Məhkəmə qərarları › İş №e-2(011)-4597/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4597/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4597/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə boc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Soyuducu üçün 760 manat ödənilməmiş hissə, 221 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1564.5 manat ödənilməmiş hissə, 474.5 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Amur - Yataq - Dolab, Carpayi, Termo, Tumba, DOSHEK URETANüçün 593.3 manat ödənilməmiş hissə, 178.7 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Aspire notebook üçün 567.3 manat ödənilməmiş hissə, 178.7 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 410 manat ödənilməmiş hissə, 123 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Soyuducu üçün 891 manat ödənilməmiş hissə, 268 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG LED TVüçün ümumilikdə, 120 manat olmaqla ondan, 96 manat ödənilməmiş hissə, 24 manat dəbbə; ümumilikdə 6342,0 manat borc, 83.42 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Soyuducu, Samsung LED TV, Amur - Yataq - Dolab, Carpayi, Termo, Tumba, DOSHEK URETAN, Acer Aspire notebook, LG LED TV, Samsung Soyuducu, LG LED TV almış və nəticədə 6342 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1533.8 manat olan Samsung Soyuducu üçün ümumilikdə, 981 manat olmaqla ondan, 760 manat ödənilməmiş hissə, 221 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1681.2 manat olan Samsung LED TV üçün ümumilikdə, 2039 manat olmaqla ondan, 1564.5 manat ödənilməmiş hissə, 474.5 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 manat olan Amur - Yataq - Dolab, Carpayi, Termo, Tumba, DOSHEK URETANüçün ümumilikdə, 772 manat olmaqla ondan, 593.3 manat ödənilməmiş hissə, 178.7 (yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1459.8 manat olan Acer Aspire notebook çün ümumilikdə, 738 manat olmaqla ondan, 567. manat ödənilməmiş hissə, 178.7 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1476 manat olan LG LED TVüçün ümumilikdə, 533 (beş yüz otuz üç) manat olmaqla ondan, 410 manat ödənilməmiş hissə, 123 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1485 manat olan Samsung Soyuducu üçün ümumilikdə, 1159 manat olmaqla ondan, 891 manat ödənilməmiş hissə, 268 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1476 manat olan LG LED TVüçün ümumilikdə, 120 manat olmaqla ondan, 96 manat ödənilməmiş hissə, 24 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 5813.7 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2019-cu il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyi, qalıq borcun hissə-hissə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 82,0 manat ödəmək şərti ilə ümumilikdə 1476,0 manat dəyərində televizor əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 15 ay müddətinə, aylıq 99,0 manat ödəmək şərti ilə ümumilikdə 1485,0 manat dəyərində soyuducu əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 82,0 manat ödəmək şərti ilə ümumilikdə 1476,0 manat dəyərində televizor əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 81,10 manat ödəmək şərti ilə ümumilikdə 1459,0 manat dəyərində “ACER Aspire” noutbuk əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh 24 ay müddətinə, aylıq 66,0 manat ödəmək şərti ilə ümumilikdə 1584,0 manat dəyərində mebel əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 93,40 manat ödəmək şərti ilə ümumilikdə 1681,20 manat dəyərində televizor əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 82,10 manat ödəmək şərti ilə ümumilikdə 1533,80 manat dəyərində soyuducu əldə etmişdir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 760,0 manat, cərimə borcu üzrə 221,0 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1564,5 manat, cərimə borcu üzrə 474,5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 593,3 manat, cərimə borcu üzrə 178,7 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 567,3 manat, cərimə borcu üzrə 170,7 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 410,0 manat, cərimə borcu üzrə 123,0 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 891,0 manat, cərimə borcu üzrə 268,0 manat, xx.xx.2019-ci il tarixli müqavilə üzrə ödənilməmiş 96,0 manat, cərimə borcu üzrə 24,0 manat, ümumilikdə 6342 manat borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 83,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığıdan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 221,0 manat məbləğində deyil, 153,0 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 475,5 manat məbləğində deyil, 109,48 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 178,7 manat məbləğində deyil, 41,51 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 178,7 manat məbləğində deyil, 39,0 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 123,0 manat məbləğində deyil, 28,7 manat məbləğində, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 268,0 manat məbləğində deyil, 62,37 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, dəbbə pulunun 24,0 manat məbləğində deyil, 6,72 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 83,42 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 96,0 (doxsan altı manat) manat, cərimə borcuna görə 6,72 (altı manat yetmiş iki qəpik) manat, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 891,0 (səkkiz yüz doxsan bir manat) manat, cərimə borcuna görə 62,37 (altmış iki manat otuz yeddi qəpik) manat, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 410,0 (dörd yüz on manat) manat, cərimə borcuna görə 28,7 (iyirmi səkkiz manat yetmiş qəpik), xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 567,3 (beş yüz altmış üç manat otuz qəpik) manat, cərimə borcu görə 39,0 (otuz doqquz manat), xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 593,3 (beş doxsan üç manat otuz qəpik), cərimə borcuna görə 41,51 (qırx bir manat əlli bir qəpik), xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1564,5 (bir min beş yüz altmış dörd manat əlli qəpik) manat, cərimə borcuna görə 109,48 (yüz doqquz manat, qırx səkkiz qəpik) manat, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borca görə 760,0 (yeddi yüz altmış manat) manat, cərimə borcuna görə 53,0 (əlli üç manat) manat, cəmi 5222,88 (beş min beş yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 83,42 (səksən üç manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar