Məhkəmə qərarları › İş №e-2(011)-4481/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4481/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4481/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 2021-ci ildə müxtəlif vaxtlarda iş qurmaq adı ilə ondan 31500 manat pul almışdır. Cavabdeh tərəfindən verilən vədlərin yalan olduğunu başa düşdükdən sonra o, hüquq mühafizə orqanlarına müraciət etmiş və cavabdeh barəsində CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət işi başlanmışdır. Məhkəmə icraatı dövründə cavabdeh ona 10000 manat ödəmiş və qalan pulu qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehlə barışaraq məhkəməyə ərizə ilə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 1(011)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 2 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş və o, məhkəmə zalından azad edilmişdir. Lakin həmin vaxtdan bir ildən çox keçməsinə baxmayaraq cavabdeh qalan 21500 manatdan bir qəpik belə ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 21500 manat əsas borcun, uçot faiz dərəcəsinə görə hesablanmış 1935 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-211/2022 saylı 16 may 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmdə göstərilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. İddiaçı əvvəllər tanımışdır. Onunla yaxşı münasibətləri olmuşdur. İddiaçı işlətdiyi "Ayıq Sürücü" şirkətində operator işləmişdir. Bir müddət sonra o, İddiaçı yanından işdən çıxmış və dərman şirkətinə işə düzəlmişdir. Həmin vaxtdan sonra İddiaçı ilə bir yerdə işləməsələr də, yoldaşlıq münasibətləri davam etmiş və mütəmadi olaraq bir-biriləri ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. 2021-ci ilin əvvəlləri o, “Rent a car"dan idarə etmək üçün maşın götürmüşdür. Həmin ərəfələrdə onun xeyli miqdarda borcları var idi. Həmin borcları qaytarmağa çalışsa da bunu edə bilmirdi. Buna görə də qərara gəlmişdir ki, tanışı İddiaçı aldadaraq müəyyən məbləğdə pulunu ələ keçirsin və borclarını ödəsin. 2021-ci ilin yanvar ayında mobil telefon vasitəsi ilə İddiaçılə əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Həmin gün axşam saatlarında o, İddiaçılə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən kafelərin birində görüşmüşlər. Görüşə gedən zaman o, rent-a-cardan götürdüyü BMW markalı F30 markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Həmin avtomobili Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “rent a car" şirkətindən gündəlik icarəsi 125 manat ödəməklə götürmüşdür. Həmin avtomobil ilə görüşə getməyinin məqsədi ondan ibarət olmuşdur ki, İddiaçı onun iş adamı olmağına inamı yaransın. İddiaçılə görüşən zaman onlar söhbət etmişlər və Seymura işlərinin qaydasında olduğunu, hazırda idarə etdiyi avtomobili öz hesabına aldığını qeyd etmiş və dərman işi ilə məşğul olduğunu bildirmişdir. Əslində həmin ərəfədə o, dərman işi ilə məşğul olmamış və həmin şirkətdə fəhlə işləmişdir. Söhbət əsnasında İddiaçı bildirmişdir ki, müəyyən məbləğdə pulu dərmanların gətirilməsinə ödəyərək, daha sonra həmin dərmanları Bakı şəhərində daha baha qiymətə satışını həyata keçirir və bu işdə böyük qazanc əldə edir. İddiaçı ona çox yaxşılıq etdiyini bildirib, onu da həmin işə şərik edə biləcəyini qeyd etmişdir. İddiaçı onun qısa müddətdə özünə avtomobil almağını düşünüb ona inanmış və şərikli işləməyə razılıq vermişdir. İddiaçı 22 fevral 2021-ci il tarixdən 27 fevral 2021-ci ilədək olan müddət ərzində 31.514 manat pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə etmək üçün hissə-hissə olmaqla ona vermişdir. Həmin pulları alan zaman İddiaçı bildirmişdir ki, ən geci 25 gün ərzində həmin işdən əldə edəcəkləri ilk qazancı ona verəcək. Sonuncu pulu İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Medical Plaza"-nın yaxınlığındakı Bravo Marketin qarşısında almışdır. İddiaçı 31.514 manat pulu aldıqdan sonra həmin puldan borclarını ödəmiş və qalan hissəni də özü üçün xərcləmişdir. Sonuncu pulu İddiaçı aldıqdan 25 gün sonra Seymur onunla əlaqə saxlamış və qazanc pulu kimi ona verəcəyi pul barəsində söhbət etmişlər. Müxtəlif bəhanələr gətirərək, yaxın zamanlarda qazanc pulunu ona verəcəyini bildirmişdir. Bir müddət bəhanələr gətirə bilsə də, daha sonra Seymur onunla söhbət etmiş və qazanc istəmədiyini bildirib, ona verdiyi pulu geri istəmişdir. Həmin vaxt ona səmimi olaraq ondan aldığı pullar ilə borclarını ödədiyini söyləmiş və ondan aldığı pulları ödəməsi üçün vaxt istəmişdir. İddiaçı səbrlə onu uzun müddət gözləsə də, o, həmin pulu taparaq ona ödəyə bilməmiş və buna görə də İddiaçı onun barəsində polisə müraciət etmişdir. Başqa şəxslərə qarşı dələduzluq əməli törətməmişdir. İddiaçı həmin pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə edəcəkləri adı ilə alsa da, həmin pulu alan zaman niyyəti İddiaçı aldadaraq pulunu ələ keçirmək olmuşdur. İddiaçı qeyd olunan pulu alan zaman həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. 22 fevral - 27 fevral 2021-ci il tarixlərdə o, həmin pulu həqiqətən də almışdır. Borcunu ödəyə bilmədiyi üçün və pul axtardığı üçün istintaqdan gizlənmişdir ki, İddiaçılə razılıq əldə etsin və onun pulunu hissə-hissə qaytarsın. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 211/2022 saylı 16 may 2022-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyandan hissə-hissə 10000 manat məbləğinin ödənildiyini qeyd etməklə, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-211/2022 saylı 16 may 2022-ci il tarixli hökmündə cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, İddiaçı 22 fevral 2021-ci il tarixdən 27 fevral 2021-ci ilədək olan müddət ərzində 31.514 manat pulu birgə dərman işi ilə məşğul olub qazanc əldə etmək üçün hissə-hissə olmaqla Cavabdeh vermiş, sonuncu pulu İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Medical Plaza"-nın yaxınlığındakı Bravo Marketin qarşısında almış, İddiaçı 31.514 manat pulu aldıqdan sonra həmin puldan borclarını ödəmiş və qalan hissəni də özü üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı Cavabdeh həmin borc məbləğindən 10000 manat pulu hissə-hissə olmaqla İddiaçı ödəmiş, geri qalan məbləğ, yəni 21500 manat hazırki günədək geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 21500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən əlavə uçot faiz dərəcəsinə görə hesablanmış 1935 manat pulun tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21500 manat məbləğində pul vəsaiti və 165 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar