Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4577/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli 2-MZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 6600 ABŞ dolları məbləğinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla "xxxx" İKB arasında bağlanmış 13.102014-cü il tarixli, 2-MZ-1-0-790-14 nömrəli kredit müqaviləsinə asasan borc alana 12750 AZN məbləğində illik 22 96 olmaqla, 24 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq, İddiaçı Ələsgər oğlu ilə 15.122014-cü il tarixli, 2-MZ-1-0-790-14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, 547/23 saylı vəkil sorğusuna SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2023-cü il tarixli, GŞ01-06/129 saylı cavab məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1/2018 saylı, xx.xx.2018-c il tarixli icra sənədi üzrə 2880 ABŞ dolları əmək haqqından tutulmuşdur. Həmçinin əlavə olaraq, tutulmalar icra olunmasına baxmayaraq, vəkil sorğusuna cavab məktubunda həmin tutulmalar öz əksin tapmamışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ********** saylı “Mübadilə əməliyyatı haqqında bank çıxarışından” göründüyü kimi xx.xx.2023-cü il tarixində sözügedən kediüt müqavilssi üzrə 3300 ABŞ dollan ödəniş tərəfindən icra olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş, ”Yelo Bank” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KBD2934 nömrəli məktubdan görünür ki, xx.xx.2014-cü il tarixli, 2-MZ.1-0-790-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12750 ABŞ dollan məbləğində kredit verilmiş və İddiaçı zamin qisimində çıxış etmişdir. Hazırda 2-MZ.1-0-790-14 saylı zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyi icra edilmiş və bu səbəbdən onun "xxxx" ASC qarşısında öhdəliyinin olmadığı qeyd olunmuşdur. Sözügedən kredit müqaviləsi üzrə kredit məbləği Cavabdeh tərəfindən götürülmüş və öz şəxsi məqsdələri üçün istifadə edilmişdir. Lakin, sözügedən müqavilə üzrə bu günkü tarixədək onun tərəfindən 6600 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2-MZ-1-0-790-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, buna əsasən Bank borcalana hesab açaraq kredit verməyi, borcalan isə həmin krediti müəyyən edilmiş müddətdə və həcmdə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-8290/18 saylı Qərarından görünür ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1/2018 saylı 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" X1 cavabdehlər İddiaçı və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 9444.38 ABŞ dolları əsas, 328.98 ABŞ dolları faiz borcu, cəmi 9773.36 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" X2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5687/2018 saylı 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-1/2018 saylı, 26 fevral 2018ci il tarixli qətnaməsi "xxxx" İKB ASC və Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 18 iyul 2018-ci il tarixli, 2(103)-5687/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloii Nəqliyyat Departamentinin Bakı şəhər Nəsimi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Departament tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-1/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Departamentin 1 saylı təmir emalatxanasının rəisi vəzifəsində çalışan İddiaçı əmək haqqından hər ay 50% olmaqla "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Bununla da İddiaçı əmək haqqından 2022-ci il üzrə 2550.59 ABŞ dolları, 2023-cü il üzrə 941,76 ABŞ dolları məbləğində tutulma olmuşdur. İş materiallarında olan Mübadilə əməliyyatı haqqında bank çıxarışından görünür ki, İddiaçı tərəfindən 3400 ABŞ dolları məbləğində vəsait Cavabdeh hesabına kredit ödənilməsi məqsədilə hesaba mədaxil olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixli 2-MZ-1-0-790-14 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 12750,00 (on iki min yeddi yüz əlli) USD məbləğində kredit verilmiş və İddiaçı zamin qismində çıxış etmişdir. xx.xx.2023-cü il tarixinə 2-MZ-1-0-790-14 saylı zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyi icra edilmiş və bu səbəbdən İddiaçı "xxxx" ASC-qarşısında öhdəliyi mövcud deyil. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" ASC (Nikoyl) arasında kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır, kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirilmədiyinə görə YeloBank tərəfindən məhkəməyə müraciət edilmiş və məhkəmənin yekun qərarı ilə kredit müqaviləsi üzrə götürülümüş 12500 ABŞ dollar məbləğində vəsaitin Cavabdeh və İddiaçı tərəfindən müştərək qaydada ödənilməsinə qət edilmişdir, müəyyən edilmiş məbləğin 3492,35 hissəsi İddiaçı əmək haqqından tutulmuş, 3400 dollar məbləğində vəsait isə İddiaçı tərəfindən nağd ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyiə əsasən, zaminlik müqaviləsi üzrə borclunun əvəzinə ödəniş həyata keçirmiş zamin sonradan həmin məbləği borcludan tələb edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı, iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 6600 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6600 (altı min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirmi dörd) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4577/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4577/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver