Məhkəmə qərarları › İş №e-2(011)-4683/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4683/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4683/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə borc 763,32 manat (yeddi yüz altmış üç manat otuz iki qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 100,07 manat (bir yüz manat yeddi qəpik), cərimə borcu 99,36 manat (doxsan doqquz manat otuz altı qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 6.00 manat (altı manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3,40 manat (üç manat qırx qəpik), cəmi borc 972,15 manat (doqquz yüz yetmiş iki manat on beş qəpik) manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" QSC və Cavabdeh arasında “Bank hesabı, debet kartı, kredi kartı və zaminlik haqqında qarışıq müqavilə” bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh istehlak yönümlü 900 (doqquz yüz) manat məbləğində, 15 (on beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. Müqavilənin 4.3-cü bəndinin ikinci abzasına əsasən Bununla belə Bank tərəfindən “Kart/əlavə kart sahibi” üçün kart üzrə müəyyən edilmiş istifadə limitinin 10 (on) faizi həcmində limiti aşma (keçmə) imkanı verilir. “Kart/əlavə kart sahibi”, istifadə limitinin hər hansı bir şəkildə aşılması (keçməsi) hallarında, aşılan (keçilən) məbləğə həmin gündən başlayaraq, borc (borc balansı) müəyyən edilən limitə düşənə qədər, müəyyən olunan nisbətdə (miqdarda) limit aşma faizini və limit aşma komissiyasını ödəməyi qəbul, bəyan və təsdiq edir. Bu öhdəlik pozulduqda “Bank”, kart hesabını/hesablarını bağlayıb müqaviləni birtərəfli qaydada ləğv edərək kart(lar)ın qaytarılmasını tələb edə bilər. “Bank” qanunvericiliyin tələblərinə zidd olmamaq şərti ilə birdən çox kartları tək bir kart hesabına bağlaya, eyni hesaba bağlı birdən çox ortaq və ayrı-ayrı istifadə limiti verə bilər. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmiş, kredit limitini aşmışdır. Cavabdeh rəsmi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı “X1 Azərbaycan” QSC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, “X1 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC-yə qeyd edilən müqavilə üzrə 763,32 manat məbləğində əsas, 100,07 manat faiz, 99,6 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 6 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 3,40 manat, cəmi 972,15 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 4.2-ci maddəsinə görə bank kart sahibinin müraciət ərizəsində təqdim edilən və ya özünün aparacağı təhlil əsasında əldə etdiyi məlumatlar əsasında kredit kart verməyi uyğun gördüyü təqdirdə Kart sahibinə Kart hesabı təhvil verir. Kart sahibi kart hesabı istifadəsindən yaranmış və yarana biləcək bütün borlcara görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 99,6 manat məbləğində deyil, 49,80 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən 763,32 manat (yeddi yüz altmış üç manat otuz iki qəpik) əsas borc, 100,07 manat (bir yüz manat yeddi qəpik) faiz borcu, 49,80 (qırx doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6 (altı) manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 3,40 (üç manat qırx qəpik) manat olmaqla, cəmi 922,59 (doqquz yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar