Məhkəmə qərarları › İş №e-2(011)-4358/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4358/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4358/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyun 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********30275 olan X1 9S markalı telefon üçün 607 manat ödənilməmiş hissə; 01 oktyabr 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********79141 olan BQ-7098G markalı telefon, qulaqcıq, Elari saat üçün 450 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1057 manat borc, 30.57 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09 iyun 2020-ci və 01 oktyabr 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh X1 9S markalı telefon, BQ-7098G markalı telefon, qulaqcıq, Elari saat almışdır. Cavabdehin 09 iyun 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, 01 oktyabr 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1057 manat borc yaranmışdır. 09 iyun 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 629.72 manat olan X1 9S markalı telefon üçün ümumilikdə 607 manat olmaqla, 607 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu; 01 oktyabr 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, alğısatqı qiyməti 462.96 manat olan BQ-7098G markalı telefon, qulaqcıq, Elari saat üçün ümumilikdə 450 manat olmaqla, 450 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 35.68 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh X1 9S markalı telefon, BQ-7098G markalı telefon, qulaqcıq, Elari saat almışdır. Müqaviləyə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 07 iyun 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə ümumilikdə 1.057 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30.57 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30.57 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 09 iyun 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, 607 (altı yüz yeddi) manat ödənilməmiş hissə; 01 oktyabr 2020-ci il tarixli müqavilə 30 mart 2021-ci il tarixdə 01 saylı əlavəyə əsasən, 450 (dörd yüz əlli) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1.057 (bir min əlli yeddi) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30.57 (otuz manat əlli yeddi qəpik) manat Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar