Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4795/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X3 velosiped üçün 667 manat ödənilməmiş hissə, 66 (altmış altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********20248 olan iPhone 7 markalı telefon üçün 648,6 manat ödənilməmiş hissə, 64 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28214 olan X2 8 markalı telefon, Power Bank üçün 325 manat ödənilməmiş hissə, 32 manat cərimə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, MİTSUBİSHİ ELECTRİC üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HANSA Soba, GORENJE Mikrodalğalı soba, Dr.X1 üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, LG LED TV üçün 264,6 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ kodu **********58075 olan Samsung Galaxy A30s markalı telefon üçün 207,8 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 3011 manat borc, 50,11 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X3 velosiped, İMEİ kodu **********20248 olan İPhone 7 markalı telefon, İMEİ kodu **********28214 olan X2 8 markalı telefon, Power Bank, MİTSUBİSHİ ELECTRİC HANSA soba, GORENJE mikrodalğalı soba, Dr.X1, LG LED TV, İMEİ kodu **********58075 olan Samsung Galaxy A30s markalı telefon almış və nəticədə 3011 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1354,8 manat (12 ay x 112,9 manat + 0 manat ilkin ödəniş) X3 velosiped üçün ümumilikdə, 733 manat olmaqla ondan, 667 manat ödənilməmiş hissə, 66 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 894,56 manat (15 ay x 55,91 manat + 55,91 manat ilkin ödəniş) İMEİ kodu **********20248 olan İPhone 7 markalı telefon üçün ümumilikdə, 712,6 manat olmaqla ondan, 648,6 manat ödənilməmiş hissə, 64 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 651,6 manat (12 ay x 54,3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********28214 olan X2 8 markalı telefon, Power Bank üçün ümumilikdə, 357 manat olmaqla ondan, 325 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1440 manat (18 ay x 80 manat + 0 manat ilkin ödəniş) MİTSUBİSHİ ELECTRİC üçün ümumilikdə, 352 manat olmaqla ondan, 320 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1288 manat (12 ay x 107 manat + 4 manat ilkin ödəniş) “HANSA” soba, “GORENJE” mikrodalğalı soba, “Dr.Beckmann” Çudo Pasta üçün ümumilikdə, 338 manat olmaqla ondan, 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 318 manat (11 ay x 26.5 manat + 26,05 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 290,6 manat olmaqla ondan, 264,6 manat ödənilməmiş hissə, 26 manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alğı-satqı qiyməti 260,4 manat (9 ay x 26,04 manat + 26,04 manat ilkin ödəniş) İMEİ kodu **********58075 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 227,8 manat olmaqla ondan, 207,8 manat ödənilməmiş hissə, 20 manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 3466,36 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020- ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilmiş və qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" MMCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci tarixli müqaviləyə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə,xx.xx.2020-ci il tarixli müqaviləyə, xx.xx.2019-cu il tarixli müqaviləyə, xx.xx.2020-ci il tarixli müqaviləyə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X3 velosiped, İMEİ kodu **********20248 olan İphone 7 markalı telefon, İMEİ kodu **********28214 olan X2 8 markalı telefon, Poüer Bank, MİTSUBİSHİ ELETRİC, HANSA soba, GORENJE mikrodalğalı soba, DR.X1, LG LED TV, İMEİ kodu **********58075 olan Samsung Galaxy markalı telefon ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. Cavabdeh borcun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 50,11 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə görə 667 (altı yüz altmış yeddi) manat ödənilməmiş borc, 66 (altmış altı) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə görə 648,60 (altı yüz qırx səkkiz manat altmış qəpik) manat ödənilməmiş borc, 64 (altmış dörd) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 325 manat ödənilməmiş borc, 32 (otuz iki) manat cərimə borcu, xx.xx.2019-cu il müqaviləyə görə 320 (üç yüz iyirmi) manat ödənilməmiş borc, 32 (otuz iki) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə görə 308 (üç yüz səkkiz) manat ödənilməmiş borc, 30 (otuz) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə görə 264,60 (iki yüz altmış dörd manat altmış qəpik) manat ödənilməmiş borc, 26 (iyirmi altı) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə görə 207,80 (iki yüz yeddi manat səksən qəpik) manat ödənilməmiş borc, 20 (iyirmi) manat cərimə borcu və 50,11 (əlli manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3061,11 (üç min altmış bir manat on bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-4795/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4795/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver