Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4536/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 24 may 2022-ci il tarixinə yaranmış 99.20 manat əsas borc, 14.80 manat cərimə borcu olmaqla, cəmi 114 manat, 05 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 325.60 manat əsas, 48.80 manat cərimə borcu olmaqla, cəmi 374.40 manat, 08 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 282.40 manat əsas, 42.30 manat cərimə borcu olmaqla, cəmi 324.70 manat, 22 yanvar 2021-ci il tarixli 738818 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 133.50 manat əsas, 20 manat cərimə borcu olmaqla, cəmi 153.50 manat, 05 fevral 2021ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 152 manat əsas, 22.80 manat cərimə borcu olmaqla, cəmi 174.80 manat, 06 mart 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 180 manat əsas, 27 manat cərimə borcu olmaqla, cəmi 207 manat, 13 aprel 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 199 manat əsas, 29.80 manat cərimə borcu olmaqla, cəmi 228.80 manat, 30 iyul 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 521.20 manat əsas, 78.10 manat cərimə borcu olmaqla, cəmi 599.30 manat, ümumilikdə 2.176,50 manat borcun və 41.80 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A515” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 699 manat, 05 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi Redmi” markalı mobil telefona və “Baseus” markalı qulaqlığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 600.60 manat, 08 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi Redmi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 514.90 manat, 22 yanvar 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla cəmi 578.50 manat, 05 fevral 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 472 manat, 06 mart 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 432 manat, 13 aprel 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A125” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 409 manat, 30 iyul 2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi Mi” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla cəmi 700 manat, ümumilikdə səkkiz müqavilə üzrə 4.406 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq səkkiz müqavilə üzrə qalıq qalmış 1.892,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh tərəfindən alınan məhsullar üçün müəyyən məbləğdə pul vəsaiti ödənilməli olmuş, lakin cavabdeh öz özdəliyini lazımınca icra etmədiyindən onun səkkiz müqavilə üzrə cəmi 1.892,90 manat borcu yaranmışdır. Yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi səkkiz müqavilə üzrə əsas borca aid hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 15 dekabr 2020-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 14.80 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində; 05 fevral 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 48.80 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində; 08 fevral 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 42.30 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində; 22 yanvar 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 20 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində; 05 fevral 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 22.80 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində; 06 mart 2021ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 27 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində; 13 aprel 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 29.80 manat dəbbə məbləği azaldılaraq 2 manat məbləğində; 30 iyul 2021-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 78.10 manat dəbbə məbləği azaldılaraq 7 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 dekabr 2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 99.20 manat əsas borc, 2 manat cərimə borcu; 05 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 325.60 manat əsas borc, 4 manat cərimə borcu; 08 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 282.40 manat əsas borc, 4 manat cərimə borcu; 22 yanvar 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 133.50 manat əsas borc, 2 manat cərimə borcu; 05 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 152 manat əsas borc, 2 manat cərimə borcu; 06 mart 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 180 manat əsas borc, 2 manat cərimə borcu; 13 aprel 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 199 manat əsas borc, 2 manat cərimə borcu; 30 iyul 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 521.20 manat əsas borc, 7 manat cərimə borcu olmaqla, cəmi 1.917,90 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 41.80 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 41.80 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 99.20 (doxsan doqquz manat iyirmi qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 05 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 325.60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; 08 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 282.40 (iki yüz səksən iki manat qırx qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; 22 yanvar 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 133.50 (bir yüz otuz üç manat əlli qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 05 fevral 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 152 (bir yüz əlli iki) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 06 mart 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 180 (bir yüz səksən) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 13 aprel 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 199 (bir yüz doxsan doqquz) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 30 iyul 2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən ödənilməmiş 521.20 (beş yüz iyirmi bir manat iyirmi qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 1.917,90 (bir min doqquz yüz on yeddi manat doxsan qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 41.80 (qırx bir manat səksən qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4536/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4536/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver