Məhkəmə qərarları › İş №e-2(011)-4349/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4349/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4349/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X6 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş borcun əvəzi olaraq 8000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və dövlət rüsumuna görə ödənilmiş 103,2 manat olmaqla, ümumilikdə 8423,2 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 13 yanvar 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, Borc verən ona məxsus olan 8.000,00 (səkkiz min) manat məbləğində pul vəsaitini borc olaraq Borcalanın mülkiyyətinə verir, Borcalan isə pul vəsaitini qəbul edib bu Müqavilə ilə şərtləndirilmiş müddət ərzində Borcverənə geri ödəyir. Bu Müqavilənin 2.2-ci bəndinə əsasən Borc məbləği bu Müqavilə imzalandığı tarixdən etibarən 1 illik müddətə verilir və müddətin sonuncu günü Borcalan tərəfindən nağd və ya nağdsız hesablaşmalar qaydasında qaytarılır. Həmçinin 13 may 2023-cü il tarixli borcun etirafı haqqında müqavilədən də görünür ki, borclu Cavabdeh 8000 manat borcunun olmasını etiraf edir və bu borcu 13 yanvar 2024-cü il tarixinədək borcverənə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək, təhvil-təslim aktı əsasında 13 yanvar 2023-cü il tarixində 8.000,00 manat məbləğində pul vəsaitini Cavabdeh versə də, o bugünədək öz öhdəliklərini yerinə yetirməmiş və cəmiyyətin borcunu ödəməmişdir. Bununla bağlı qarşı tərəfə xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilsə də, qarşı tərəf yenə də hər hansı bir münasibət bildirməmiş və borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən hesab edirik ki, İddiaçı MMC tərəfindən verilmiş 8.000,00 (səkkiz min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, iddiaçı vəkilin göstərdiyi hüquqi yardıma görə ona 320 manat məbləğində müqavilə xərci ödəmişdir. İddiaçı MMC ilə Ekol vəkil bürosunun vəkili Vəkil arasında xx.xx.2024-cü il tarixli, 185 nömrəli hüquqi yardımın göstərilməsi ilə əlaqədar müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə ödəniş qəbzlərindən də görünür ki, 320 manat məbləğ Ekol vəkil bürosunun hesabına köçürülmüşdür. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, müqavilədəki imza onun imzasıdır, lakin o, həmin müqavilələrə məcbur qol çəkmişdir, nəyə qol çəkdiyini bilməyib. Orada sürücü vəzifəsində çalışıb, həm də eksperditorun işini icra edib. Ora, yəni işlədiyi yer çamaşırxana olub və 2023-cü ilə kimi orada işləyib, oteldən çirklilər götürülürdü, yuyulub geri qaytarılırdı. Hər şey qaimə ilə verilirdi, bunları hesablayan mühasib də var idi, pul çirklilərə görə verilib, onları da müəssisəyə təhvil də verib, ona hər hansı məbləğdə borc verməyiblər. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli “Borcun etirafı haqqında” müqavilədən görünür ki, borclu Cavabdeh bu müqavilə ilə kreditor İddiaçı MMC-ə 8000 manat borcunun olduğunu etiraf edir və həmin borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə İddiaçı MMC-nin direktoru X3 və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ərizədə “X1” qeyd edilməklə xx.xx.2023-cü il tarixdən müəssisə ilə əməkdaşlıq etdiyini çalışdığı müddət ərzində öhdəliklərini yerinə yetridiyini nəzərə alaraq 8000 manat borc verilməsini xahiş etmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, “verilsin” qrafasında Cavabdeh, “rəhbər” qrafasında Firatzadə Fərid, “mühasib” qrafasında Namazov Rafiq, “imza” və “Üzrə” qrafasında imza edilməklə, 8000 manatın Cavabdeh tərəfindən təhvil aldığı qeyd edilmişdir. İş materiallarında olan 27 №-li Əmrdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə arasında bağlanmış eyni tarixli müqaviləyə əsasən müəssisədə sürücü vəifəsinə təyin edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və 22 №-li Əmrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli Borc müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh 8000 manat məbləğində borc verməyi, Cavabdeh isə həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə İddiaçı MMC-nin direktoru X3 və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC və Cavabdeh həmin aktı imzalamaqla 8000 manat məbləğin Cavabdeh verildiyini təsdiq etmişlər. Müqavilə İddiaçı MMC-nin direktoru X3 və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı MMC Cavabdeh 8000 manat məbləğində borcun qaytarılmasına dair bildiriş göndərmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi 103,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “EKOL” Vəkil Bürosuna hüquqi xidmətə görə 640 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisi X2r. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuş, cavabdeh iddiaçı müəssisədə sürücü vəzifəsini icra etmişdir, əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir – bunlar işin mübahisəsiz halıdır, iddiaçı cavabdehin ondan borc müqaviləsi əsasında 8000 manat məbləğində pul aldığını, lakin həmin pulu qaytarmadığını bildirir, öz tələbini xx.xx.2023-cü il tarixli Borc müqaviləsi, xx.xx.2023-cü il tarixli “Borcun etirafı haqqında” müqaviləsi, pulun verilməsini təsdiq edən digər sənədlərə əsaslanır, cavabdeh iddia tələbini qəbul etmir və hər hansı bir borcunun olmadığını, iddiaçının qeyd etdiyi sənədlərə məcburiyyət qarşısında, hədə-qorxu, təhdid altında imza atdığını, imzalasa da, ona heç bir pul məbləğinin verilmədiyini bildirir. Bununla belə, cavabdehin iddiaçıdan borc pul məbləği almasını təsdiq edən mötəbər hallar, digər formada ziyan vurulmasını təsdiq edən hər hansı bir halın olması məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının öz tələbini əsaslandırdığı Borc müqaviləsi bağlanması, bunun əsasında borc verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqaviləyə, cavabdeh isə həmin müqaviləni təsir altında imzalandığını, ona hər hansı məbləğin verilmədiyini bildirir ki, bu vəziyyətdə də iddiaçının pulu verməsinə dair sübutetmə vəzifəsi yaranır, lakin iddiaçı qeyd olunan müqavilə üzrə pulun ödənilməsinə dair rəsmiləşmə aparılmamış, o cümlədən müəssisə rəhbəri tərfindən müvafiq göstəriş (əmr formasında) verilməmiş, “məxaric orderi” adlı sənəddə də “rəhbər” qrafasında belə səlahiyyətli şəxsin adı göstərilməmiş, həmin sənəddə rəhbər şəxs kimi Firatzadə Fərid qeyd edilmişdir. Bununla belə iş materiallarından, o cümlədən iddiaçının borcun verilməsini təsdiq edən sənədin ciddi maliyyə (hesabat) sənədi olması görünmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2004-cü il il tarixli 118№-li Qərarına əsasən, ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: ciddi hesabat blanklarının sifarişçisi: hüquqi şəxs olduqda adı və VÖEN-i; ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i); ciddi hesabat blanklarının adı, seriya və nömrəsi; təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları. Lakin iddiaçının istinad etdiyi “məxaric orderi” adlı sənəd həmin tələblərə cavab vermədiyindən borc məbləğinin verilməsinin təsdiqi üçün mötəbər sübut kimi nəzərə alına bilməz. Bundan əlavə, məhkəmə, “Borcun etirafı haqqında” xx.xx.2023-cü il tarixli müqaviləyə münasibətdə qeyd edir ki, borcun etiraf edilməsi, eləcə də, borcun etirafı haqqında mücərrəd müqavilə mülki hüquq münasibətləri ilə əlaqəli olmaqla, mülki-hüquqi mübahisələrdə tətbiq edilir, hazırkı mübahisə tərəflərinin əmək münasibətlərində olması işin mübahisəsiz olmaqla işçi və işəgötürən arasındakı münasibətlər və hər hansı mübahisə əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, işçinin işəgötürənə vurduğu ziyan Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz - bu mövqe Konstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında 27 avqust 2004-cü il il tarixli 118№-li Qərarının 2-ci bəndinə əsasən, ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: ciddi hesabat blanklarının (vergi hesab-fakturaları istisna olmaqla) sifarişçisi: fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i; hüquqi şəxs olduqda adı və VÖEN-i; ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i); ciddi hesabat blanklarının adı, seriya və nömrəsi; təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları. Təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq, ciddi hesabat blanklarına (vergi hesab-fakturaları istisna olmaqla) əlavə rekvizitlər daxil edilə bilər. Əllə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Ciddi hesabat blankları doldurularkən, onun boş qalmış sətirləri və sütunları xətlənməlidir. Ciddi hesabat blanklarında qiymətlər manatla göstərilməlidir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “Cavabdeh ödənilməmiş borcun əvəzi olaraq 8000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və dövlət rüsumuna görə ödənilmiş 103,2 manat olmaqla, ümumilikdə 8423,2 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 103,2 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin “Cavabdeh ödənilməmiş borcun əvəzi olaraq 8000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və dövlət rüsumuna görə ödənilmiş 103,2 manat olmaqla, ümumilikdə 8423,2 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 103,2 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar