Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4390/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, Paltaryuyan Electrolux üçün 593.81 (beş yüz doxsan üç manat səksən bir qəp) manat ödənilməmiş hissə, 59.19 (əlli doqquz manat on doqquz qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Lg, Hp Pavilion komputer üçün 2315 (iki min üç yüz on beş) manat ödənilməmiş hissə, 231 (iki yüz otuz bir) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefon üçün 594.4 (beş yüz doxsan dörd manat qırx qəp) manat ödənilməmiş hissə, 59.6 (əlli doqquz manat altmış qəp) manat cərimə ümumilikdə 3853 manat borc, 58.53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC il2ə1.07.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, Paltaryuyan Electrolux paltaryuyan LG, Hp Pavılıon komputer, İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 3853 (üç min səkkiz yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1603.8 (bir min altı yüz üç manat səksən qəp) manat (18 ay 89.1 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, Paltaryuyan Electrolux üçün ümumilikdə, 653 (altı yüz əlli üç) manat olmaqla ondan, 593.81 (beş yüz doxsan üç manat səksən bir qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59.19 (əlli doqquz manat on doqquz qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3483 (üç min dörd yüz səksən üç) manat (18 ay x 193.5 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Lg, Hp Pavilion komputer üçün ümumilikdə, 2546 (iki min beş yüz qırx altı) manat olmaqla ondan, 2315 (iki min üç yüz on beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 231 (iki yüz otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 986.4 (doqquz yüz səksən altı manat qırx qəp) manat (18 ay x 54.8 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 654 (altı yüz əlli dörd) manat olmaqla ondan, 594.4 (beş yüz doxsan dörd manat qırx qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59.6 (əlli doqquz manat altmış qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.20211-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Electroluxdan xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 659.99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 350 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 659.99 manat, ümumilikdə, 1009.99 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 1560 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefonları müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, Electrolux Paltaryuyanı müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, X1 Elşad Fəzail oğluna tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Paltaryuyan Lg, Hp Pavilion komputeri müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, Paltaryuyan Lg, Hp Pavilion komputer Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 22 may 2023-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, Paltaryuyan Electrolux üçün 593.81 manat ödənilməmiş hissə, 59.19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Lg, Hp Pavilion komputer üçün 2315 manat ödənilməmiş hissə, 231 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefon üçün 594.4 manat ödənilməmiş hissə, 59.6 manat cərimə ümumilikdə borcu 3853 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 58,53 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərmiş, cavabdehdən borcunu qısa bir zamanda ödəməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş ödənişləri yerinə yetirməyərək müqavilələrin şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 593.81 manat ödənilməmiş hissə, 59.19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2315 manat ödənilməmiş hissə, 231 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 594.4 manat ödənilməmiş hissə, 59.6 manat cərimə olmaqla ümumilikdə 3853 manat təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********59773 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********62033 Samsung Galaxy A12 markalı telefon, Paltaryuyan Electrolux üçün 593.81 manat ödənilməmiş hissə, 59.19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Lg, Hp Pavilion komputer üçün 2315 manat ödənilməmiş hissə, 231 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********24559 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********40567 Samsung Galaxy A51 markalı telefon üçün 594.4 manat ödənilməmiş hissə, 59.6 manat cərimə ümumilikdə 3853 manat cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 58,53 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 593.81 manat ödənilməmiş hissə, 59.19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2315 manat ödənilməmiş hissə, 231 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 594.4 manat ödənilməmiş hissə, 59.6 manat cərimə ümumilikdə 3853 (üç min səkkiz yüz əlli üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat 53 (əlli üç) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4390/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4390/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver