Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4553/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh iştirakları ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş əsas borc üzrə 2599,25 manat, ödənilməmiş faiz borcu üzrə 1531,83 manat, dəbbə pulu üzrə 652,14 manat, cəmi 4783,32 manat pulun tutulmasının əmr edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə cəmi 4783,32 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq QSC “Bank Standard” KB-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, məhkəmə əmrini ləğv edib işə onun iştirakı ilə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4553/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.F.Fərhadova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır, cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə əmri çıxarılmış, 2018-ci ildə 2599,35 manat əsas borc, 1531,83 manat faiz borcu, 652 manat cərimə borcu, ümumilikdə cəmi 4783,32 manatın ödənilməsi əmr edilmişdir, hazırda da iddia tələbini müdafiə edir, həmçinin ekspert rəyində olan silinmələr düzgün hesablanmamışdır, cavabdeh tərəfindən ödənişlər az olub, cərimənin azaldılması isə məhkəmənin mülahizəsidir, 2015-ci ilə qədər ödənişlər olub, 2022-ci ildə iyun ayında bir dəfə - 200 manat ödəniş olunmuş və əsas borcdan silinmişdir, 2022-ci ildə olan həmin 200 manat ödəniş ekspertizada nəzərə alınmamışdır, belə bir ödəniş olduğunu təsdiq edir. Sonda iddiaçının nümayəndəsi F.F.Fərhadova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, əsas borcu qəbul edir, əsas borc ilk əvvəl 2600 manat olmuşdur, həmin borcdan məhkəmə prosesləri zamanı iyun ayında 200 manat ödəniş etmişdir, hazırda əsas borcu 2399,35 manatdır, bu borcu qəbul edir, ödəməyə razıdır, lakin cərimə və faiz borcunu qəbul etmir, hədsiz şişirdilib, bank bağlandığı üçün borcu harada ödəyəcəyini bilməmiş, bu səbəbdən ödənişləri etməmişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, QSC “Bank Standard” X4 filialı ilə Cavabdeh arasında 29 iyul 2013-cü il tarixli 1xx/xx/37990/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, mənzil təmiri məqsədilə bank kredit alana illik 25% olmaqla, 24 ay müddətinə, 5000 manat məbləğində kredit verməyi, kredit alan pulu qəbul etməyi və onu faizləri ilə birgə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh məxaric edilməklə 5000 manat kredit verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli 9/5847 saylı Ekspert rəyindən görünür ki, təqdim olunmuş iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 29 iyul 2013-cü il tarixli 1xx/xx/37990/13 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh xx.xx.2015-ci il tarixə olan borcu əsas borc üzrə 2456,06 manat, faiz borcu üzrə 579,90 manatdır. Rəyə əlavə edilmiş Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixə olan Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş edilmişdir. İş materiallarından görünür ki, QSC «Bank Standard» KB tərəfindən xx.xx.2018-c il tarixdə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında 24 ay müddətinə, illik 25% olmaqla, 5000 manat məbləğində kredit verilməsini nəzərdə tutan 29 iyul 2013-cü il tarixli 1xx/xx/37990/13 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yetirərək cavabdehə 5000 manat məbləğində kredit vermişdir, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə 200 manat ödəniş olunmuşdur, o, iddia tələbini qismən - əsas borc (2399,35 manat) hissədə qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflərin cavabdehin əsas borc məbləği barədə etiraflarını, o cümlədən, məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışı nəzərə alaraq, əsas borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, xx.xx.2022-ci il tarixdə edilmiş ödəniş nəzərə alınmaqla, 2399,35 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən 26 avqust 2022-ci il tarixli 9/5847saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 579,90 manat həddində müəyyən edilməlidir. Məhkəmə, 29 iyul 2013-cü il tarixli 1xx/xx/37990/13 saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc kimi 2399,35 manat, faiz borcu kimi 579,90 manat, cərimə kimi 100 manat olmaqla, ümumilikdə 3079,25 manat alınaraq QSC “Bank Standard” Kommersiya Bankına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 20 manat cavabdehdən alınaraq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc kimi 2399,35 manat, faiz borcu kimi 579,90 manat, cərimə kimi 100 manat olmaqla, ümumilikdə 3079 (üç min yetmiş doqquz) manat 25 (iyirmi beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul məbləği alınaraq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4553/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4553/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver