Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4352/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Apple qulaqlıq, Electrolux soyuducu, İmei kodu **********33430 “X1 20 Ultra” markalı telefon almış və nəticədə 2011 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 18 ay müddətinə hər ay 38.20 manat olmaqla alqı-satqı qiyməti 687.60 manat olan Apple qulaqlıq götürmüş və ümumilikdə, 460 manat olmaqla ondan 419 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 manat cərimə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 24 ay müddətinə hər ay 104.10 manat olmaqla alqı-satqı qiyməti 2498.40 manat olan Electrolux soyuducu götürmüş və ümumilikdə, 1144 manat olmaqla ondan 1040 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 104 manat cərimə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 18 ay müddətinə hər ay 184.80 manat olmaqla alqı-satqı qiyməti 3326.40 manat olan “X1 20 Ultra” markalı telefon götürmüş və ümumilikdə, 407 manat olmaqla ondan 370 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4683.40 manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple qulaqlıq üçün, 419 manat ödənilməmiş hissə, 41 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Electrolux soyuducu üçün 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********33430 “X1 20 Ultra” markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, ümumilikdə 2011 manat borcun və 40.11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - xx.xx.2020-ci il tarixli 21202452 saylı müqavilə və ona əlavəyə əsasən İmei kodu **********33430 “X1 20 Ultra” markalı telefona görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 184.80 manat olmaqla, ümumilikdə 3326.40 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli bildirişə əsasən, xx.xx.2020-ci il tarixli 21202452 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı. - xx.xx.2020-ci il tarixli 22135158 saylı müqavilə və ona əlavəyə əsasən Electrolux soyuducuya görə cavabdeh 24 ay ödəniş cədvəli üzrə hər ay 104.10 manat olmaqla, ümumilikdə 2498.40 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli bildirişə əsasən, xx.xx.2020-ci il tarixli 22135158 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı. - xx.xx.2021-ci il tarixli 23242979 saylı müqavilə və ona əlavəyə əsasən Apple qulaqlığa görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 38.20 manat olmaqla, ümumilikdə 687.60 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli bildirişə əsasən, xx.xx.2021-ci il tarixli 23242979 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı. - xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 460 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 1144 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə 407 manat olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 2011 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubuna əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə icrasını gecikdirməsi məhkəməyə müraciət ediləcəyi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4) Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple qulaqlıq üçün, 419 manat ödənilməmiş hissə, 41 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Electrolux soyuducu üçün 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********33430 “X1 20 Ultra” markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, ümumilikdə 2011 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40.11 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple qulaqlıq üçün, 419 manat ödənilməmiş hissə, 41 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Electrolux soyuducu üçün 1040 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********33430 “X1 20 Ultra” markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 37 manat cərimə olmaqla, ümumilikdə 2011 (iki min on bir) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40.11 (qırx manat on bir qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova
Məhkəmə qərarları › İş №e-2(011)-4352/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4352/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver