Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4397/2022 22.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 1xx/xx/113798/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4769.12 manat (dörd min yeddi yüz altmış doqquz manat 12 qəpik) məbləğində əsas borc, 3526.80 (üç min beş yüz iyirmi altı manat 80 qəpik) manat məbləğində faiz borcu, 922.80 (doqquz yüz iyirmi iki, 80 qəpik) manat məbləğində cərimə borcu, 625.02 (altı yüz iyirmi beş manat, 02 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9843.74 (doqquz min səkkiz yüz qırx üç, 74 qəpik) manat məbləğində pulun, 118.44 (bir yüz on səkkiz manat, 44 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı LPO QSC "xxxx" KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsinin baxılmamış saxlanılması, mülki işdə olan sənədlərin əsllərinin (kredit müqaviləsinin əsli, ödəniş cədvəlinin, MAPS arayışının xəbərdarlıq məktublarının, dövlət rüsumunun ödənilməsi barədə qəbzin və sair) (QSC "xxxx" KByə; Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanına) geri qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması və ALAN: Adı: Ləğv prosesində olan QSC "xxxx" KB, VÖEN: **********, İBAN: AZ54NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin geri qaytarılması barədə ərizə verdiyindən, iddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, QSC "xxxx" KB tərəfindən xx.xx.2022-ci il tarixdə ********* saylı qəbz ilə 118,44 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 1xx/xx/113798/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4769.12 manat (dörd min yeddi yüz altmış doqquz manat 12 qəpik) məbləğində əsas borc, 3526.80 (üç min beş yüz iyirmi altı manat 80 qəpik) manat məbləğində faiz borcu, 922.80 (doqquz yüz iyirmi iki, 80 qəpik) manat məbləğində cərimə borcu, 625.02 (altı yüz iyirmi beş manat, 02 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9843.74 (doqquz min səkkiz yüz qırx üç, 74 qəpik) manat məbləğində pulun, 118.44 (bir yüz on səkkiz manat, 44 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən xx.xx.2022-ci il tarixində ödənilmiş 118 (yüz on səkkiz) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu qaytarılsın. (ALAN: Adı: Ləğv prosesində olan QSC "xxxx" KB, VÖEN: **********, İBAN: AZ54NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4397/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4397/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver