Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4849/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" BOKT MMC məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh4 arasında bağlanmış 23 avqust 2019-ci il tarixli 2355/2019 №-li kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit Təşkilatının xeyrinə əsas borc üzrə əsas borc üzrə 2899 (iki min səkkiz yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik, faiz borcu üzrə 358 (üç yüz əlli səkkiz) manat 77 (yetmiş yeddi) qəpik, cərimə üzrə 1397 (bir min üç yüz doxsan yeddi) manat 18 (on səkkiz) qəpik olmaqla, cəmi 4655 (dörd min altı yüz əlli beş) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, habelə ödənilmiş 67 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Ç.Əfəndiyev bildirmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh4 arasında bağlanmış 23 avqust 2019-ci il tarixli 2355/2019 №-li kredit müqaviləsinə əsasən Cavabdeh4 24 ay müddətinə, illik 29 faiz olmaqla 5500 manat məbləğində kredit verilmişdir, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 23 avqust 2019-ci il tarixli 2355/2019 №-li zaminlik müqavilələri bağlanmışdır, Cavabdeh4 bu günədək sözügedən kreditin əsas borcundan 2600,01 manat, faiz borcundan 1951,49 manat olmaqla,cəmi 4551,50 manat məbləğində ödəniş etmişdir, dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə tərəfimizdən Cavabdeh4 müraciətlər edilmiş, lakin o verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur, bunun nəticəsi olaraq Cavabdeh4 qeyd olunan kredit müqaviləsi üzrə 25 oktyabr 2021-ci il tarixinə əsas borc üzrə 2899,99 manat, faiz borcu üzrə 358,77 manat, cərimə üzrə 1397,18 manat olmaqla,cəmi 4655,94 manat məbləğində borcu mövcuddur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh4 məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iş üzrə 2899,99 manat əsas borc, 358,77 manat faiz borcu olduğunu qəbul edir, digər cərimə borcunun isə silinməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçını nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. məhkəmə işə iddiaçını və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Ərizənin surətindən görünür ki, Cavabdeh4 "xxxx" BOKT MMC-yə müraciət edərək 24 ay müddətinə 5500 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" BOKT MMC və borcalan Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh4 24 ay müddətinə, illik 29 % olmaqla 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 455 saylı maliyyə arayışından görünür ki, Cavabdeh4 "xxxx" BOKT-a xx.xx.2021-ci il tarixinə 2899,99 manat əsas, 358,77 manat faiz, 1397,18 manat cərimə borcu olmaqla, ümumilikdə 4655,94 manat məbləğində kredit borcu var. İş materiallarında olan "xxxx" BOKT MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, kreditin məbləği 5500 manat, müddət 24 ay, illik faiz 29 %-dir. İş materiallarında olan "xxxx" BOKT MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, kreditin məbləği 5500 manat, müddət 24 ay, illik faiz 29 %-dir. İş materiallarında olan "xxxx" BOKT MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, kreditin məbləği 5500 manat, müddət 24 ay, illik faiz 29 %-dir. İş materiallaından görünür ki, xx.xx.2021-ci ildə "xxxx" BOKT tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 254 №-li Xəbərdarlıq göndərilməklə onlardan kredit müqaviləsinə əsasən olan borcun 3iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 29 % olmaqla 5500 manat məbləğində kredit verilmişdir, həmin tarixdə borcun təminatı olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmışdır, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdurlar, cavabdehlərə borcun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir, hal-hazırda cavabdehlərin xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı müqavilə üzrə əsas borcu 2899,99 manat, faiz borcu isə 358,77 manat təşkil edir, Cavabdeh4 əsas və faiz borc hissədə iddia tələbini qəbul edir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 130 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2899,99 manat məbləğində əsas borc, 358,77 manat məbləğində faiz borcu, 130 manat cərimə borcu olmaqla, ümumilikdə 3388,76 manat borc "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 53,88 manat cavabdehlərdən müştərək qaydada "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 2355/2019 saylı müqavilə üzrə müştərək qaydada 2899,99 manat məbləğində əsas borc, 358,77 manat məbləğində faiz borcu, 130 manat cərimə borcu olmaqla, ümumilikdə 3388 (üç min üç yüz səksən səkkiz) manat 76 (yetmiş altı) qəpik və dövlət rüsumu qismində ödənilmiş 53 (əlli üç) manat 88 (səksən səkkiz) qəpik alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4849/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4849/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver