Məhkəmə qərarları › İş №e-2(011)-4813/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4813/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4813/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2646 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 31.945,14 (otuz bir min doqquz yüz qırx beş manat on dörd qəpik) manat əsas borc pulun, 6454,5 (altı min dörd yüz əlli dörd manat əlli qəpik) manat məbləğində cərimə pulunun, 32.500 (otuz iki min beş yüz) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 241,80 (iki yüz qırx bir manat səksən qəpik) manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı- satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC-nin mülkiyyətində olan “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 2646 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş etmədən, 36 ay müddətinə, hər ay üzrə 993 (doqquz yüz doxsan üç) manat ödəniş etməklə, 35.738,14 (otuz beş min yeddi yüz otuz səkkiz manat on dörd qəpik) manata satılmışdır. Lakin Cavabdeh “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2646 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 3 ay müddətinə hər ay 993 (doqquz yüz doxsan üç) manat və 1 ay üçün 814 (səkkiz yüz on dörd) manat, cəmi 3793 (üç min yeddi yüz doxsan üç) manat ödəniş etmiş, xx.xx.2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmiş və bu səbəbdən 31.945,14 (otuz bir min doqquz yüz qırx beş manat on dörd qəpik) manat məbləğində əsas borcu qalmışdır. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh xəbərdarlıq etməyimizə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. xx.xx.2019-cu il tarixli, 2646 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 650 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 (əlli) manat məbləğində icarə (650x50=32.500) haqqı hesablanmaqla 32.500 (otuz iki min beş yüz) manat məbləğində icarə pulu hesablanmışdır. Bu Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 650 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 6454,5 (altı min dörd yüz əlli dörd manat əlli qəpik) manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 2646 saylı Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh dəfələrlə şifahi və sonda yazılı xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən avtomobilin tutularaq duracağa yerləşdirilməsi məqsədi ilə tərəfimizdən DİN Bakı şəhəri BPİ DYPİ-nə müraciət edilmişdir. xx.xx.2019-cu il tarixli, 2646 saylı nisyə alqı-satqı Müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 (on beş) gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək, və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2019-cu il tarixli, 2646 saylı nisyə alqı-satqı Müqaviləsinin 7.2 bəndinə əsasən müqavilə üzrə Alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə Alıcı Satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2 bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə Satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. İddiaçının nümayəndəsi məhkəməyə əizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2646 saylı müqaviləyə əsasən “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş etmədən, 36 ay müddətinə, hər ay üzrə 993 (doqquz yüz doxsan üç) manat ödəniş etməklə, 35.738,14 (otuz beş min yeddi yüz otuz səkkiz manat on dörd qəpik) manata satılmışdır. İş materiallarından müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarında kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə 1000 manat və 993 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh avtomobil üçün ilkin ödəniş etmədən 3 ay müddətinə hər ay 993 manat və 1 ay üçün 814 manat, cəi 3793 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra “Okean-Avto-2011” MMc-yə heç bir ödəniş etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən cəmiyyətə heç bir ödəniş etməyərək 31945,14 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ünvanlanmışdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 302.70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Hazırkı iş üzrə müqavilə iddiaçı "xxxx" MMC ilə cavabdeh X1 arasında bağlanmışdır. İstinad olunan əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Beləliklə yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir kiİddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2646 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, ləğv edilməsi tələb olunan əqd məhkəmə tərəfindən etibarsız əqd olması müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin “müqavilənin predmeti olan avtomobilin təhvil verilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC avtomobilin qanuni sahibi olmuşdur. İş materiallarına əlavə olunmuş təhvil-təslim aktına əsasən nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Cavabdehin nəqliyyat vasitəsini qaytarması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud olmadığından iddia tələbi avtomobilin geri alınması hissəsində təmin edilməli, avtomobil cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə dəymiş zərərin əvəzi kimi 31.945,14 (otuz bir min doqquz yüz qırx beş manat on dörd qəpik) manat əsas borc pulun, 6454,5 (altı min dörd yüz əlli dörd manat əlli qəpik) manat məbləğində cərimə pulunun, 32.500 (otuz iki min beş yüz) manat məbləğində icarə haqqının verilməsi ilə bağlı hissəyə qiymət verərək hesab edir ki, istinad edilən avtomobil mövcud olmadıqda və yaxud ona ziyan dəyməsi ilə bağlı yetərli sübutlar olduqda, avtomobilin mülkiyyətçisi müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilənin predmeti olan “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdən alınıb iddiaçıya təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 241,80 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 241,80 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Müqavilənin predmeti olan “Kia Optima” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KNAGN416BDA255414 şassi nömrəli, boz rəngli, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 241,80 (iki yüz qırx bir manat səksən qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar