Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4646/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı “X3”ın nümayəndəsi X1 iştirakı ilə, “X3”ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 4372,25 manat (Bundan 4092,09 manat vaxtı keçmiş borcu, 280,16 manat faiz borcu təşkil edir) məbləğində xx-xx-2022- ci il tarixinə olan kredit borcunun və ödənilmiş 63.72 manat dövlət rüsumunun tutularaq «X3» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3055,58 manat əsas, 72,14 manat faiz, cəmi 3127,72 manat kredit borcu və 63,72 manat ödənilmiş dövlət rüsumunun alınaraq “X3”a ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.B.Bəşirov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, «X3» Bakı filialı iləCavabdeh1 arasında imzalanmış 06 aprel 2021-ci il tarixli 277 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X3» Bakı filialı ilə Cavabdeh2 arasında 395 №li saylı zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 242.43 manat ödəməli idi, bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır, müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» ödəniş yerinə yetirməli idi, lakin yetirməmişdir, borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir, kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 25% ödəməlidir, iddia ərizəsi verildikdən sonra, cavabdeh tərəfindən ödəniş edilmiş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır, xxxx-2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 3055,58 manat əsas, 72,14 manat faiz, cəmi 3127,72 manat təşkil edir, cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir, Cavabdeh1 ilə bağlanmış «06» Aprel 2021-ci il tarixli 277 № li kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 395 №li saylı zaminlik müqavilələri imzalanmışdır, zaminlik müqaviləsini 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır, zaminlik müqaviləsinin 4.1-ci bnəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Sonda G.B.Bəşirov iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə “X3” Bakı filialı arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 277 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə bank borcalana illik 15% hesablanmaqla, 24 ay müddətinə 5000 manat kredit verir, kreditin təyinatı məişət avadanlıqlarının alınmasıdır, verilmiş ssuda vəsaitlərinn təminatı xx.xx.2021-ci il tarixli, 395 saylı Cavabdeh2 tərəfindən verilmiş zaminlik müqaviləsi olur. İş materiallarında olan Cavabdeh2 ilə “X3” Bakı filialı arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 277 №-li kredit müqaviləsinə Əlavədən görünür ki, kreditin məbləği 5000, illik faiz 15%, müddət 24 aydır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Xəzinə məxaric orderi”nin surətindən görünür ki, Cavabdeh2 5000 manat məbləğini Bankdan almışdır. İş materiallarında olan Cavabdeh2 ilə “X3” Bakı filialı arasında bağlanmış xx.xx.2021ci il tarixli, 395 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə “X3” Bakı filialı arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 277 №li kredit müqaviləsi əsasında borcalana 24 ay müddətinə illik 15% olmaqla veriləcək 5000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2022-813 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “X3” Bakı filialı arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 277 №li kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu əsas borc 4092,09 manat, faiz məbləği 280,16 manat, cəmi məbləğ 4372,25 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2022-1109 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “X3” Bakı filialı arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 277 №li kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcu əsas borc 3127,72 manat, faiz məbləği 3055,58 manat, cəmi məbləğ 72,14 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbz barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən 63,72 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, onlardan borcun ödənilməsi təklif edilmiş və əks halda borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X3” Bakı Filialı ilə Cavabdeh1 arasında 06 aprel 2021-ci il tarixli 277 №-li kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən, Cavabdeh1 bank tərəfindən illik 15 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, həmçinin kredit müqaviləsinin təminatı kimi bankla digər cavabdeh, Cavabdeh2 arasında həmin tarixdə 395 saylı zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişlər, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilsələr də, həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir, hazırda banka olan ödənilməmiş əsas borc məbləği 3055,58 manat, faiz borc məbləği 72,14 manat olmaqla, cəmi borc 3127,72 manat təşkil edir, Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3055,58 manat əsas, 72,14 manat faiz olmaqla, cəmi 3127,72 manat manat borc məbləği alınaraq “X3”a ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumundan azad olma halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehlərə aid edilməli, 63,72 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada idiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3055,58 manat əsas borc, 72,14 manat faiz borcu olmaqla, cəmi 3127 (üç min yüz iyirmi yeddi) manat 72 (yetmiş iki) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63 (altmış üç) manat 72 (yetmiş iki) qəpik alınaraq “X3”a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4646/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4646/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver