 1990,08 manat ödənilməmiş hissə, 199,01 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Hisense TV üçün 882,96 manat ödənilməmiş hissə, 88,30 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********73875 Samsung Galaxy A25, paket L xidməti üçün 782,1 manat ödənilməmiş hissə, 78,21 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, Hisense TV üçün 554,88 manat ödənilməmiş hissə, 55,49 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09745 Samsung Galaxy A15, paket L xidməti üçün 489,96 manat ödənilməmiş hissə, 49 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Hisense TV, zəmanət + 3 il xidməti üçün 485,84 manat ödənilməmiş hissə, 48,58 manat dəbbə pulu, ümumilikdə 5704,4 manat borc və 77,05 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi tələbinə dair iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən, Hisense TV, Paltaryuyan Hoffmann, Soyuducu Hoffmann, 3 ədəd zəmanət + 3 il xidməti, 2 ədəd Hisense TV, İmei kod **********73875 Samsung Galaxy A25, paket L xidməti, zəmanət + 3 il xidməti, Hisense TV, İmei kod **********09745 Samsung Galaxy A15, paket L xidməti, Hisense TV, zəmanət + 3 il xidməti almış və nəticədə 5704,4 (beş min yeddi yüz dörd manat, 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2086,08 (iki min səksən altı manat, 8 qəpik) manat (24 ay x 82.92 manat + 96 manat ilkin ödəniş) olan Hisense TV, Paltaryuyan Hoffmann, Soyuducu Hoffmann, 3 ədəd zəmanət + 3 il xidməti üçün 2189,09 (iki min yüz səksən doqquz manat, 9 qəpik) manat olmaqla ondan, 1990,08 (bir min doqquz yüz doxsan manat, 8 qəpik) manat ödənilməmiş hissə, 199,01 (yüz doxsan doqquz manat, 1 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1182.96 (bir min yüz səksən iki manat 96 qəpik) manat (24 ay x 36.79 manat + 300 manat ilkin ödəniş) olan 2 ədəd Hisense TV üçün 971,26 (doqquz yüz yetmiş bir manat, 26 qəpik) manat olmaqla ondan 882.96 (səkkiz yüz səksən iki manat, 96 qəpik) manat ödənilməmiş hissə, 88.30 (səksən səkki zmanat, 30 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525.4 (beş yüz iyirmi beş manat, 40 qəpik) manat (18 ay x 43.45 manat + 4 manat ilkin ödəniş) olan İmei kod **********73875 Samsung Galaxy A25, paket L xidməti üçün 860.31 (səkkiz yüz altmış manat, 31 qəpik) manat olmaqla ondan 782.1 (yeddi yüz səksən iki manat 10 qəpik) manat ödənilməmiş hissə, 78.21 (yetmiş səkkiz manat, 21 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 554.88 (beş yüz əlli dörd manat, 88 qəpik) manat (24 ay x 23.12 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, Hisense TV üçün 610.37 (altı yüz on manat, 37 qəpik) manat olmaqla ondan 554.88 (beş yüz əlli dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, 55.49 (əlli beş manat, 49 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 489.96 (dörd yüz səksən doqqu zmanat, 96 qəpik) manat (18 ay x 27.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********09745 Samsung Galaxy A15, paket L xidməti üçün 538.96 (beş yüz otuz səkkiz m anat, 96 qəpik) manat olmaqla ondan 489.96 (dörd yüz səksən doqquz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 555.84 (beş yüz əlli beş manat, 84 qəpik) manat (24 ay x 20.41 manat + 66 manat ilkin ödəniş) olan Hisense TV, zəmanət + 3 il xidməti üçün 534.42 (beş yüz otuz dörd manat, 42 qəpik) manat olmaqla ondan 485.84 (dörd yüz səksən beş manat, 84 qəpik) manat ödənilməmiş hissə, 48.58 (qırx səkkiz manat 58 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 470 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024 -ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəm iclaslarında üzrlü səbəbdən iştirak etməkləri mümkün olmadığından onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh Hisense TV, Paltaryuyan Hoffmann, Soyuducu Hoffmann, 3 ədəd zəmanət + 3 il xidməti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Hisense TV, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********73875 Samsung Galaxy A25, paket L xidməti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, Hisense TV, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********09745 Samsung Galaxy A15, paket L xidməti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Hisense TV, zəmanət + 3 il xidməti əldə etmişdir. Mallar alıcıya qüsursuz şəkildə təhvil verilmişdir. Bunun müqabilində cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında aldığı malların dəyərini 96 manat ilkin ödəniş etdikdən sonra 24 ay müddətində hər ay 82,92 manat olmaqla, ümumilikdə 2086,08 manat, xx.xx.2024-cü il tarixli müqavilə əsasında aldığı malların dəyərini 300 manat ilkin ödəniş etdikdən sonra 24 ay müddətində hər ay 36,79 manat olmaqla, ümumilikdə 1182,96 manat, xx.xx.2024-cü il tarixli müqavilə əsasında aldığı malların dəyərini 4 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətində hər ay 43,45 manat olmaqla, ümumilikdə 525,40 manat, xx.xx.2024-cü il tarixli müqavilə əsasında aldığı malların dəyərini 24 ay müddətində hər ay 23,12 manat olmaqla, ümumilikdə 554,88 manat, xx.xx.2024-cü il tarixli müqavilə əsasında aldığı malların dəyərini 18 ay müddətində hər ay 27,22 manat olmaqla, ümumilikdə 489,96 manat, xx.xx.2024-cü il tarixli müqavilə əsasında aldığı malların dəyərini 66 manat ilkin ödəniş etdikdən sonra 24 ay müddətində hər ay 20,41 manat olmaqla, ümumilikdə 555,84 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1990,08 manat ödənilməmiş hissə, 199,01 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 882,96 manat ödənilməmiş hissə, 88,30 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 782,10 manat ödənilməmiş hissə, 78,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 554,88 manat ödənilməmiş hissə, 55,49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 489,96 manat ödənilməmiş hissə, 49 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 485,84 manat ödənilməmiş hissə, 48,58 manat cərimə, ümumilikdə 5704,4 manat borc yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 77,05 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın müqavilələr üzrə hesablanmış cərimələrin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğləri müqavilələr üzrə əsas borc məbləğlərinə mütənasibdir və iddia qeyd edilən edilən hissədə təmin edilərək xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 199,01 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 88,30 manat, xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə 78,21 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 55,49 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 49 manat, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 48,58 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 77,05 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 1990,08 (min doqquz yüz doxsan manat səkkiz qəpik) manat, cərimə borcuna görə 199,01 (yüz doxsan doqquz manat bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 882,96 (səkkiz yüz səksən iki manat doxsan altı qəpik) manat, cərimə borcuna görə 88,30 (səksən səkkiz manat otuz qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 782,1 (yeddi yüz səksən iki manat on qəpik) manat, cərimə borcuna görə 78,21 (yetmiş səkkiz manat iyirmi bir qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 554,88 (beş yüz əlli dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 55,49 (əlli beş manat qırx doqquz qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 489,96 (dörd yüz səksən doqquz manat doxsan altı qəpik) manat, cərimə borcuna görə 49 (qırx doqquz) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 485,84 (dörd yüz səksən beş manat səksən dörd qəpik) manat, cərimə borcuna görə 48,58 (qırx səkkiz manat əlli səkkiz qəpik) manat cərimə, ümumilikdə 5704,4 (beş min yeddi yüz dörd manat qırx qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,05 (yetmiş yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4310/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4310/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver