Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4747/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 108819- 161388/2 saylı istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh 18 ay müddətinə illik 20% dərəcəsi ilə 10924 manat məbləğində kredit verilmişdir.
2. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir.
3. xx.xx.2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4625.16 manat məbləğində əsas borc və 1623.21 manat faiz borcu olmaqla, ümumilikdə 6248.37 manat məbləğində kredit borcu yaranmışdır.
İddiaçının tələbi:
4. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4625.16 manat məbləğində əsas borc və 1623.21 manat faiz borcu olmaqla, ümumilikdə 6248.37 manat məbləğində borcun və ödənilmiş 82.89 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehin şəxsin etirazı:
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Cavabdeh 4625.16 manat məbləğində əsas borc, 1623.21 manat faiz borcu və 82.89 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, o çox kredit götürsə də, həmişə vaxtında ödəmişdir, lakin hazırda işsiz olduğu üçün borcunu ödəyə bilmir. Cavabdeh faiz borcu kimi hesablanmış məbləğə güzəşt edilməsini məhkəmədən xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. xx.xx.2021-ci il tarixli 108819-161388/2 saylı istehlak krediti müqaviləsinə əsasən, borcluya 18 ay müddətinə illik 20% dərəcəsi ilə 10924 manat məbləğində kredit verilmiş, borcalan isə müqaviləyə əsasən krediti qəbul edib, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür;
9. xx.xx.2021-ci il tarixli 108819-161388/2 saylı istehlak krediti müqaviləsi 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, Cavabdeh 18 ay müddətinə hər ay 707.47 manat, sonuncu ay isə 707.55 manat ödəməyi öhdəsinə götürmüşdür;
10. xx.xx.2021-ci il tarixli sərəncama əsasən, Cavabdeh restukturizasiya məqsədilə 10924 manat məbləğində kredit verilmişdir və qeyd edilmişdir ki, müştəri ərizə ilə müraciət edərək bildirmişdir ki, pandemiya ilə iş yerini itirməsi və şəxsi ailə-məişət problemləri ilə bağlı ödəniş etməkdə çətinlik çəkir, hal hazırda maliyyə vəziyyəti pisdir, qalıq borcun bağlanması məqsədilə ümumi borcun cəmlənərək yeni kredit kimi 18 ay müddətinə rəsmiləşdirilməsini istəmişdir.
11. xx.xx.2021-ci il tarixli istehlak kreditinin alınması üçün ərizəyə əsasən, Cavabdeh şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə illik 20% dərəcəsi ilə 10924 manat məbləğində kredit verilməsini, kreditin müddəti ərzində cari hesabına ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdən artıq mədaxil etdiyi vəsaiti aylıq ödənişin azaldılması şərti ilə cari borcun silinməsinə yönəltməyi xahiş etmişdir.
12. xx.xx.2021-ci il tarixli, TT21343F1P72 saylı kassa məxaric orderinə əsasən, 10924 manat məbləğində kredit Cavabdeh ödənilmişdir.
13. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli 108819-161388/2 saylı kredit müqaviləsi üzrə 4625.16 manat əsas borcu, 1623.21 manat faiz borcu olmaqla, ümumi borcu 6248.37 manat məbləğindədir və kredit müqaviləsi üzrə gecikmə 175 gün təşkil edir.
14. xx.xx.2022-ci il tarixli, 108/108/0563/2022 saylı xəbərdarlıq məktubu və onun göndərilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərnaməyə əsasən, Cavabdeh 6775.52 manat borcunu xx.xx.2022-ci il tarixinədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir;
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
18. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2). Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə borcu olduğunu etiraf etmişdir.
19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4625,16 əsas kredit borcu, 1623,21 manat faiz borcu olmaqla, cəmi 6248.37 manat pul məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82.89 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdeh 4625,16 manat əsas kredit borcu, 1623,21 manat faiz borcu olmaqla, cəmi 6248,37 (altı min iki yüz qırx səkkiz manat otuz yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 82,89 (səksən iki manat səksən doqquz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova