Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4620/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı “X4”ın nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, “X4”ın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X4” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2161,41 manat (Bundan 2032,31 manat əsas borc, 129,10 manat faiz borcu təşkil edir) məbləğində xx-xx-2022- ci il tarixinə olan kredit borcunun və ödənilmiş 51,61 manat dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1984,30 manat əsas, 40,51 manat faiz, cəmi 2024,81 manat kredit borcu və 51,61 manat ödənilmiş dövlət rüsumunun alınaraq “X4”a ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.B.Bəşirov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, «X4» Bakı filialı ilə Cavabdeh3 arasında imzalanmış «04» iyun 2021-ci il tarixli 510 №-li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% olmaqla 24 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir, həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı ilə Cavabdeh2 arasında 691 və Cavabdeh1 arasında 692 saylı Zaminlik müqaviləsi imzalanmışdır, kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 145.46 manat ödəməli idi, bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır, müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 22 İyun 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 1745.52 manat ödəniş yerinə yetirməli idi, lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 1.230,00 manat ödəniş həyata keçirilmişdir, borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 25% ödəməlidir, iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən avqust ayında ödənişlər olunmuşdur, buna görə də iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir, cavabdehlərin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 2024,81 manat təşkil edir, bundan 1984,30 manat əsas, 40,51 manat faiz borcu təşkil edir, cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir, Cavabdeh3 ilə bağlanmış 04 İyun 2021-ci il tarixli 510 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin Cavabdeh2 arasında 691 və Cavabdeh1 arasında 692 saylı Zaminlik müqaviləsi imzalanmışdır, zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır, Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Sonda G.B.Bəşirov iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, iddia tələbi üzrə 2024,81 manat borc və 51,61 manat dövlət rüsumu üzrə borcu olduğunu qəbul etdiyini bildirmişdir. Sonda Cavabdeh3 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, iddia tələbi üzrə 2024,81 manat borc və 51,61 manat dövlət rüsumu üzrə borcu olduğunu qəbul etdiyini bildirmişdir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh3 ilə “X4” Bakı filialı arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 510 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə bank borcalana illik 15% hesablanmaqla, 24 ay müddətinə 3000 manat kredit verir, kreditin təyinatı xeyir işdir, verilmiş ssuda vəsaitlərinn təminatı xx.xx.2021-ci il tarixli, 692 saylı və 691 saylı Cavabdeh1 vəCavabdeh2 tərəfindən verilmiş zaminlik müqavilələri olur. İş materiallarında olan Cavabdeh3 ilə “X4” Bakı filialı arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 510 №-li kredit müqaviləsinə Əlavədən görünür ki, kreditin məbləği 3000, illik faiz 15%, müddət 24 aydır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Xəzinə məxaric orderi”nin surətindən görünür ki, Cavabdeh3 3000 manat məbləğini Bankdan almışdır. İş materiallarında olan Cavabdeh2 ilə “X4” Bakı filialı arasında bağlanmış xx.xx.2021ci il tarixli, 691 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə “X4” Bakı filialı arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 510 №-li kredit müqaviləsi əsasında borcalana 24 ay müddətinə illik 15% olmaqla veriləcək 3000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 ilə “X4” Bakı filialı arasında bağlanmış xx.xx.2021ci il tarixli, 692 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə “X4” Bakı filialı arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 510 №-li kredit müqaviləsi əsasında borcalana 24 ay müddətinə illik 15% olmaqla veriləcək 3000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2022-1110 saylı maliyyə arayışından görünür ki, Cavabdeh3 ilə “X4” Bakı filialı arasında bağlanmış 04 iyun 2021-ci il tarixli 510 №-li kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu əsas borc məbləği 1984,30 manat, faiz məbləği 40,51 manat, cəmi məbləğ 2024,81 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbz barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən 51,61 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, onlardan borcun ödənilməsi təklif edilmiş və əks halda borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdirlər. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X4” Bakı Filialı ilə Cavabdeh3 arasında 04 iyun 2021-ci il tarixli 510 №-li kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, Cavabdeh3 bank tərəfindən illik 15 faiz dərəcəsi ilə, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, Cavabdeh3 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 arasında həmin tarixdə 691 və 692 saylı zaminlik müqavilələri bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişlər, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsələr də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir, hazırda banka olan ödənilməmiş əsas borc məbləği 1984,30 manat, faiz borc məbləği 40,51 manat, cəmi 2024,81 manat təşkil edir, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia tələbini qəbul edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X2 formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1984,30 manat əsas, 40,51 manat faiz olmaqla, cəmi 2024,81 manat manat borc məbləği alınaraq “X4”a ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumundan azad olma halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli, 51,61 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada idiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1984,30 manat əsas, 40,51 manat faiz olmaqla, cəmi 2024 (iki min iyirmi dörd) manat 81 (səksən bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 61 (altmış bir) qəpik alınaraq “X4”a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4620/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4620/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver