Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4437/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manat, 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416.75 manat əsas, 950.02 manat faiz borcu olmaqla, cəmi 3366.95 manat və 20 aprel 2012-ci il tarixli BAL0179318/12 saylı müqaviləyə əsasən 538.48 əsas, 75.78 faiz və 40 manat cərimə, cəmi 654.26 manat və ümumi olaraq bütün kredit borclarının cəmi 4374.59 məbləğində vəsaitin və 40 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli, PC/72630/40/25 saylı, 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı və 20 aprel 2012-ci il tarixli BAL0179318/12 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 7456 manat məbləğlərində kredit vermişdir. Hazırda mərhum X1 Banka ümumi olaraq 4374.59 manat borcu vardır. X4 16 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 (Əri), Cavabdeh2 və Cavabdeh1 X1 qanuni vərəsələridirlər. X5 tərəfindən vərəsələrinə qalan miras əmlak Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sabunçu filialının 2063 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna əsasən AZ11/BAZ******************** nömrəli hesabında olan 365.03 manat məbləğındə pul vəsaitindən ibarətdir. İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, həmçinin ərizə ilə müraciət edərək, izahatında göstərmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi səbəbindən də rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olsa belə, iddia müddətinin ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında 27 iyul 2012-ci il tarixli müqaviləyə əsasən borcalana 500 manat məbləğində kredit xətti ayrılır. Kartdan istifadə müddəti bu müqavilə imzalandığı gündən xx.xx.2015-ci il müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında 15 may 2014-cü il tarixli, PC/72630/40/25 saylı müqaviləyə əsasən borcalana 24 ay müddətinə illik 28 faiz dərəcəsi olmaqla 1500 manat məbləğində kredit xətti ayrılır. Kredit müqaviləsi üzrə əsas məbləğ və faizlərin ödənilməsinin son ödəniş tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. İş materiallarında olan 26 iyul 2012-ci il tarixli razılaşmaya əsasən İddiaçı ASC borclu X2 150 manat məbləğində bərpa olunan kredit xətti açır. İş materiallarında olan 20 aprel 2012-ci il tarixli saylı razılaşmaya əsasən İddiaçı ASC borclu X2 500 manat məbləğində bərpa olunan kredit xətti açır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 175.24 manat məbləğində əsas, 85.62 manat faiz, 92.52 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2416.75 manat məbləğində əsas, 950.02 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 538.48 manat məbləğində əsas, 75.78 manat faiz borcu vardır. İş materiallarında olan AZ-İ № 899981 saylı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 X1 vərəsələridir, onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4437/2022 saylı qərardadı ilə 26 iyul 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416.75 manat əsas, 950.02 manat faiz borcu olmaqla, cəmi 3366.95 manatın cavabdehlərdən tuularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində xitam verilmişdir. Məhkəmə ilk növbədə İddiaçı ASC ilə X4 arasında bağlanmış kredit müqavilələri üzrə borcun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tələb edilməsi ilə bağlı məsələyə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 ölümündən sonra Cavabdeh3. Cavabdeh2 , Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, Cavabdeh3. Cavabdeh2 , Cavabdeh1 miras əmlakı qəbul etmişlər, bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsəsi hesab edilmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər borcalan X1 yetkinlik yaşına çatmış vərəsələri Cavabdeh3. Cavabdeh2 , Cavabdeh1 tələb edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iddiaya 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hisəsədə əsaslıdır. Belə ki, yuxarıda sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X4 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X4 öldüyündən, Cavabdeh3. Cavabdeh2, Cavabdeh1 onun vərəsələri olduğundan, iddiaçı hazırki cavabdehlərdən 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın xx.xx.2012-ci il tarixli BAL0179318/12 müqaviləyə əsasən 538,48 əsas, 75,78 faiz və 40 manat cərimə ümumilikdə 654.26 manat məbləğində borcun cavabdehlərdən tutulması hissəsində qiymət verərək belə qənətə gəlir ki, iddia bu hissədə sübuta yetiirlmədiyinə görə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2012-ci il tarixli BAL0179318/12 müqavilə və xx.xx.2012-ci il tarixli müqavilə üzrə nə kreditin alınması üçün müraciət (ərizə,anket), nə maliyyə arayışı, nə də müqavilə üzrə hər hansı digər sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, X4 iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin hazırki iddia tələbi əsaslı olsa da mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Mülki Məcəllədə müəyyən edilmiş kredit müqavilələrinə tətbiq edilən üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda kredit müqavilələri üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İş materiallarından göründüyü kimi kredit müqavilələri üzrə borclu X4 16 oktyabr 2017-ci il tarixində dünyasını dəyişmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 , Cavabdeh1 xx.xx.2018ci il tarixindən qanun üzrə vərəsəlik şəhadətnamələri almışlar. 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə üzrə kreditin müddəti 12 ay müəyyən edilmişdir. Beləliklə də hazırki iddia üzrə iddia müddətinin axımı müqavilə üzrə öhdəliklərin icrası müddəti yəni, xx.xx.2015-ci il tarixdən başlanmalı idi. İddiaçı isə pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. Digər tərəfdən müqavilə üzrə borclunun 2017-ci ildə vəfat etdiyi və qanun üzrə vərəslərin vərəsəliklə bağlı şəhadətnamələrini 2018-ci il tarixdə aldığı nəzərə alınaraq iddia müddəti bu tarixdən sonra hesablansa da iddiaçı yenə də iddia müddətini ötürmüş olur. Belə ki, iddiaçı bu hadisələrdən üç il beş ay on dörd gün sonra pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət ” Mərkəzində Notariat Ofisinin məktubundan vərəsəlik işinin xx.xx.2022-ci il tarixində “Femida ” Vəkil Bürosunun vəkili Samir Qasımova təqdim edildiyi görünsə də, bu tarix kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı hesab edilə bilməz. Ona görə ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən və ya başlanır icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Öhdəlikdə isə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Bununla da iddiaçı 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manat, 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416.75 manat əsas, 950.02 manat faiz borcu olmaqla, cəmi 3366.95 manat və 20 aprel 2012-ci il tarixli BAL0179318/12 saylı müqaviləyə əsasən 538.48 əsas, 75.78 faiz və 40 manat cərimə, cəmi 654.26 manat və ümumi olaraq bütün kredit borclarının cəmi 4374.59 məbləğində vəsaitin və 40 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4437/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4437/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver