Məhkəmə qərarları › İş №e-2(011)-4619/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4619/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4619/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024 -cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********50482 İphone 15 pro, Qızıl Zəmanət ultra 1 il xidməti, Paket XXL xidməti, İmei kod **********42432 İphone 15 Pro, Kombi Ariston, Zəmanət +3 il xidməti, İmei kod **********61669 XİAO Redmi 12, Zəmanət +1 il xidməti almış və nəticədə 6741,75 manat borc yaranmışdır.

2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3187,8 manat (18 ay x 177,1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50482 İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET XXL xidməti üçün ümumilikdə, 2726,46 manat olmaqla ondan, 2478,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 247,86 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3551,9 manat (18 ay x 169,55 manat + 500 manat ilkin ödəniş) olan İmei kod **********42432 İPHONE 15 PRO üçün ümumilikdə, 2189 manat olmaqla ondan, 1990 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 199 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1587,06 manat (18 ay x 88,17 manat + 0 manat ilkin ödəniş) olan KOMBİ ARİSTON, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 1630,27 manat olmaqla ondan, 1482,06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 148,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 623,76 manat (12 ay x 51,98 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********61669 XİAOMİ REDMİ 12, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 196,02 manat olmaqla ondan, 178,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17,82 manat cərimə miqdarında borc yaranmışdır. 3.Cavabdehin cəmi ödədiyi məbləğ 2821,66 manat təşkil edir.

İddiaçının tələbi:

4. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********50482 İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XXL xidməti üçün, 2478,6 manat ödənilməmiş hissə, 247,86 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********42432 İPHONE 15 PRO üçün 1990 manat ödənilməmiş hissə, 199 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, KOMBİ ARİSTON, ZƏMANƏT + 3 İL xidməti üçün, 1482,06 manat ödənilməmiş hissə, 148,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********61669 XİAOMİ REDMİ 12, ZƏMANƏT + 1 İL xidməti üçün 178,2 manat ödənilməmiş hissə, 17,82 manat cərimə, olmaqla ümumilikdə 6741,75 manat borc, 87,42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

6. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 2478,60 manat, cərimə borcu 247,86 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1990 manat ödənilməmiş hissə, 199 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1482,06 manat ödənilməmiş hissə, 148,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 178,20 manat ödənilməmiş hissə, 17,82 manat cərimə, olmaqla, ümumilikdə 6741,75 manat borcun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. xx.xx.2024-cü il tarixli 18192354 saylı müqavilə və ona əlavəyə əsasən, İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XXL xidməti üçün cavabdeh 18 ay müddətinə hər ay 177,1 manat ödəməyi öhdəsinə götürmüşdür.

9. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 18192354 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

10. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 18192354 nömrəli müqaviləyə əsasən, İmei kod **********50482 İPHONE 15 PRO, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XXL xidməti tam qüsursuz halda təhvil verilmişdir.

11. xx.xx.2024-cü il tarixli 02027346 saylı müqavilə və ona əlavəyə əsasən, İmei kod **********42432 İPHONE 15 PRO üçün cavabdeh 18 ay müddətinə hər ay 169,55 manat ödəməyi öhdəsinə götürmüşdür.

12. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 02027346 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 02027346 nömrəli müqaviləyə əsasən İmei kod **********42432 İPHONE 15 PRO tam qüsursuz halda təhvil verilmişdir.

14. xx.xx.2024-cü il tarixli 02139229 saylı müqavilə və ona əlavəyə əsasən, KOMBİ ARİSTON, ZƏMANƏT + 3 İL xidməti üçün cavabdeh 18 ay müddətinə hər ay 88,17 manat ödəməyi öhdəsinə götürmüşdür.

15. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 02139229 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

16. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 02139229 nömrəli müqaviləyə əsasən, Kombi Ariston, Zəmanət + 3 il xidməti tam qüsursuz halda təhvil verilmişdir.

17. xx.xx.2024-cü il tarixli 04154976 saylı müqavilə və ona əlavəyə əsasən, İmei kod **********61669 XİAOMİ REDMİ 12, Zəmanət + 1 il xidməti üçün cavabdeh 12 ay müddətinə hər ay 51,98 manat ödəməyi öhdəsinə götürmüşdür.

18. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 04154976 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

19. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh 04154976 nömrəli müqaviləyə əsasən İmei kod **********61669 XİAOMİ REDMİ 12, Zəmanət + 1 il xidməti tam qüsursuz halda təhvil verilmişdir.

20. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnın xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 2478,60 manat, cərimə borcu 247,86 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1990 manat ödənilməmiş hissə, 199 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1482,06 manat ödənilməmiş hissə, 148,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 178,20 manat ödənilməmiş hissə, 17,82 manat cərimə, olmaqla, ümumilikdə 6741,75 manat borcu vardır.

21. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2025-ci il tarixli poçt qəbzi) əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanılmış (MM m.601.1), həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin məhkəmə iclaslarında verdikləri izahlarla da öz təsdiqini tapır.

26. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

27. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2478,6 manat ödənilməmiş hissə, 247,86 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1990 manat ödənilməmiş hissə, 199 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1482,06 manat ödənilməmiş hissə, 148,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 178,2 manat ödənilməmiş hissə, 17,82 manat cərimə, olmaqla ümumilikdə 6741,75 manat borc pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,42 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borc 2478,60 manat, cərimə borcu 247,86 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1990 manat ödənilməmiş əsas hissə, 199 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1482,06 manat ödənilməmiş əsas hissə, 148,21 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 178,20 manat ödənilməmiş əsas hissə, 17,82 manat cərimə bprcu olmaqla, ümumilikdə 6741,75 (altı min yeddi yüz qırx bir manat yetmiş beş qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,42 (səksən yeddi manat qırx iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar