Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4389/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "müqavilə üzrə borcun ödənilməsi" barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 266 manat məbləğində əsas borc, 79,80 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə birlikdə 375,80 (üç yüz yetmiş beş manat səksən qəpik) manat məbləğində borcun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi R.İ.İsgəndərov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X3 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində MOB03-0853 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 476 manat dəyərində “Xioami Redmi 6 32 GB Gray” markalı mobil telefon almışdır, hədiyyə verən X3 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-010/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı alqısatqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir, müqavilə 20 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır, müqaviləyə əsasən borclu qalıq 38 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 38 azn ödəniş etməli idi, cavabdeh cəmi 190 azn ödəniş etmişdir, qalıq borcu - 266 azn təşkil edir, qalıq borc 266 azn olaraq qalır, gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 79,80 azn təşkil edir, Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir, həmin xəbərdalıq məktubu və onun göndərilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunur, MOB03-0853 № alqı-satqı müqavilə üzrə- 266 azn əsas borc, 79,80 azn dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə, cavabdeh tərəfindən 375,80 azn ödənilməlidir, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir, TAB MMC, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Sonda İddiaçı MMC-nin nümayəndəsi R.İ.İsgəndərov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi R.İ.İsgəndərov yazılı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını, iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir.. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, 476 manat dəyərində “Xioami Redmi 6 32 GB Gray” markalı telefon ilkin ödəniş 20 manat olmaqla, 12 ay müddətinə sonuncuya satılmışdır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündə ödənildiyi günədək qanuna uyğun cərimələr ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı Təhvil-təslim aktının surətindən görünür ki, “Xioami Redmi 6 32 GB Gray” markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı alqı-satqı müqaviləsinə Əlavənin surətindən görünür ki, ilkin ödəniş 20, müddət 12 ay, məbləğ 476, valyuta AZN, tarix xx.xx.2018, aylıq ödəniş 38 manatdır. İş materiallarında olan hədiyyə verən X3 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-010/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2018-ci il tarixində 12 aylıq bağlanılan MOB03-0853 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixində MOB03-0853 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğ 190 AZN, ödənilməmiş əsas borc məbləği 266 AZN, cərimə üzrə borc məbləği 79,80 manatdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMCyə verilməsi və borcun ödənilməsi barədə Pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Mədaxil Qəbazindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X3 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı – “Xioami Redmi 6 32 GB Gray” markalı telefonu alıcıya təhvil vermişdır, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, X3 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-010/21 saylı bağışlama müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixində 12 aylıq bağlanılan MOB03-0853 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqları sonuncuya keçmişdir. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya olan borcu 266 manat əsas, 79,80 manat dəbbə pulu olmaqla, cəmi 345,80 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı alqı-satqı müqaviləsinə əsasən, 266 manat əsas, 79,80 manat dəbbə pulu olmaqla, cəmi 245,80 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixli MOB03-0853 saylı alqı-satqı müqaviləsinə əsasən, 266 manat əsas, 79,80 manat dəbbə pulu olmaqla, cəmi 345 (üç yüz qırx beş) manat 80 (səksən) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4389/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4389/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver