Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4314/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sofiyeva (Dontsova) Anna Vladimirovnadan İddiaçı ASC-nin xeyrinə 13.333,87 manat əsas kredit borcu, 1.110,78 manat kreditdən istifadəyə görə faiz borcu və 25.15 manat cərimə borcu olmaqla, cəmi 14.469,80 manat və iddianın verilməsi üçün ödənilmiş 133.41 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər (birinci tərəf: İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 və ikinci tərəf: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5) tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. 1. Borcalan Bankla bağladığı 08 aprel 2022-ci il tarixli 32080***-*******02L nömrəli kredit limiti müqaviləsi üzrə 25 sentyabr 2023-cü il tarixə Banka 13.333,87 manat əsas borc və 137.48 manat faiz borcu olmaqla, cəmi 13.471,35 manat borcunun olduğunu qəbul və təsdiq edir. 2. Borcalan 13.471,35 manat borcunu 28 oktyabr 2023-cü ildən başlayaraq 28 iyul 2026-cı ilə qədər 34 ay müddətinə, həmin borc məbləğinə illik 15 faiz hesablanmaqla hissə-hissə (hər təqvim ayının 28-dən gec olmayaraq ayda 489 manat olmaqla) Banka ödəməyi öhdəsinə götürür. 3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir. 4. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. 5. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunur və digəriləri hər birində bir nüsxə olmaqla Tərəflərdə saxlanılır. 6. Tərəflər Sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin cavabdehin adından X5 bağlamışdır. İş materiallarından görünür ki, sonuncu cavabdehin əridir və etibarnamədən görünür ki, onun adından barışıq sazişi bağlamaq səlahiyyətinə malikdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC (etibarnamə üzrə nümayəndəsi X2) ilə Cavabdeh (etibarnamə üzrə nümayəndəsi X5) arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Borcalan Bankla bağladığı 08 aprel 2022-ci il tarixli 32080***-*******02L nömrəli kredit limiti müqaviləsi üzrə 25 sentyabr 2023-cü il tarixə Banka 13.333,87 manat əsas borc və 137.48 manat faiz borcu olmaqla, cəmi 13.471,35 manat borcunun olduğunu qəbul və təsdiq edir.
2. Borcalan 13.471,35 manat borcunu 28 oktyabr 2023-cü ildən başlayaraq 28 iyul 2026-cı ilə qədər 34 ay müddətinə, həmin borc məbləğinə illik 15 faiz hesablanmaqla hissə-hissə (hər təqvim ayının 28-dən gec olmayaraq ayda 489 manat olmaqla) Banka ödəməyi öhdəsinə götürür.
İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair e-2(011)- 4314/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Aygün Həsənova