Məhkəmə qərarları › İş №e-2(011)-4587/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4587/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4587/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********32372 olan Samsung Galaxy A12 markalı telefon, İMEİ Kodu **********99799 olan Samsung Galaxy A02 markalı telefon və İMEİ Kodu **********61068 olan Samsung Galaxy A02 markalı telefon almış və nəticədə 986 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444.96 manat (12 ay x 37.08 manat + 0 manat ilkin ödəniş ) İMEİ Kodu **********32372 olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 447 manat olmaqla, ondan 406.96 manat ödənilməmiş hissə, 40.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 289.14 manat (12 ay x 23.92 manat +2.1 manat ilkin ödəniş ) İMEİ Kodu **********99799 olan Samsung Galaxy A02 markalı üçün ümumilikdə 288 manat olmaqla, ondan 261.24 manat ödənilməmiş hissə, 26.76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 277.17 manat (3 ay x 89.99 manat + 7.2 manat ilkin ödəniş ) İMEİ Kodu **********61068 olan Samsung Galaxy A02 markalı telefon üçün ümumilikdə 251 manat olmaqla, ondan 228.97 manat ödənilməmiş hissə, 22.03 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 114.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********32372 olan Samsung Galaxy A12 markalı telefon üçün 406.96 manat ödənilməmiş hissə, 40.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********99799 olan Samsung Galaxy A02 markalı telefon üçün 261.24 manat ödənilməmiş hissə, 26.76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********61068 olan Samsung Galaxy A02 markalı telefon üçün 228.97 manat ödənilməmiş hissə, 22.03 manat cərimə borcu olmaqla, ümumilikdə 986 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, tərəfindən 550 manat məbləğində ödəniş edildiyini, lakin həmin ödənişi təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İMEİ Kodu **********32372 olan Samsung Galaxy A12 markalı telefon, İMEİ Kodu **********99799 olan Samsung Galaxy A02 markalı telefon və İMEİ Kodu **********61068 olan Samsung Galaxy A02 markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444.96 manat (12 ay x 37.08 manat + 0 manat ilkin ödəniş ) İMEİ Kodu **********32372 olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 447 manat olmaqla, ondan 406.96 manat ödənilməmiş hissə, 40.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 289.14 manat (12 ay x 23.92 manat +2.1 manat ilkin ödəniş ) İMEİ Kodu **********99799 olan Samsung Galaxy A02 markalı üçün ümumilikdə 288 manat olmaqla, ondan 261.24 manat ödənilməmiş hissə, 26.76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 277.17 manat (3 ay x 89.99 manat + 7.2 manat ilkin ödəniş ) İMEİ Kodu **********61068 olan Samsung Galaxy A02 markalı telefon üçün ümumilikdə 251 manat olmaqla, ondan 228.97 manat ödənilməmiş hissə, 22.03 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə cavabdeh tərəfindən 550 manat məbləğində pul vəsaitinin ödənilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən həmin məbləğin ödənilməsi bildirilsə də, ödənişin həyata keçirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********32372 olan Samsung Galaxy A12 markalı telefon üçün 406.96 manat ödənilməmiş hissə, 40.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********99799 olan Samsung Galaxy A02 markalı telefon üçün 261.24 manat ödənilməmiş hissə, 26.76 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********61068 olan Samsung Galaxy A02 markalı telefon üçün 228.97 manat ödənilməmiş hissə, 22.03 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 986 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 406.96 manat ödənilməmiş hissə, 40.04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 261.24 manat ödənilməmiş hissə, 26.76 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 228.97 manat ödənilməmiş hissə, 22.03 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 986 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar