Məhkəmə qərarları › İş №e-2(011)-465/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-465/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-465/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 58.069,71 manat əsas, 1.689,04 manat faiz, cəmi 59.758,75 manat pul, iddiа ərizəsinə görə ödənilmiş 269.68 mаnаt dövlət rüsumu və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Cavabdeh məxsus, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilə tutma yönəldildikdə və satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 03 fevral 2017-cı il tarixli 17/27 sаylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanda yerləşən 3 saylı mənzili ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında 03 fevral 2017-ci il tarixli 17/27 sаylı İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 2613 nömrəli reyestr kitabının 243514 nömrəli vərəqində (reyestr nömrəsi **********73-05301-093098, qeydiyyat nömrəsi **********) 12 aprel 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Borcalan ipoteka ilə təmin olunmuş 03 fevral 2017-cı il tarixli 17/27 saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh tərəfindən 03 fevral 2017-cı il tarixli 17/27 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün ona pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 58.069,71 manat, faiz borcu 1.689,04 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhə dəfələrlə mürаciət оlunmаsınа bахmаyаrаq, Cavabdeh bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhə göndərilmiş pretenziya (хəbərdаrlıq) məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş də cаvаbsız qаlmışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 57.755,71 manat əsas, 1.725,96 manat faiz, cəmi 59.481,67 manat pul, iddiа ərizəsinə görə ödənilmiş 269.68 mаnаt dövlət rüsumu və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Cavabdeh məxsus, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilə tutma yönəldildikdə və satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 57.202,03 manat əsas, 3.465,24 manat faiz, cəmi 60.667,27 manat pul, iddiа ərizəsinə görə ödənilmiş 269.68 mаnаt dövlət rüsumu və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Cavabdeh məxsus, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanında yerləşən 3 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilə tutma yönəldildikdə və satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 03 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin alınması məqsədilə illik 4 faiz dərəcəsi ilə 341 ay müddətinə 65.200 manat məbləğində ipoteka krediti verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında 03 fevral 2017-ci il tarixli, 17/27 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İpoteka predmeti olan mənzilin bazar və likvid qiymətinə uyğun qiymətləndirilməsi üçün məhkəmə tərəfindən qiymətləndirmə təyin edilmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin bazar dəyəri 145.000 manat, likvid qiyməti isə 123.000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 19 may 2023-cü il tarixinə olan borcu 57.202,03 manat əsas, 3.465,24 manat faiz olmaqla ümumilikdə 60.667,27 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu: 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 27.3-cü madddəsinə əsasən, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borc məbləğlərini müəyyən edərkən belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 57.202,03 manat əsas borc, 3.465,24 manat faiz borcu tutulmalıdır. Məhkəmə tələbin mənzilin qiymətləndirilməsi, ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin likvid dəyəri 123.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin çıxarılmaqla yaşayış sahəsinin boşaldılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır. Məhkəmə iddia tələbinin 269.68 mаnаt dövlət rüsumu və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 269.28 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, qiymətləndirmənin keçirilməsi üçün 300 manat xidmət haqqı təyin edilmiş və həmin xidmət haqqı İddiaçı ASC tərəfindən ödənilmişdir. Həmçinin, iş materiallarında olan bildirişin və məktubun surətindən görünür ki, müraciətin qəbulu barədə iddiaçı tərəfindən 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, 45 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 269.28 manat dövlət rüsumu, qiymətləndirmənin dəyəri 300 manat, bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 45 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 57.202,03 (əlli yeddi min iki yüz iki manat üç qəpik) manat əsas borc, 3.465,24 (üç min dörd yüz altmış beş manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 60.667,27 (altmış min altı yüz altmış yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 269.28 (iki yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat pul vəsaiti, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 300 (üç yüz) manat və bildirişin İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 45 (qırx beş) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzil açıq hərracda satılsın və borc mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilin ilkin satış qiyməti 123.000 (bir yüz iyirmi üç min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 87, M7 ünvanda yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən Cavabdeh və digər şəxslər çıxarılmaqla həmin mənzil boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar