Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4781/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı BOKT "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, BOKT "xxxx" ASC-nin Cavabdeh və Zamin qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: BOKT "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 154 İM saylı Kredit müqaviləsi və 154 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh və Zamin müştərək qaydada ödənilməmiş 4 394.65 AZN (dörd min üç yüz doxsan dörd manat 65 qəpik) məbləğində əsas borcu, 650.47 AZN (altı yüz əlli manat 47 qəpik) hesablanmış faiz, 111.97 AZN (bir yüz on bir manat 97 qəpik) cərimə faizi, cəmi 5 157.09 AZN (beş min yüz əlli yeddi manat 09 qəpik) manat məbləğində pulun və ödənilmiş 71.58 AZN (yetmiş bir manat 58 qəpik) manat dövlət rüsumunun alınaraq BOKT “AzFinans“ MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı BOKT "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT (bundan sonra təşkilat) arasında xx.xx.2024-cü il tarixli, 154 İM saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2 və 4-cü bəndlərinə əsasən, “İstehlak” məqsədilə borcluya 24 ay müddətinə, illik 35 % olm aqla 5 265.00 (beş min iki yüz altmış beş manat 00 qəpik) AZN məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Zamin ilə 154 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 870.35 AZN (səkkiz yüz yetmiş manat 35 qəpik), kredit faizi üzrə 850.86 AZN (səkkiz yüz əlli manat 86 qəpik), cərimə faizi üzrə 15.61 AZN (on beş manat 61 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata ödənilməmiş 4 394.65 AZN (dörd min üç yüz doxsan dörd manat 65 qəpik) məbləğində əsas borcu, 650.47 AZN (altı yüz əlli manat 47 qəpik) hesablanmış faiz, 111.97 AZN (bir yüz on bir manat 97 qəpik) cərimə faizi, cəmi 5 157.09 AZN (beş min yüz əlli yeddi manat 09 qəpik) manat məbləğində borcu var. X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 154 İM saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən, kreditor borcalana “İstehlak” məqsədilə borcluya 24 ay müddətinə, illik 35 % olm aqla 5 265.00 (beş min iki yüz altmış beş manat 00 qəpik) AZN məbləğində kredit verməyi, borc alan isə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 154 İM saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 5265.00 AZN, faiz dərəcəsi 35%, müddət 24 aydır. İş materiallarında olan Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh cari hesabına BOKT "xxxx" ASC tərəfindən 154 İM saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində 5265 AZN məbləğində pul köçürülmüşdür. İş materiallarından görünür ki, BOKT "xxxx" ASC ilə Zamin (Zamin) və Cavabdeh (Borcalan) arasında 154 nömrəli, xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, həmin müqavilənin predmeti BOKT "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 154 İM saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikdir. İş materiallarında olan BOKT "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh 154 İM saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış borcu əsas borc 4394.65 AZN, faiz borcu 650.47 AZN, cərimə borcu 111.97 AZN olmaqla ümumi borc 5157.09 AZN təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh və Zamin xx.xx.2025-ci il tarixində 3 gün müddətində 5157.09 AZN borcu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə Xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 9/3475 nömrəli ekspert rəyindən görünür ki, BOKT "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 154 İM saylı, xx.xx.2024cü il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən xx.xx.2025-ci il tarixə əsas borc üzrə 4 394.29 manat, faiz borcu üzrə 747.52 manat borc müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********65 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 71.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, BOKT "xxxx" ASC ilə Cavabdeh arasında 154 İM saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh “İstehlak” məqsədilə borcluya 24 ay müddətinə, illik 35 % olmaqla 5 265.00 AZN məbləğində kredit verilmişdir, həmçinin kredit müqaviləsinin təminatı olaraq Zamin ilə 154 nömrəli, xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, BOKT "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyənləşdirilməsi ilə bağlı ekspertiza keçirilmiş, ekspert rəyinə əsasən xx.xx.2025-ci il tarixə əsas borc üzrə 4 394.29 manat, faiz borcu üzrə 747.52 manat borc müəyyən edilmişdir. Bununla belə, Cavabdeh və Zamin müqavilələr üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehlərdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 4 394.65 AZN manat həddində müəyyən edilməlidir. Məhkəmə, faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, faiz borc məbləği iddia tələbində göstərilən həddə (650.47 manat) müəyyən edilməlidir. Məhkəmə, kreditorun əmlak mənafelərini nəzərə almaqla, yuxarıda adı çəkilən müqavilə üzrə cərimə məbləğinin 111.97 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 154 İM saylı Kredit müqaviləsi və 154 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh və Zamin müştərək qaydada ödənilməmiş 4394.65 AZN məbləğində əsas borc, 650.47 AZN hesablanmış faiz, 111.97 AZN cərimə olmaqla, cəmi 5 157.09 manat alınaraq BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh və Zamin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 71.58 manat cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada alınaraq BOKT “AzFinans“ MMC-yə verilməli və məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli, 154 İM saylı Kredit müqaviləsi və 154 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh və Zamin müştərək qaydada ödənilməmiş 4394.65 AZN məbləğində əsas borc, 650.47 AZN hesablanmış faiz, 111.97 AZN cərimə olmaqla, cəmi 5157 (beş min yüz əlli yeddi) manat 09 (doqquz) qəpik məbləğində pul və ödənilmiş 71 (yetmiş bir) manat 58 (əlli səkkiz) qəpik dövlət rüsumu alınaraq BOKT “AzFinans“ MMC-yə verilsin. Cavabdeh və Zamin məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4781/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4781/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver