Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4537/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 352.6 manat əsas, 52.8 manat cərimə, cəmi 405.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 973.1 manat əsas, 145.9 manat cərimə, cəmi 1119 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 27 manat əsas, 4 manat cərimə, cəmi 31 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 34 manat əsas, 5.1 manat cərimə,cəmi 39.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 91.8 manat əsas, 13.7 manat cərimə, cəmi 105.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 154 manat əsas, 23.1 manat cərimə, cəmi 177.1 manat, ümumilikdə 1877.1 manat borcun və 39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A515” markalı mobil telefona görə 24 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 720 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi Mi” markalımobil telefona və qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla cəmi 1171.1 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu,aldığı “Xiaomi” markalı qulaqlığa görə 24 ay ödəniş cədvəli üzrə hər ay 2 manat olmaqla cəmi 59 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı“Apple” markalı aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla cəmi 64 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Apple” markalı aksessuarlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla cəmi 196.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi Redmi”markalı mobil telefona və qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 636 manat ümumilikdə altı müqavilə üzrə 2846.9 manat ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2022-ci il tarixində 30 manat, xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2022-ci il tarixində 63 manat, xx.xx.2020-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 2 manat, xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 17 manat və xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 53 manat ödəniş etmiş və altı müqavilə üzrə qalıq qalmış 1632.5 manat borcu qaytarmamışdır, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır, nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər altı müqavilə üzrə 2446 manat təşkil edir, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 2246 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 224.6 manat İddiaçı MMC-yə ödənilməlidir, beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 352.6 manat əsas, 52.8 manat cərimə, cəmi 405.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 973.1 manat əsas, 145.9 manat cərimə, cəmi 1119 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 27 manat əsas, 4 manat cərimə, cəmi 31 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 34 manat əsas, 5.1 manat cərimə, cəmi 39.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 91.8 manat əsas, 13.7 manat cərimə, cəmi 105.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 154 manat əsas, 23.1 manat cərimə,cəmi 177.1 manat təşkil etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Samsung A515 markalı mobil telefon cavabdehə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, “Samsung 515” markalı mobil telefon markalı məhsul alıcıya satılmışdır, müqavilə üzrə borc 720 azn, ödəniş müddəti 24 ay, aylıq ödəniş 30 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% (minimum 50 qəpik) dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Xiaomi Mİ 11 LİTE markalı mobil telefon və smart saat cavabdehə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Xiaomi Mİ 11 LİTE markalı mobil telefon və smart saat alıcıya satılmışdır, müqavilə üzrə borc 1171,1 azn, ödəniş müddəti 18 ay, aylıq ödəniş 66 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% (minimum 50 qəpik) dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, X3 Note 9 markalı mobil telefon və Hİ-Fİ JBL cavabdehə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, X3 Note 9 markalı mobil telefon və Hİ-Fİ JBL alıcıya satılmışdır, müqavilə üzrə ilkin ödəniş 125 manat, borc 636 azn, ödəniş müddəti 12 ay, aylıq ödəniş 53 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% (minimum 50 qəpik) dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Hİ-Fİ X2 earbuds basic cavabdehə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Hİ-Fİ X2 earbuds basic alıcıya satılmışdır, müqavilə üzrə borc 59 azn, ödəniş müddəti 24 ay, aylıq ödəniş 2 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% (minimum 50 qəpik) dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, X1 Apple USB cavabdehə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, X1 Apple USB alıcıya satılmışdır, müqavilə üzrə borc 64 azn, ödəniş müddəti 12 ay, aylıq ödəniş 5 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% (minimum 50 qəpik) dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, USB apple İphone Magsafe USB cable və USB Apple Lighting USB Cable cavabdehə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, USB apple İphone Magsafe USB cable və USB Apple Lighting USB Cable alıcıya satılmışdır, müqavilə üzrə borc 196,8 azn, ödəniş müddəti 12 ay, aylıq ödəniş 17 manatdır, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% (minimum 50 qəpik) dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 973,1 manat əsas, 1459 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 352,6 manat əsas, 528 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 154 manat əsas, 231 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27 manat əsas, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 34 manat əsas, 51 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 91,8 manat əsas, 137 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunu ödəməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il xx.xx.2021-ci il xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır, cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung A515” markalı mobil telefona görə 24 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 720 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Xiaomi Mi” markalı mobil telefona və qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla cəmi 1171.1 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Xiaomi” markalı qulaqlığa görə 24 ay ödəniş cədvəli üzrə hər ay 2 manat olmaqla cəmi 59 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Apple” markalı aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla cəmi 64 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Apple” markalı aksessuarlara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla cəmi 196.8 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Xiaomi Redmi” markalı mobil telefona və qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 636 manat ümumilikdə altı müqavilə üzrə 2846.9 manat ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh A.Həsənov müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələriin şərtlərini pozmuşdur, onun iddiaçıya əsas və cərimə borcu qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə (əsas borc 352,6 manat) 18 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (əsas borc 973,1 manat) 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (əsas borc 154 manat) 8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə (27 manat) 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (əsas borc 34 manat) 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (əsas məbləğ 91,8 manat) 5 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 352,6 manat, cərimə borcu 18 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 973,1 manat, cərimə borcu 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 154 manat, cərimə borcu 8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27 manat, cətimə borcu 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 34 manat, cərimə borcu 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğ 91,8 manat, cərimə borcu 5 manat olmaqla, ümumilikdə 1717,5 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi (1717,5) nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 352,6 manat, cərimə borcu 18 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 973,1 manat, cərimə borcu 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 154 manat, cərimə borcu 8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27 manat, cərimə borcu 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 34 manat, cərimə borcu 2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas məbləğ 91,8 manat, cərimə borcu 5 manat olmaqla, ümumilikdə 1717 (min yeddi yüz on yeddi) manat 50 (əlli) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4537/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4537/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver