Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4582/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET L xidməti, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ,İMEİ KODU **********89047 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, PLYONKA İSTEHSALİ, PAKET L xidməti, İMEİ KODU **********12168 HONOR X8B markalı telefon, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********02337 SAMSUNG GALAXY A15 markalı telefon almış və nəticədə 900,82 manat borc yaranmışdır.
2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 651 manat (12 ay x 54,25 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET L xidməti, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********89047 XİAOMİ REDMİ NOTE 13 markalı teleonf üçün ümumilikdə, 477,40 manat olmaqla ondan, 434 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43,40 manat cərimə;
3. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 570 (beş yüz yetmiş) manat (12 ay x 47,50 manat + 0 manat ilkin ödəniş) olan PLYONKA İSTEHSALİ, PAKET L xidməti, İMEİ KDOU **********12168 HONOR X8B markalı telefon üçün ümumilikdə, 313,50 (üç yüz on üç mnat, 50 qəpik) manat olmaqla ondan 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28,50 manat cərimə;
4. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 102,96 (yüz iki manat, 96 qəpik) manat (12 ay x 8,58 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********02337 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 118,92 manat olmaqla ondan, 86,65 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, müştəriyə güzəşt olunaraq 8,67 manat cərimə miqdarında borc yaranmışdır.
5. Cavabdehin cəmi ödədiyi məbləğ 518,31 manat təşkil edir.
İddiaçının tələbi:
6. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET L xidməti, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KODU **********89047 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 434 manat ödənilməmiş hissə, 43,40 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PLYONKAİSTEHSALİ, PAKET L xidməti, İMEİ KDOU **********12168 HONOR X8B markalı telefon üçün 285 manat ödənilməmiş hissə, 28,50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********02337 SAMSUNG GALAXY A15 markalı telefon üçün, 86,65 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 8,67 manat cərimə olmaqla, ümumilikdə 909,82 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
7. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2024-cü il tarixli 11681696 saylı alqı-satqı müqaviləsinə və ona əlavə ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan HONOR X8B markalı telefon almışdır. Cavabdeh 12 ay müddətinə hər ay 47,50 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
9. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 11681696 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
10. xx.xx.2024-cü il tarixli 11681696 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktına əsasən, cavabdeh HONOR X8B markalı telefonu qüsursuz halda təhvil alınmışdır.
11. xx.xx.2024-cü il tarixli 10749031 saylı alqı-satqı müqaviləsinə və ona əlavə ödəniş cədvəlinə əsasən, Cavabdeh iddiaçıdan Redmi Note 13 markalı telefon almışdır. Cavabdeh 12 ay müddətinə hər ay 54,25 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
12. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 10749031 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
13. xx.xx.2024-cü il tarixli 10749031 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktına əsasən cavabdeh Redmi Note 13 markalı telefonu qüsursuz halda təhvil alınmışdır.
14. xx.xx.2024-cü il tarixli 17603175 saylı alqı-satqı müqaviləsinə və ona əlavə ödəniş cədvəlinə əsasən, Cavabdeh iddiaçıdan SAMSUNG GALAXY A15 markalı telefonu almışdır. Cavabdeh 12 ay müddətinə hər ay 8,58 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
15. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 17603175 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
16. xx.xx.2024-cü il tarixli 17603175 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim aktına əsasən, cavabdeh SAMSUNG GALAXY A15 markalı telefonu qüsursuz halda təhvil alınmışdır.
17. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2025-ci il tarixli poçt qəbzinə) əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
18. 29 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc ödənilməmiş məbləğ 434 manat, cərimə pulu 43,40 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ üzrə 285 manat, cərimə üzrə 28,50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 86,65 manat, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, cərimə pulu 8,67 olmaqla, ümumilikdə 909,82 manat məbləğindədir.
19. 29 aprel 2025-ci il tarixli arayışa əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış SAMSUNG GALAXY A15 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat məbləğində pul köçürülmüşdür.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
21. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi: 3.4. Müştəri “Müqavilə”-nin şərtini pozduğu, pul öhdəliyini lazimi qaydada icra etmədiyi halda “ABC” “mal”-ın istiadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunu deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştərini”-nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə ilər. 3.5. Müqaviləni 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
24. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
25. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
26. Məhkəmə qeyd edir ki, iddiaçının digər bir tələbi isə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış SAMSUNG GALAXY A15 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat məbləğində pul köçürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 3.5-ci maddəsinə əsasən, “ABC” müqavilənin 3.4-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edə bilər. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
27. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 434 manat ödənilməmiş hissə, 43,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 285 manat ödənilməmiş hissə, 28,50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 86,65 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 8,67 manat cərimə olmaqla, ümumilikdə 909,82 manat borc pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 434 manat ödənilməmiş hissə, 43,40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 285 manat ödənilməmiş hissə, 28,50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 86,65 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 8,67 manat cərimə olmaqla, ümumilikdə 909,82 (doqquz yüz doqquz manat səksən iki qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova