Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-476/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi, əmlakın banka qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri Xətai rayonu General Şıxlınski küçəsi 25 saylı evin 50 saylı mənzilindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 yetkinlik yaşına çatmayan X4, X2 və X3 ilə birlikdə çıxarılmaları, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Məshəti Hüseynova iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcıİddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu General Şıxlınski küçəsi 25 saylı evin 50 saylımənzilinin alıcı Cavabdeh2 40000 manat (qırx min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2ilkin olaraq 13000 manat məbləği satıcıİddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh2qalan 27000 manat məbləği xx.xx.2024-cü il tarixinədək, hər altı ayda bir ödəniş olmaqla ilk ödəniş 5000 manat, sonrakı dörd ödəniş 1500 manat, sonuncu ödəniş isə 16000 manat ödəmək şərti ilə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən 24000 manat ödənilmiş, 16000 manat isə ödənilməmişdir Cavabdeh2 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh2nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh2 xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmicavab verilməsi,əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, Bakışəhəri Xətai rayonu General Şıxlınski küçəsi 25 saylı evin 50 saylı mənzilində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X4, X2 və X3 qeydiyyatdadırlar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,15 kv.m olan mənzili Cavabdeh2 40000 manata satılmasına razılaşmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh2 evin satış pulundan ilkin olaraq 13 000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh2 qalan 27 000 manat məbləği xx.xx.2024-cü il tarixinədək, hər altı ay bir dəfə, ilk ödəniş 5000 manat, sonrakı dörd ödəniş 1500 manat, sonuncu ödənişdə isə 16000 manat ödəmək şərti ilə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,15 kv.m olan mənzil "xxxx" QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021) İş materiallarında olan "xxxx" QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli, 073974 nömrəli təklif məktubundan görünür ki, bank borcalana xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini təklif etmiş, bu təklifə 10 (on) gün müddətində rəsmi şəkildə cavab cavab verilməyi xahiş olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında notariusun depozit hesabına xx.xx.2022-ci il tarixdə 1700 manat, xx.xx.2022-ci il tarixdə 3300 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, 08.07. 2024-cü il tarixdə 1500 manat ödənilmişdir. Cavabdeh2 tərəfindən müqavilə üzrə cəmi 25500 (iyirmi beş min beş yüz) manat ödənilmiş, 14500 (on dörd min beş yüz) manat isə ödənilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X4, X2 və X3 Bakışəhəri Xətai rayonu General Şıxlınski küçəsi, ev 25, mənzil 50-də qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,15 kv.m olan mənzili alıcı Cavabdeh2 40 000 manata satmasını razılaşdırmışdır. Müqavilənin şərtinə əsasən, alıcı Cavabdeh2 evin satış pulundan ilkin olaraq 13000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmiş, qalan 27 000 manat məbləği xx.xx.2024-cü il tarixinədək, hər altı ay bir dəfə, ilk ödəniş 5000 manat, sonrakı dörd ödəniş 1500 manat, sonuncu ödənişdə isə 16000 manat ödəmək şərti ilə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür, sözügedən nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ümumilikdə 25500 manat ödəniş edilmiş, 14500 manat isə ödənilməmiş, alıcı müqavilə üzrə müəyyən olunmuş ödənişləri yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və əmlakın qaytarılması barədə məktub göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə münasibətdə qeyd edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından və həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə də məsuliyyət daşıdığndan iddiaçı əmlakın qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehlər mübahisəli ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,15 kv.m olan mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,15 kv.m olan mənzildən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X4, X2 və X3 çıxarılsın və mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydad alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,15 kv.m olan mənzildən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X4, X2 və X3 çıxarılsın və mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-476/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-476/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver