Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4625/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbi barədə ilkin iddiası və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələb: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Məhəmməd Hadi küçəsi, ev 86, 58 saylı mənzilə istifadə hüququnun tanınması və mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.1991-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 2006-cı ilin sentyabr ayının 6da aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Gəlin kimi və ailə üzvü göstərilən ünvana mənzilin əvvəlki sahibi Klava Ramanenkonun evinə köçmüşlər. 1999-cu ildən 2000-ci ilə qədər Klava Ramanenkonu ilə qaynatası arasında sıx əlaqəlar olmuşdur. Sonralar evə sahiblik etmək üçün, 2000-ci ildə qaynatası Klava ilə nikaha girib bundan sonra isə o Klavanın razılığı ilə evi qaynatasının adına özəlləşdiriblər. Əslində qalsa nikah formal olub ki, Klava evi onlara versin. Bunun müqabilində o X5 atası – Şirinov Əşrəf ona və yeni ailəsinə kömək etmək üçün 2500 manat pul ödəmişdir ki, bu da evin sənədləşməsinə sərf olunsun. O evdə uzun müddət iddiaçılar: İddiaçı1 və oğlu İddiaçı2 1991-ci ildən yaşamış və 2001-ci ildən həmin evə qeydiyyata düşmüşlər. Hal-hazırda da orada qeydiyyatda olaraq yaşayırlar. xx.xx.2015-ci il tarixdə qaynatası - X1 ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Qaynatası ağır ürək xəstəsi olub, ona İddiaçı1 baxıb və o onun qeydinə qalmışdır. Həmin vaxtlar cavabdeh Əliyev X4 olmuş və alverlə məşğul olmuşdur. Qaynı Cavabdeh2 qaynatasını xəstə olan zaman istirahət adı ilə Qəbələ rayonuna apararaq Qəbələ rayonu Dızaxlı kəndində olan 50 sot torpaq sahəsini öz adına keçirmişdir. İddiaçı1 onu məhkəməyə verərək torpaq sahəsinin saxta yolla öz adına keçirilməsini sübut etmişdir. Hal-hazırda qaynı Cavabdeh2 ona və oğluna təzyiq göstərir, tanımadıqları şəxsləri ünvan 1 ünvanına gətirir və onları evdən çıxarmaq istəyir. Cavabdehlər vərəsə olmasını bildirərək onların evdən dərhal çıxmaqlarını tələb edirlər. Oğlu 44 günlük müharibə veteranıdır, hazırda da hərbi xidmətini davam etdirir. İddiaçılar 1991-ci ildən bu mənzildə mənzili əvvəlki icarədarının razılığı ilə və sonradan mülkiyyətçisi olan qaynatasının razılığı ilə birgə təsərrüfat idarə edib bu günə kimi yaşayıb. Mübahisəli mənzil özəlləşdirilən zaman onlar həmin evdə yaşamış və sonradan isə yaşamaqda davam etmişlər. Hazırda və əvvəllər istifadə hüququ əldə etmişlər. Mənzilin özəlləşdirilməsində istifadə hüquqlarından imtina etməmişlər. Qarşılıqlı iddia tələbi: İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı onların ünvan 2 ünvanında yerləşən mənzilə istifadə etmə hüququ əldə edilməmiş hesab edilməsi və mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 1991-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olub. Nikahdan İddiaçı2 adlı oğlu var. 2001-ci ildə cavabdeh X7 o zaman atasının X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 86, m.58də yerləşən mənzilə qeydiyyata düşmüşdür. 2007-ci ildə cavabdehin nikahı pozulmuşdur. 2015-ci ildə atası vəfat etmişdir. Atasının vəfatından sonra mənzil vərəsəlik qaydasında Cavabdeh2 mülkiyyətinə keçmişdir. Atası rəhmətə gedəndən sonra cavabdeh Şirinova onu, yəni mülkiyyətçini və keçmiş yoldaşı Cavabdeh1 evə qoymur. Həmin evi uzun müddət kirayə verib qazanc əldə edir. Onlar buna irad bildirəndə onları polislə hədələyir. Nəticədə o faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. İlkin iddia üzrə cavabdehlərin etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X7 öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 1991-ci ildə Cavabdeh1 ilə nikaha daxil olub. 2001-ci ildən həmin evdə qeydiyyatdadır. Cavabdehlər onu (iddiaçıları) evdə yaşamağa maneçilik törədirlər, təzyiq göstərirlər. Bunlar həqiqətə uyğun deyil. O həqiqətən də 2001-ci ildə Cavabdeh1 ilə nikahda olduğu üçün mübahisəli mənzilə qeydiyyata düşmüşdür. O zaman mülkiyyətçi atası X3 idi. 2006-cı ildə iddiaçının Cavabdeh1 ilə nikahı pozulmuşdur. 2015-ci ildə mülkiyyətçi atası X3 vəfat etmişdir. Atasının ölümündən sonra mülkiyyətçi vərəsəlik qaydasında Cavabdeh2 olmuşdur. Atası rəhmətə gedəndən sonra iddiaçı onlara mülkiyyətçi olmaqlarına baxmayaraq evə qoymur. Uzun illərdir ki, onlar həmin evdə yaşamaqdan məhrum olub. İddiaçı uzun illərdir ki, mübahisəli evi kirayə verərək gəlir əldə edir. İddiaçının nə mərhum atası ilə, nə də ki, o mülkiyyətçi ilə həmin evdən istifadə etmə barədə MM 228-ci maddəsinə əsasən yazılı razılaşmaları olmamışdır. Qeyd etmək istəyir ki, iddiaçı o zaman mülkiyyətçisi olan mərhum atası ilə, nə də ki, onunla, yəni mülkiyyətçi ilə mülkiyyətdən istifadə edilməsi qaydası haqda notariat qaydasında razılaşma əldə olunmamışdır. Belə olan halda MM-nin 228.5-ci maddəsində göstərilmiş istisna hallar buna şamil edilmir. Qarşılıqlı iddia üzrə cavabdehlərin etirazının dəlilləri Cavabdeh İddiaçı1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o 34 ildən artıqdır ki, mübahisə olunan mənzildə yaşayır. Gəlin kimi 1991-ci ildən həmin mənzilə yəni Klava Ramanenkonun, (nikahda olub onunla yaşayan Əliyev Hilal) evinə köçüb. Həmin evdə onun oğlu – İddiaçı2 dünyaya gəlib. Həmin mübahisəli evdə onların yaşamağına qaynı Mübariz imkan vermir. İndə də iddia edir ki, mülkiyyətçi dəyişib, o evdən çıxmalıdır. İddiaçı o evə gəlin köçüb, həmin evdə Klava Ramanenko, qaynatası, o və keçmiş həyat yoldaşı Ramiz yaşayıb. Hansısa yollarla onun xəbəri olmadan orderli evi Klavanın adından öz adlarına keçiriblər. O uzun illərdir həmin evə vəsait xərcləmişdir, təmir etdirmiş hazırda da yaşayır. Bu səbəbdən onun verdiyi qarşlıqlı iddia ərizəsi ilə razı deyil. Xahiş edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Eyni zamanda cavabdeh İddiaçı1 məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində qeyd olunan faktların heç bir hüququ əsası yoxdur. Belə ki, İddiaçı1 1991-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. ünvan 3 ünvanında yerləşən ev qayınatasının və atasının maddi dəstəyi ilə əldə edilmişdi və həmin zamandan bu günə qədər o oğlu İddiaçı2 ilə həmin mənzildə yaşayır. 2005-ci ildən bu günə kimi həmin mənzilin kommunal xərcləri onun adındadır və onun tərəfindən ödənilir. Mənzil onun tərəfindən dəfələrlə təmir edilib. Mənzilin sənədləşməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mənzilə heç bir baxış və texniki müayinə edilməyərək onların razılığı olmadan mübahisəli mənzilə 2007-ci ildə hüquqa zidd, eyni zamanda cinayət xarakterli əməli nəticəsində Cavabdeh2 adına rəsmiləşdirilmişdir. M.Hadi ev 86, m. 58 1-otaqlı evin sahibi Klava Romanenko adlı şəxs olub. 1991-ci ildən o həmin evə gəlin köçəndə Klava Romanenko adında qadını görməmiş, ancaq 2000-ci ilə kimi həmin mənzil Klava Romanenkonun olub və bütün kommunal ödənişlər bu qadının adına rəsmişləşmişdir, və ödənişlər həmin şəxsin adına ödənilmişdir. Sonradan isə Cavabdeh1 və Cavabdeh2 ona məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girərək mənzili saxta sənədlərlə atası X3 adına saxta yolla sənədləşdirərək sonradan vərəsəlik yolu ilə mənzilə heç bir baxış keçirilmədən və onun razılığı olmadan mənzilə qeydiyyat vəsiqəsi əldə etmişdirlər. Həmin mənzilin sahibi Klava Romanenko adında qadından 1991-ci ildən o həmin evə gəlin gəldikdən bu günə kimi həmin qadının taleyi barəsində heç bir məlumatı yoxdur. Məhkəmədən oğlu İddiaçı2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrin zabiti 44-günlük Müharibə veteranı və halhazırda Laçın rayonu N-saylı Hərbi Hissədə zabit kimi xidmət etməyini, eləcə də həmin mənzildə 1995-ci ildə anadan olması və bu günə qədər həmin mənzildə qeydiyyatda olaraq yaşamasını, öhdəsində cavan ailəsi və 1 aylıq övladının olmasını, həmçinin o, İddiaçı1, 1991-ci ildə həmin mənzilə gəlin köçərək və qayınatasının iştirakı ilə qeydiyyata düşərək və bu günə qədər də yaşamağı nəzarə alınaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddianı rədd edərək onun iddiası təmin olunmasına dair qərar qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı2 məhkəməyə yazılı etiraz ilə müraciət etməmişdir. Tərəflərin izahatı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə yerində müşavirə edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: 04 dekabr 1991-ci il tarixdə Cavabdeh1 ilə Şirinova (nikahdan sonra Əliyeva) Aida Əşrəf qızı rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı1 ünvan 4 ünvanında yerləşən 58 saylı mənzilinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan xx xxxxx 1995-ci il təvəllüdlü İddiaçı2 dünyaya gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, ******* saylı arayışın sürətinə əsasən, ünvan 4 ünvanında yerləşən 58 saylı mənzildə 11 iyun 2005-ci il tarixdən İddiaçı1 və eyni zamanda İddiaçı2 qeydiyyatdadır. X8 ilə X9 arasında 04 dekabr 1991-ci il tarixdə rəsmiləşdirilmiş nikah 16 sentyabr 2006-cı il tarixdə 128 saylı akt qeydi ilə ləğv edilmişdir. M-03 saylı sərəncamdan çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 58 saylı mənzilin kirayəçisi vətəndaş Romanenkodur. xx.xx.1992-ci il tarixdən mənzildən qeydiyyatdan çıxmışdır. Onun əri vətəndaş Əliyev ərizə ilə Xətai rayon İcra hakimiyyətinə müraciət edərək yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Həmin çıxarış ilə ünvan 4 ünvanında yerləşən 58 saylı mənzilin kirayə müqaviləsi vətəndaş X3 ilə bağlanmışdır və sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. Həmin mənzildə 11 aprel 2001-ci il tarix üçün daimi qeydiyyatda X3 və Cavabdeh1 olmuşdur və sonuncu ərizə yazaraq bildirmişdir ki, mənzilin atası X2 adına özəlləşdirilməsinə etiraz etmir. 05 may 2001-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 58 saylı mənzil X2 adına 30/173103 nömrəsi ilə qeydiyyata alınmışdır. X3 09 aprel 2005-ci il tarixdə ürək çatışmamazlığı miokard infarktı nəticəsində vəfat etmişdir. 24 noyabr 2004-cü il tarixli 650 saylı vəsiyyətnaməyə əsasən X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 58 saylı mənzili tam pay hüququ ilə Cavabdeh2 vəsiyyət etmişdir. 10 aprel 2007-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 58 saylı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına ********* nömrəsi ilə qeydiyyata alınmışdır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.https://e-qanun.az/framework/46937 Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı1 ilə ilkin iddia üzrə Cavabdeh1 arasında nikah 04 dekabr 1991-ci il tarixdə rəsmiləşdirilmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 ailə qurduqdan sonra həmin dövrdə Cavabdeh1 kirayə müqaviləsi əsasında sahibliyində olan ünvan 4 ünvanında yerləşən 58 saylı mənzilə gəlin köçmüşdür. Onların birgə nikahdan 1 övladı - xx xxxxx 1995-ci il təvəllüdlü İddiaçı2 dünyaya gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 evin sahibi X3 ilə birlikdə ailə üzvü olaraq yaşamış, birgə təsərrüfat aparmışdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 vəfat etdikdən və İddiaçı1 ilə ilkin iddia üzrə Cavabdeh1 arasında olan nikah pozulduqdan sonra mübahisəli mənzildə İddiaçı1 və İddiaçı2 yaşamışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən mənzildə yaşamadıqlarını, mənzili kirayə verdiklərini iddia etsələr də, məhkəməyə istinad etdikləri halı təsdiq edəcək sübut təqdim etməmişdirlər. Digər tərəfdən ilkin iddia üzrə iddiaçı X7 məhkəmə iclasında bildirmişdir ki, mənzildən istifadəyə maneələrin yaradan şəxs Cavabdeh1 deyil, Cavabdeh2dur. Məhkəmə ilkin olaraq qeyd etmək istəyir ki, ilkin iddia üzrə İddiaçı1 qeyd edilən mənzildə 1991-ci ildən, İddiaçı2 isə 1995-ci ildən yaşamağa başladıqlarından, onların mənzillə bağlı hüquqlarının yaranıb-yaranmadığı həmin tarixlər əsas götürülərək Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən araşdırılmalıdır. Həmin qanunvericilik aktına əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Hazırki mülki iş üzrə İddiaçı1 və İddiaçı2 icarədar X2 gəlini və nəvəsi olmuşdur və onlar birlikdə yaşayaraq təsərrüfat aparmışdırlar. Bununla da onların sözügedən mənzildə istifadə hüququ yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilərək İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Məhəmməd Hadi küçəsi, ev 86, 58 saylı mənzilə istifadə hüququ tanınmalı və mənzildən İddiaçı1 və İddiaçı2 istifadəsinə Cavabdeh2 tərəfindən maneələrin yaradılması qadağan edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı onların ünvan 2 ünvanında yerləşən mənzilə istifadə etmə hüquqlarının əldə edilməmiş hesab edilməsi və mənzildən çıxarılması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Belə ki, yuxarıda göstərildiyi kimi, İddiaçı1 və İddiaçı2 icarədar X2 gəlini və nəvəsi olmuşdur və onlar birlikdə yaşayaraq təsərrüfat aparmışdırlar. Bununla da onların Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən sözü gedən mənzildə istifadə hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mənzil üzərində istifadə hüququ müəyyən edilən İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən mənzilə istifadə etmə hüquqlarının əldə edilməmiş hesab edilməsi və mənzildən çıxarılması barədə iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir, qarşılıqlı iddia isə əsassıdır, ona görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüququ müəyyən edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzildən istifadə üçün maneələrin yaradılması qadağan edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüququnun əldə edilməmiş hesab edilməsi və mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddiaları rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4625/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4625/2025
22.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver