Məhkəmə qərarları › İş №e-2(011)-4644/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4644/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4644/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə onun arasında bağlanmış, Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə uyğun olaraq onun tərəfindən Cavabdeh ümumilikdə 20.000 manat məbləğində pul vəsaiti bir il müddətində, yəni xx.xx.2019-cu il tarixədək qaytarılmaq şərti ilə borc kimi verilmişdir. Lakin Cavabdeh tərəfindən bu günə kimi həmin pul vəsaiti qaytarılmamışdır. Bu səbəbdən Cavabdeh ünvanına pretenziya məktubu göndərilmiş, lakin həmin məktub geri qaytarılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh onun pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsa idi, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən o, həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsə idi, gəlir əldə edə bilərdi. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Vaqif oğlundan onun xeyrinə 20000 manat məbləğində pul vəsaitinin, illik 5 faiz olmaqla 3 ilə görə 3000 manat faizin, hüquqi yardıma görə ödənilən 100 manat məbləğində vəsaitinin, cəmi 23100 manat məbləğində vəsaitin və ödənilmiş 160 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi барядя гятнамя çыхарылмасыны məhkəmədən хащиш етмишдир. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Vaqif oğlundan onun xeyrinə 19500 manat məbləğində pul vəsaitinin, illik 5 faiz olmaqla 34 aya görə 2833 manat faizin, hüquqi yardıma görə ödənilən 100 manat məbləğində vəsaitinin, cəmi 22433 manat məbləğində vəsaitin və ödənilmiş 160 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi барядя гятнамя çыхарылмасыны məhkəmədən хащиш етмишдир. İddiaçının nümayəndəsi eyni zamanda bildirmişdir ki, Cavabdeh ilə İddiaçı uzun illərdir ki, tanışdırlar. Eyni zamanda hər ikisi "xxxx" MMC-də birgə olaraq çalışırlar. Aralarında etibar münasibətləri yaranmış və İddiaçı tərəfindən ona qeyd olunan məbləğdə borca pul vəsaiti verilmişdir. İddiaçı "xxxx" MMC-də bölgə müdiri, Cavabdeh isə satış təmsilçisi vəzifəsində çalışırdılar. Reklam işlərinin görülməsi səbəbi ilə təhtəl hesabdan iddiaçıya 800 manat məbləğində pul vəsaiti verilmiş, lakin reklam işləri baş tutmadığından xx.xx.2022-ci il tarixdə Cavabdeh iddiaçı adından onunla olan borc müqaviləsi səbəbi ilə 500 manatı iş yerinə ödəmiş, qalan 300 manatı isə iddiaçı özü ödəmişdir. Bundan başqa, ilkin iddia tələbində tam məbləğin qeyd edilməsi isə iddia müsbət həll olunacağı təqdirdə icra şöbəsində ödənilmiş pulun bildirilməsi ilə məhkəmə qətnaməsinin icarsından həmin hissədə imtina olunacağı ilə şərtlənirdi. Lakin Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməsi ilə qeyd edilən sübutların məhkəməyə təqdim olunması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən əsas borcdan ödənilmə həyata keçirilmişdir, o, hesab edir ki, bununla da iddia müddətinin tətbiqi üçün əsas yaranmamışdır. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Беля ки, иш материалларында олан 11 may 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən эюрцнцр ки, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Borc verən Borc alana 20000 manat məbləğində pulu borc vermişdir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən “Borc alan” krediti 11 may 2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ĞLL seriyalı, 081501 №-li kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh 11 may 2018-ci il tarixli borc müqaviləsi üzrə İddiaçı olan borcundan 500 manat məbləğində pul vəsaitini kassaya mədaxil etmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdehin nümayəndəsi ərizədə qeyd etmişdir ki, 11 may 2018-ci il tarixli kredit müqaviləsinin məzmunundan göründüyü kimi, iddiaçı 1 il müddətinə, yəni 11 may 2019-cu il tarixə kimi qaytarılmaq şərtilə cavabdehə 20000 manat borca pul versə də, müqavilə müddəti bitdikdən 3 il 1 ay keçdikdən sonra cavabdehdən pul tələb edir. Halbuki, kredit müqaviləsi üzrə tələbin son günü 11 may 2022-ci il tarixi idi. Bu səbəbdən də, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İlk növbədə məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən 04 mart 2022-ci il tarixdə borc məbləğindən 500 manat ödəniş aparılmaqla iddia müddətinin axımı kəsildiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bununla yanaşı mülki işin materialları, tərəflərin izahatları və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 11 may 2018-ci il tarixdə iddiaçıdan 20000 manat məbləğində borc pul alaraq, 11 may 2019-cu il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, 04 mart 2022-ci il tarixdə borc məbləğindən 500 manat ödəniş etmiş, geri qalan 19500 manatı isə hazırki günədək tam şəkildə geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 19500 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olduğundan, iddia tələbi həmin hissədə də təmin edilməli və Cavabdeh 34 aya görə gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2833 manat məbləğində pul vəsaiti də tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 19500 manat məbləğində pul vəsaiti, illik 5 faiz olmaqla 34 aya görə 2833 manat faiz, hüquqi yardıma görə ödənilən 100 manat məbləğində vəsaiti, cəmi 22433 manat məbləğində pul vəsaiti və 160 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar