Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4582/2023 21.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, 14 fevral 2023-ci il tarixində **-TX-*** DQN-lı “Mercedes-benz 200 minik” markalı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh, M.Hadi küçəsi ilə geriyə hərəkət edərkən, İddiaçı MMC-nin balansında olan **-JX-*** DQN-lı “İveco Urbanway” markalı avtobusun sağ hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmişdir. Yol-nəqliyyat hadisəsi Xətai rayon DYPŞİ-nin YHN-si üzrə baş inspektoru Polis kapitanı X2 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində, Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından, xx.xx.2023-cü il tarixində, sürücü barəsində MN ******* saylı İnzibati tənbeh vermə haqqıda qərar tərtib edilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması sürücünün yazılı verdiyi izahatında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X3 təqsiri Xətai Rayon Dövlət X9 tanınmışdır. X5 törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf etmiş və MN ******* №li, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokol sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun sağ yan hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 2 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən 9435 saylı Zərər Aktına əsasən **-JX-*** DQN-lı avtobusa 162.97 manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-TX-*** DQN-lı “Mercedes-benz 200 minik” markalı nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud olmadığından, sürücünün İddiaçı MMC-nin balansında olan avtobusa vurmuş olduğu 162.97 manat maddi zərər cavabdeh tərəfindən qarşılanmamışdır. Bu istiqamətdə cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 162.97 manat maddi ziyan məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 193.37 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 162.97 manat təşkil etmişdir. İş materiallarından olan Xətai Rayon Dövlət X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Fəxri oğlu M.Hadi küçəsində maşını geriyə verərkən “İveco” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Xətai RPİ-nin DYPŞ-nin rəisi polis polkovnik-leytenantı cənab Cavanşir Ələkbərova ünvanlanmış izahatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə təxminən saat 16:40 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə M.Hadi küçəsində geriyə verərkən solda hərəkətdə olan İveco markalı ** JX *** nömrəli avtobusun sağ hissəsinə toxunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 19 iyul 2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi Mercedes markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə M.Hadi küçəsində maşını geriyə verərkən “İveco” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş zərər aktına əsasən hadisə nəticəsində “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusa 162.97 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, İddiaçı MMC tələbi Cavabdeh qarşı əsaslı olduğu üçün iddia təmin edilməli və Cavabdeh 162.97 manat və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 162.97 (bir yüz altmış iki manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4582/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4582/2023
21.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver