Məhkəmə qərarları › İş №e-2(011)-4785/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4785/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4785/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Nümayəndə və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ləğv prosesində olan “X6” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Nümayəndə və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ləğv prosesində olan “X6” ASC ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2022-ci il tarixli, LM102200040 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 237-01F saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1466,52 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli LM102200040 saylı zaminlik müqavilələri rəsmiləşdirilmiş və həmin müqavilələrə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2027-ci il müəyyən olunmuşdur. Bundan başqa ləğv prosesində olan “X6” ASC ilə Cavabdeh1arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən xx.xx.2022-ci il tarixli, LM052200051 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 293-01F saylı restrukturizasiya müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 1974,50 manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli, LM052200051 saylızaminlik müqavilələri rəsmiləşdirilmiş və həmin müqavilələrə əsasən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Müqavilə üzrə faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqavilələrinin hər ikisi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2027-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində onunxx.xx.2022-ci il tarixli, LM102200040 saylı restrukturizasiya müqaviləsi üzrə Banka 1466,52 manat məbləğində əsas borc, 23,03 manat məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixli, LM052200051 saylı restrukturizasiya müqaviləsi üzrə isə 1974,50 manat məbləğində əsas borc, 40,38 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia tələblərinin təmin edilərək ləğv prosesində olan “X6” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, LM102200040 saylı restrukturizasiya müqaviləsi üzrə 1466,52 manat məbləğində əsas borc, 23,03 manat məbləğində faiz borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, xx.xx.2022-ci il tarixli, LM052200051 saylı restrukturizasiya müqaviləsi üzrə 1974,50 manat məbləğində əsas borc, 40,38 manat məbləğində faiz borcunun Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tutulması, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 55,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Nümayəndə və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan LPO “X6” ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2022-ci il tarixli, LM052200051 nömrəli Restruktrizasiya müqaviləsindən görünür ki, “X6” ASC tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 293-01F saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1974.50 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış və borcun ödənilməli olduğu son tarix xx.xx.2027-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan LPO “X6” ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 13 may 2022-ci il tarixli, LM052200051 nömrəli zaminlik müqaviləsindən görünür ki, LPO Bankla borclu arasında bağlanmış 13 may 2022-ci il tarixli, LM052200051 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 1974.50 manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO “X6” ASC ilə Cavabdeh1 və Cavabdeh4 arasında 13 may 2022-ci il tarixli, LM052200051 nömrəli zaminlik müqaviləsindən görünür ki, LPO Bankla borclu arasında bağlanmış 13 may 2022-ci il tarixli, LM052200051 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 1974.50 manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO “X6” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli, LM102200040 nömrəli Restruktrizasiya müqaviləsindən görünür ki, “X6” ASC tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 237-01F saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1466.52 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış və borcun ödənilməli olduğu son tarix xx.xx.2027-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan LPO “X6” ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında 19 oktyabr 2022-ci il tarixli, LM102200040 nömrəli zaminlik müqaviləsindən görünür ki, LPO Bankla borclu arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli, LM102200040 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 1466.52 manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO “X6” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 19 oktyabr 2022-ci il tarixli, LM102200040 nömrəli zaminlik müqaviləsindən görünür ki, LPO Bankla borclu arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli, LM102200040 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 1466.52 manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO “X6” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 13 may 2022-ci il tarixli LM052200051 saylı Restrukturizasiya müqaviləsi üzrə 11 mart 2024-cü il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc - 1974.50 manat; müqavilə müddəti üçün (xx.xx.2022-xx.xx.2027) hesablanmış və tələb olunan faiz – 40.38 manat; cəmi – 2014.88 manat. İş materiallarında olan LPO “X6” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 19 oktyabr 2022-ci il tarixli LM102200040 saylı Restrukturizasiya müqaviləsi üzrə 27 mart 2024-cü il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc - 1466.52 manat; müqavilə müddəti üçün (xx.xx.2022-xx.xx.2027) hesablanmış və tələb olunan faiz – 23.03 manat; cəmi – 1489.55 manat. İş materillarında olan LPO “X6” ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 21 fevral 2024-cü il tarixdə bildiriş göndərilmiş, bank borcun 5 (beş) iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehləri xəbərdar etmişdir. İş materillarında olan LPO “X6” ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 29 fevral 2024-cü il tarixdə bildiriş göndərilmiş, bank borcun 5 (beş) iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehləri xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin materialları ilə təsdiq edilir ki, LPO “X5” ASC ilə Cavabdeh1 arasında LM052200051 nömrəli xx.xx.2022-ci il tarixli və Restrukturizasiya müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 8 sentyabr 2014-cü il tarixli 293-01F saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1974.50 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüş, Cavabdeh3 və Cavabdeh4 həmin kreditin qaytarılmasına zamin durmuşdur. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Həmçinin, LPO “X5” ASC ilə Cavabdeh1 arasında LM102200040 nömrəli xx.xx.2022-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 25 fevral 2014-cü il tarixli, 237-01F nömrəli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1466.52 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüş, Cavabdeh3 və Cavabdeh2 həmin kreditin qaytarılmasına zamin durmuşdur. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəlikləri birgə icra etməli olduğu üçün iddiaçı tərəfindən 13 may 2022-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə tələb olunan 1974.50 manat, 40.38 manat faiz, cəmi 2014.88 manat məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada və 19 oktyabr 2022-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə tələb olunan 1466.52 manat, 23.03 manat faiz, cəmi 1489.55 manat məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 13 may 2022-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə tələb olunan 1974.50 manat, 40.38 manat faiz, cəmi 2014.88 manat məbləğində borc müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və 19 oktyabr 2022-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə tələb olunan 1466.52 manat, 23.03 manat faiz, cəmi 1489.55 manat məbləğində borc müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı LPO “X6” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar