Məhkəmə qərarları › İş №e-2(011)-4516/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4516/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4516/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələrinə əsasən, 7398 manat əsas borc, 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 7492 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, Cavabdeh ümumi dəyəri 7912 AZN olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 7398 manat əsas borcu qalıb. Cavabdeh xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələri üzrə 7398 manat əsas borc, 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 7492 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissə-hissə ödəniş şərti ilə 708 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədə ödəniş etməyib və qalan 708 AZN məbləği 12 ay müddətinə aylıq 59 AZN olmaqla, İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, Cavabdeh SAMSUNG A24 SM-A245 128GB BLACK adlı malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissəhissə ödəniş şərti ilə 684 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş etməyib və qalan 684 AZN məbləği 12 ay müddətinə aylıq 57 AZN olmaqla İddiaçı MMCyə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh TV Grundig 32GEH6600 adlı malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissəhissə ödəniş şərti ilə 2900 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş etməyib və qalan 2900 AZN məbləği 20 ay müddətinə aylıq 145 AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh REF Riffel RFDN 42320 X, WM Beko WSRE 6512 PRS, AC Beko BBFDO 120/121 adlı 3 ədəd malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı Borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən hissəhissə ödəniş şərti ilə 3620 AZN məbləğində məişət avadanlığı əldə edib, əvvəlcədən ödəniş etməyib və qalan 3620 AZN məbləği 20 ay müddətinə aylıq 181 AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh NB LENEVO LOQ və NB++ 5 adlı 2 ədəd malı hissə-hissə ödəmə yolu ilə əldə etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan (pretenziyadan) görünür ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixində bildiriş göndərməklə, ondan məktub ünvana daxil olduğu vaxtdan 3 (üç) iş günü müddətində ümumi borcu olan 7398 manat pul məbləğini iddiaçıya ödəməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”-ndan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələri üzrə ödənilməmiş 7398 manat əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında ümumi dəyəri 7912 manat olan məişət avadanlıqlarının cavabdehə satılması barədə xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı və xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarında cavabdehin avadanlıqları əldə etməsi qeyd olunmuş, cavabdehin həmin əşyalara dair dörd müqavilə üzrə ümumilikdə 7398 manat əsas (qalıq) borcu qalmışdır. Cavabdeh iddiaçı tərəfindən borcunun olması barədə xəbərdar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Bununla belə, əşyaya görə qalıq borca görə cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, bağlanmış xx.xx.2023cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı və xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələrinə əsasən, ümumilikdə ödənilməmiş 7398 manat borc pul vəsaiti Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, HAK6251037 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251038 saylı, xx.xx.2023-cü il tarixli, HAK6251803 saylı və xx.xx.2023-cü il tarixli, HAK6251830 saylı borc müqavilələri üzrə 7398 (yeddi min üç yüz doxsan səkkiz) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94 (doxsan dörd) manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar