Məhkəmə qərarları › İş №e-2(011)-4668/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4668/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4668/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı iddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50390 olan X2 8T markalı telefon və qulaqlıq üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********52486 və **********79382 olan 2 ədəd HUAWEİ Y6p markalı telefon üçün 391.6 (üç yüz doxsan bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15461 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün 481.6 (dörd yüz səksən bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 48.4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə, ümumilikdə 1211 manat borc, 32.11 manat ödənilmiş dövlət rüsumu Cavabdeh barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50390 olan X2 8T markalı telefon və qulaqlıq, İMEİ kodu **********52486 və **********79382 olan 2 ədəd HUAWEİ Y6p markalı telefon, İMEİ kodu **********15461 olan XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 1211 (min iki yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 767.2 (yeddi yüz altmış yeddi manat iyirmi qəpik) manat (14 ay x 54.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********50390 olanX2 8T markalı telefon və qulaqlıq üçün ümumilikdə, 250 (iki yüz əlli) manat olmaqla ondan, 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918.6 (doqquz yüz on səkkiz manat altmış qəpik) manat (18 ay x 49.7 manat + 24 manat ilkin ödəniş) olan İMEİ kodu **********52486 və **********79382 olan 2 ədəd HUAWEİ Y6p markalı telefon üçün ümumilikdə, 431 (dörd yüz otuz bir) manat olmaqla ondan, 391.6 (üç yüz doxsan bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 529 (beş yüz iyirmi doqquz) manat (18 ay x 28 manat + 25 manat ilkin ödəniş) olan İMEİ kodu **********15461 olan XİAOMİ REDMİ 9 markalı telefonüçün ümumilikdə, 530 (beş yüz otuz) manat olmaqla ondan, 481.6 (dörd yüz səksən bir manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48.4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə, cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********79382 olan HUAWEİ Y6p markalı telefondan, X1 xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 469.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə cəmi ödədiyi məbləğ 57 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 469.6 manat, digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 586.6 təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 22041706 saylı müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 28 manat ödəmək şərti ilə, 25 manat ilkin ödəniş etməklə ümumilikdə 529 manat dəyərində İMEİ kodu **********15461 olan XİAOMİ REDMİ 9 markalı telefon əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 22008429 saylı müqavilədən görünür ki, cavabdeh 18 ay müddətinə, aylıq 54.8 manat ödəmək şərti ilə, ilkin ödəniş etməyərək ümumilikdə 918.6 manat dəyərində İMEİ kodu **********52486 və **********79382 olan 2 ədəd HUAWEİ Y6p markalı telefon əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20097252 saylı müqavilədən görünür ki, cavabdeh 14 ay müddətinə, aylıq 54.8 manat ödəmək şərti ilə, ilkin ödəniş etməyərək ümumilikdə 767.2 manat dəyərində İMEİ kodu **********52486 və **********79382 olan 2 ədəd HUAWEİ Y6p markalı telefon əldə etmişdir. Müqaviləyə əlavənin 2-ci bəndində tərəflər razılaşmışdırlar ki, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin müqaviləyə əsasən məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 228 manat, cərimə borcu üzrə 22 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 391.6 manat, cərimə borcu üzrə 39.4 manat, cəmi 431 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 481.6 manat, cərimə borcu üzrə 48.4 manat, cəmi 530 manat məbləğində ödənilməmiş borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair dəfələrlə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32.11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(ların) dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin iddianın 32.11 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 22041706 saylı müqavilə üzrə əsas borca görə 228 (iki yüz iyirmi səkkiz) manat , cərimə borcuna görə 22 (iyirmi iki) manat, xx.xx.2020-ci il tarixli, 22008429 saylı müqavilə üzrə əsas borca görə 391.6 (üç yüz doxsan bir manat, altmış qəpik) manat , cərimə borcuna görə 39.4 (otuz doqquz manat, qırx qəpik) manat, xx.xx.2020-ci il tarixli, 20097252 saylı müqavilə üzrə əsas borca görə 481.6 (dörd yüz səksən bir manat, altmış qəpik) manat, cərimə borcuna görə 48.4 (qırx səkkiz manat, dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 32.11 (otuz iki manat, on bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar