Məhkəmə qərarları › İş №e-2(011)-4621/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4621/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4621/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 2566.80 (AZN) Azərbaycan manatı əsas, 250 (AZN) Azərbaycan manatı cərimə borcu, 410.90 (AZN) Azərbaycan manatı əsas, 40 (AZN) Azərbaycan manatı cərimə borcu və 735.40 (AZN) Azərbaycan manatı əsas, 70 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 4073.10 (AZN) Azərbaycan manatı məbləğində borcun və 61 (AZN) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4134.10 (AZN) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məkəmə iclasında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 28142 saylı müqavilə üzrə 2566,80 manat əsas, 250 manat cərimə, xx.xx.2021-ci il tarixli 29296 saylı müqavilə üzrə 410,90 azn əsas, 40 azn cərimə borcu, xx.xx.2021-ci il tarixli 29708 saylı müqavilə üzrə 735,40 azn əsas borc, 70 azn cərimə borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 4073,10 manat borc və 61 manat dövlət rüsumu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021 -ci il tarixli, 28142 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 3948.80 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 183 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 19 ay müddətində ödəməyi üzərinə götürmüşdür, xx.xx.2021-ci il tarixli, 29296 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 548.90 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 46 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi üzərinə götürmüşdür, xx.xx.2021-ci il tarixli, 29708 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 845.90 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 70 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür, borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 28142 saylı, xx.xx.2021-ci il tarixli, 29296 saylı və xx.xx.2021-ci il tarixli, 29708 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu 5 aydan çox müddətdir ki, ödəməmişdir, hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissəhissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin, borclu sonuncu dəfə xx.xx.2021-cu il tarixdə 229 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir, hazırda Borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 2566.80 azn əsas, 250 azn cərimə borcu, 410.90 azn əsas, 40 azn cərimə, və 735.40 azn əsas, 70 azn cərimə borcu olmaqla ümumilikdə 4073.10 azn təşkil edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını, iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28142 №-li Alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin əlavəsində göstərilmiş malları hissə-hissə ödəmək şərti ilə alıcıya satmağı, alıcı isə həmin malları təhvil aldıqdan sonra malların dəyərini ödəniş qrafikinə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün 1% dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli CR28142 saylı alqı-satqı müqaviləsi üzrə 2 saylı Əlavə “Təhvil-təslim Aktının” surətindən görünür ki, İphone 12 Pro Max 256 GB markalı 1 ədəd telefon Cavabdeh qüsursuz təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Kredit ödəmə planından görünür ki, Cavabdeh tərəfindən 650 manat ödənilmiş, qalan 3298,80 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 28142 №-li 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh İphone 12 Pro Max 256 GB markalı mobil cihazın deaktiv edilməsinə və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağa etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Əlavə 1-dən görünür ki, İphone 12 Pro Max 256 GB markalı malın dəyəri 3948,80 manat, ilkin ödəniş 650 manat, müddət 19 aydır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 29296 №-li Alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin əlavəsində göstərilmiş malları hissə-hissə ödəmək şərti ilə alıcıya satmağı, alıcı isə həmin malları təhvil aldıqdan sonra malların dəyərini ödəniş qrafikinə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün 1% dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli CR29296 saylı alqı-satqı müqaviləsi üzrə 2 saylı Əlavə “Təhvil-təslim Aktının” surətindən görünür ki, X3 markalı 1 ədəd telefon Cavabdeh qüsursuz təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 29296 №-li 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh X3 10 lake green markalı mobil cihazın deaktiv edilməsinə və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağa etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Əlavə 1 aylıq ödəniş cədvəlindən görünür ki, Xiaomi red malın dəyəri 548,90 manat, ilkin ödəniş 0 manat, qalıq məbləğ 548,90 manat, müddət 12 aydır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 29708 №-li Alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilənin əlavəsində göstərilmiş malları hissə-hissə ödəmək şərti ilə alıcıya satmağı, alıcı isə həmin malları təhvil aldıqdan sonra malların dəyərini ödəniş qrafikinə əsasən hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün 1% dəyərində əlavə cərimə tələb oluna bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli CR29708 saylı alqı-satqı müqaviləsi üzrə 2 saylı Əlavə “Təhvil-təslim Aktının” surətindən görünür ki, Xiaomi Poco X3 Pro markalı 1 ədəd telefon Cavabdeh qüsursuz təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 29708 №-li 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh Xiaomi Poco X3 Pro markalı mobil cihazın deaktiv edilməsinə və vahid şəbəkədə riskli müştəri siyahısına salınmağa etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Əlavə 1 aylıq ödəniş cədvəlindən görünür ki, Xiaomi POC malın dəyəri 845,90 manat, ilkin ödəniş 0 manat, qalıq məbləğ 845,90 manat, müddət 12 aydır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 28142 saylı müqaviləyə əsasən 3948,80 azn dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 182 manat olmaqla, ümumilikdə 1382 azn ödəniş etmişdir, həmin müqavilə üzrə 2566,80 AZN əsas və 250 manat cərimə borcu olmaqla, ümuilikdə 2816,80 AZN borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 29296 saylı müqaviləyə əsasən 548,90 azn dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 46 manat olmaqla, ümumilikdə 138 azn ödəniş etmişdir, həmin müqavilə üzrə 410,90 AZN əsas və 40 manat cərimə borcu olmaqla, ümuilikdə 450,90 AZN borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 29708 saylı müqaviləyə əsasən 845,90 azn dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 40,50 manat olmaqla, ümumilikdə 110,50 azn ödəniş etmişdir, həmin müqavilə üzrə 735,40 AZN əsas və 70 manat cərimə borcu olmaqla, ümuilikdə 805,40 AZN borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh müqavillər üzrə 4073,10 manat borcun ödənilməsi barədə Pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətində görünür ki, İddiaçı ********** saylı VÖEN verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı (“Era Electronics”) və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 28142 №-li, xx.xx.2021-ci il tarixli 29296 №-li və xx.xx.2021-ci il tarixli 29708 №-li alqı-satqı müqavilələri bağlanmışdır, müqavilələrə əsasən, iddiaçı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, İphone 12 Pro Max 256 GB markalı, X3 markalı və Xiaomi Poco X3 Pro markalı telefonlar Cavabdeh təhvil verilmişdir, lakin alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin xx.xx.2021-ci il tarixli 28142 saylı müqavilə üzrə 2566,80 manat əsas, 250 manat cərimə, xx.xx.2021-ci il tarixli 29296 saylı müqavilə üzrə 410,90 azn əsas, 40 azn cərimə borcu, xx.xx.2021-ci il tarixli 29708 saylı müqavilə üzrə 735,40 azn əsas borc, 70 azn cərimə borcu olmaqla, ümumilikdə 4073,10 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli 28142 saylı müqavilə üzrə 2566,80 manat əsas, 250 manat cərimə, xx.xx.2021-ci il tarixli 29296 saylı müqavilə üzrə 410,90 azn əsas, 40 azn cərimə borcu, xx.xx.2021-ci il tarixli 29708 saylı müqavilə üzrə 735,40 azn əsas borc, 70 azn cərimə borcu olmaqla, üç müqavilə üzrə ümumilikdə 4073,10 manat borc Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 61 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 28142 saylı müqavilə üzrə 2566,80 manat əsas, 250 manat cərimə, xx.xx.2021-ci il tarixli 29296 saylı müqavilə üzrə 410,90 azn əsas, 40 azn cərimə borcu, xx.xx.2021-ci il tarixli 29708 saylı müqavilə üzrə 735,40 azn əsas borc, 70 azn cərimə borcu olmaqla, ümumilikdə 4073 (dörd min yetmiş üç) manat 10 (on) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 61 (altmış bir) manat tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar