Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4514/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi qaytarılması barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh əsas borc üzrə 185.42 (yüz səksən beş manat qırx iki qəpik) manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 23.92 (iyirmi üç manat doxsan iki qəpik) manat, cərimə borcu üzrə 26.82 (iyirmi altı manat səksən iki qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.00 (iki manat) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 ( üç manat qırx qəpik) manat, cəmi 241.56 ( iki yüz qırx bir manat əllialtı qəpik ) manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması İddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında 18 sentyabr 2019-cu il tarixdə Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinə görə “X1 Azərbaycan” QSC Cavabdeh istehlak məqsədləri üçün 300.00 manat məbləğində, 5 il müddətinə kredit xətti açmışdır. Borcalan həmin kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyaları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmağı öhdəsinə ğötürmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq, kreditin ödəməsinə dair öhdəliyi vaxtlı vaxtında, lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə“X1 Azərbaycan” QSC-ya əsas borca görə 185.42 manat, faiz borcuna görə 23.92 manat, cərimə borcuna görə 26.82 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komisiyalar üzrə 2.00 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 3.40 manat, cəmi 241.56 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyindən, kreditor "xxxx" KB ASC təlbinin həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək, iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları: İddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 18 senyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 300.00 manat məbləğində 15 il müddətinə kredit xətti açmışdır.İddiaçı tərəfindən təqdim edilmiş 18 aprel 2024-cü il tarixli arayışa əsasən Cavabdeh 18 aprel 2024-cü il tarixinə əsas borca görə 185.42 manat, faiz borcuna görə 23.92 manat,cərimə borcuna görə 26.82 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komisiyalara görə 2.00, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 3.40, cəmi 241.56 manat borcu yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30.00 manat məbləğində dövlət rüsumu ödəmişdi. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və komissiya borcunu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, kredit müqavilə üzrə hesablanmış cərimə əsas borc məbləğinə mütənasib olduğuna görə, iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30.00 manat məbləğində dövlət rüsumunun və 3.40 manat poçt xərclərini alınmasına dair hissəsini də araşdıraraq, hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı Cavabdeh alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bağlanılmış 18 sentyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 185.42 (yüz səksən beş manat qırx iki qəpik) manat, faiz borcuna görə 23.92 ( iyirmi üç manat doxsan iki qəpik) manat, cərimə borcuna görə 26.82 (iyirmi altı manat səksən iki qəpik) manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komisiyalara görə 2.00 (iki manat 00 qəpik) manat, bildirişlərin göndərilməsi üzrə poçt xərclərinə görə 3.40 (üç manat qırx qəpik) manat, cəmi 241.56 ( iki yüz qırx bir manat əlli altı qəpik) manat pul vəsaiti Cavabdeh alınaraq “X1 Azərbaycan” QSC-yə ödənilsin. 30.00 (otuz manat 00 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4514/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4514/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver