Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4754/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)141019-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 7.609,19 (yeddi min altı yüz doqquz manat 19 qəpik) manat məbləğində borcun-bundan 7.313,36 (yeddi min üç yüz on üç manat 36 qəpik) manat əsas borcun və 295,83 (iki yüz doxsan beş manat 83 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 96.09 (doxsan altı manat 09 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 14 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)141019-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 22 may 2015-ci il tarixli 22052015/196570 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7.318,72 (yeddi min üç yüz on səkkiz manat 72 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 14 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)141019-01/ZM/3 Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildirişlərlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmiş və xx.xx.2019-cu il tarixdə isə banka 20 (iyirmi) manat məbləğində ödəniş edildikdən sonra kredit üzrə ödənişlər tam dayandırılmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 14 oktyabr 2019-cu il tarixli MBNP 008- 7196570FİMSA(B)141019-01 nömrəli kredit müqaviləsi üzrə 11 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 7.609,19 (yeddi min altı yüz doqquz manat 19 qəpik) manat məbləğində borcu vardır. Bundan 7.313,36 (yeddi min üç yüz on üç manat 36 qəpik) manatı əsas borc və 295,83 (iki yüz doxsan beş manat 83 qəpik) manatı isə müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. xx.xx.2025-ci il tarixində Cavabdeh1 məhkəməyə ərizə verərək bildirmişdir ki, 14 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit götürüb, 7318.72 manat borcu tam təsdiq edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)141019-01 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə borcalan Cavabdeh1 ilə İddiaçı ASC arasında illik 1 faiz olmaqla, 60 ay müddətinə, xx.xx.2015-ci il tarixli, 22052015/196570 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 7318.72 manat məbləğində güzəştli kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, verilən kreditin məbləği 7318.72 manat, illik faiz dərəcəsi 1%, müddət 60 ay, aylıq ödəniş xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6.1 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-ci il tarixədək 155.61 (yalnız xx.xx.2024 tarixli sonuncu ödəniş 155.11 manat) manatdır. İş materiallarında olan xx.xx.2019 tarixdən xx.xx.2025 tarixədək hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına 7318.72 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixində, ***-*******FİMSA(B)141019-01/ZM/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)141019-01 nömrəli kredit müqaviləsinə əsasən 7318.72 manat məbləğində 60 ay müddətinə verilən kreditin və hesablanmış faizlərin qaytarılmasının təminatı qismində borclunun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn fazilərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)141019-01 №-li kredit müqaviləsi üzrə əsas borcu 7313.36 manat, faiz borcu 295.83 manat olmaqla, cəmi borcu 7609.19 manat təşkil edir. İş materiallarında görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)141019-01 №-li kredit müqaviləsi üzrə öhdəliklərini icra edilməsi məqsədilə pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 96.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında cavabdehə 60 ay müddətinə, 1 faiz dərəcəsi ilə 7318.72 manat məbləğində verilməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)141019-01 nömrəli kredit müqaviləsi imzalanmışdır, cavabdeh qeyd olunan 7318.72 manat pul məbləğini bankdan almışdır, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı qismində Cavabdeh2 zamin durmuş, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə bildiriş məktubu göndərilmişdir, Cavabdeh1 iddia tələbi üzrə cəmi 7318.72 manat borclu olduğunu etiraf etmişdir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən 7313.36 (yeddi min üç yüz on üç manat otuz altı qəpik) manat əsas borcun və 295.83 (iki yüz doxsan beş manat səksən üç qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cəmi 7609.19 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96.09 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96.09 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7313,36 manat əsas borc və 295,83 manat faiz borcu olmaqla, cəmi 7609 (yeddi min altı yüz doqquz) manat 19 (on doqquz) qəpik manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 (doxsan altı) manat 09 (doqquz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4754/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4754/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver