Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4451/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsi üzrə 2311.48 AZN məbləğində əsas borc, 274.40 AZN faiz borcu olmaqla, ümumilikdə 2588.88 AZN məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45.86 AZN pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, illik 29% faiz dərəcəsi ilə 2311.48 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə 2311.48 AZN əsas, 274.40 AZN faiz borcu olmaqla, cəmi 2585.88 AZN məbləğində borcu qalmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin (pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün 2311.48 AZN məbləğində, 36 ay müddətinə nağd pul krediti verilməsini İddiaçı ASC-dən xahiş etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, faizləri ödənilmək və təminatlılıq şərtilə 2311.48 AZN məbləğində kredit verilməsini öhdəsinə götürür (Müqavilənin 1.1-ci bəndi). Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada Kreditora qaytarmağı öhdəsinə götürür (Müqavilənin 1.2-ci bəndi). Kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilir (Müqavilənin 1.3-cü bəndi). Kredit borcalana gündəlik tələbat məqsədilə verilir (Bənd 1.4). Kredit 36 ay müddətinə verilir, müddət kreditin faktiki verildiyi tarixdən hesablanır (Bənd 1.5). Kreditdən istifadəyə görə borcalan illik 29% faiz ödəyir, borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir (Bənd 2.1). Ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə, gecikən əsas borca görə gündəlik 0.6% dəbbə pulu hesablanır (Bənd 2.2). Kreditor kreditdən isstifadəyə görə Borcalandan illik 29% ödənilməsini, o cümlədən bu müqavilə üzrə digər borcların (əsas borc, komisyon haqqı, dəbbə pulu) ödənilməsini tələb edə bilər (Müqavilənin 3.1.1-ci bəndi). Kreditor borcalan tərəfindən əsas borc, yaxud onun bir hissəsinin Ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda bu müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər (Bənd 3.1.4.1) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsinə Əlavə Ödəniş qrafikindən görünür ki, Cavabdeh verilən kreditin məbləği 2311.48 AZN, illik faiz dərəcəsi 29%, müddəti 36 ay, aylıq ödənişi hər ay üçün 96.86 AZN (yalnız xx.xx.2027-ci il tarixli sonuncu ödəniş 99.53 AZN) təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən gündəlik tələbat məqsədilə 2311.48 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/01650 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsi üzrə borcu, 2311.48 AZN əsas, 274.40 AZN faiz borcu olmaqla, cəmi 2585.88 AZN təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli, 22-264-16/MH7912 saylı bildiriş göndərilməklə, ondan xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı müqavilə üzrə 2585.88 AZN məbləğində ümumi borcunu tam ödəməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 45.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsinə əsasən, bank 36 ay müddətinə, 29% illik faiz dərəcəsi ilə 2311.48 manat məbləğində gündəlik tələbat məqsədilə müştəriyə kredit verməyi, müştəri isə müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş qrafikinə əsasən borcunu ödəməyi öhdəsinə götürmüşdür, lakin Cavabdeh Ödəniş qrafiki üzrə ödənişləri vaxtında və lazımı qaydada ödəməmişdir. Cavabdehin İddiaçı ASC-yə olan borcu, xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 2311.48 AZN, faiz borcu üzrə 274.40 AZN olmaqla, ümumilikdə 2585.88 AZN təşkil edir. Bank tərəfindən rəsmi bildirişin (pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsi üzrə əsas borc qismində 2311.48 AZN, faiz borcu üzrə 274.40 AZN olmaqla, ümumilikdə 2585.88 AZN məbləğində borc pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45.86 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK0924466C110 saylı Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 2311.48 AZN, faiz borcu üzrə 274.40 AZN olmaqla, ümumilikdə 2585 (iki min beş yüz səksən beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat 86 (səksən altı) qəpik pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4451/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4451/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver