Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4362/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 25 Fevral 2021ci il tarixli, RBNPU-07728 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2216,45 (ikimin iki yüz on altı manat 45 qəpik) manat, faiz borcuna görə 79,64 (yetmiş doqquz manat 64 qəpik) manat, dəbbə borcuna görə 158,91 (bir yüz əlli səkkiz manat 91 qəpik) manat, cəmi 2455 (iki min dörd yüz əlli beş manat 00 qəpik) manat məbləğində pulun və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi A.O.Məmmədova xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 25 Fevral 2021-ci il tarixli, RBNPU-07728 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1274,06 manat, faiz borcuna görə 144,09 manat, dəbbə borcuna görə 685,78 manat, cəmi 2103,93 manat məbləğində pulun və 45,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.O.Məmmədova iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC-nin Baş ofis ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 25 Fevral 2021-ci il tarixli, RBNPU-07728 saylı kredit müqaviləsinə əsasən illik 17 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir, 25 Fevral 2021-ci il tarixli, RBNPU-07728 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri vəəsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır, tərəflər arasında bağlanmış 25 Fevral 2021-ci il tarixli, RBNPU- 07728 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 25-dan gec olmayaraq hər ay 197,77 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icra etməmişdir, məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən əsas borcdan ödəniş edilmiş, eyni zamanda faiz və cərimə borcu artmışdır, hazırda cavabdehin əsas borc üzrə 1274,06 manat, faiz borcuna görə 144,09 manat, dəbbə borcuna görə 685,78 manat, cəmi 2103,93 manat məbləğində borcu vardır. Sonda iddiaçının nümayəndəsi A.O.Məmmədova iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, mülki iş üzrə əsas borc 1274,06 manat və faiz borcu 144,09 manat məbləğində borcu qəbul edir, 685,78 manat məbləğində dəbbəni isə qəbul etmir, dəbbə pulu həddindən artıq şişirdilmişdir, iddia tələbinin bu hissədə təmin edilməməsini xahiş edir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RBNPU-07728 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 29 %, qaytarılması gecikdirildiyi halda ödəniləcək faiz dərəcəsi 58 %-dən çox olmamaq şərtilə, 15000 manat məbləğədək krediti verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor bu müqavilə qüvvədə olduğu müddət ərzində bu müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla Borcalana kredit verə bilər, bu halda borcalan hər ay kredit üzrə ödənilməli olan məbləğin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə kreditora qaytarılmasını öz öhdəsinə götürür, Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin məqsədləri üçün borcalana cari hesab açılır və həmin cari hesaba bağlı olan plastik kart təqdim edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 4124 saylı Arayışın surətindən görünür ki, Cavabdeh 25 fevral 2021-ci il tarixli RBNPU-07728 saylı müqaviləsi üzrə 6 iyun 2022-ci il tarixinə olan borcu əsas borc üzrə 2216,45 manat, faiz borcu 79,64 manat, cərimə borcu 158,91 manat, tələblərin cəmi 2455 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 6155 saylı Arayışın surətindən görünür ki, Cavabdeh 25 fevral 2021-ci il tarixli RBNPU-07728 saylı müqaviləsi üzrə 26 sentyabr 2022-ci il tarixinə olan borcu əsas borc üzrə 1274,06 manat, faiz borcu 144,09 manat, cərimə borcu 685,78 manat, tələblərin cəmi 2103,93 manatdır. İş materiallarında olan “Kreditin tarixi” Çıxarışdan görünür ki, RBNPU-07728 saylı müqavilə üzrə Cavabdeh kredit qalığı 1274,06 manat, faiz borcu 146,69 manat, dəbbə 704,58 manat, ümumi borc 2125,13 manatdır. İş materiallaından görünür ki, xx.xx.2022-ci ildə İddiaçı ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə ondan kredit müqaviləsinə əsasən olan borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2021-ci il tarixli RBNPU-07728 saylı kredit müqaviləsinə əsasən, tərəflər, bank tərəfindən sonuncuya cari hesab açılmaqla və plastik kart təqdim edilməklə 60 ay müddətinə illik faiz dərəcəsi 29% olmaqla 15000 manat məbləğədək krediti verilməsi barədə razılığa gəlmişdirlər, müqaviləyə əsasən borcalan hər ay kredit üzrə ödənilməli olan məbləğin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə kreditora qaytarılmasını öz öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə bildiriş məktubu göndərilmişdir, cavabdeh iddia tələbini qismən - əsas və faiz borcu (əsas borc 1274,06 manat və faiz borcu 144,09 manat) hissədə qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, kreditorun əmlak mənafelərini nəzərə almaqla, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 80 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1274,06 manat məbləğində əsas borc, 144,09 manat məbləğində faiz borcu, 80 manat cərimə borcu olmaqla ümumilikdə 1498,15 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 35 manat Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2021-ci il tarixli RBNPU- 07728 saylı müqavilə üzrə Cavabdeh əsas borc üzrə 1274,06 manat, faiz borcu üzrə 144,09 manat, cərimə borcu üzrə 80 manat olmaqla, ümumilikdə 1498 (min dörd yüz doxsan səkkiz) manat 15 (on beş) qəpik və dövlət rüsumu qismində ödənilmiş 35 (otuz beş) manat tutularaq Rabitəbank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4362/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4362/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver