Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4469/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi üzrə mülki işdə Cavabdehn işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X1” ASC Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə elektron ərizə ilə müraciət edərək, mülki işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Rayon Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Azemis” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasən, Cavabdeh ünvanı ünvan 1asiya sistemindən görünür ki, onun ünvanı müxtəlif vaxtlarda müvafiq olaraq Xətai rayonu və Sumqayıt şəhəri olaraq bir dəyişikliklərə məruz qalmışdır). Beləliklə, iş üzrə cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdehin ünvanı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi üzrə hazırki mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4469/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4469/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver