Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4852/2022 22.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “Azərbaycan Mikro-Kredit” BOKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2471/2020 №-li kredit müqaviləsinə əsasən Cavabdeh3 24 ay müddətinə, illik 28% faiz olmaqla 6300 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “Azərbaycan Mikro-Kredit” BOKT ilə Cavabdeh2 və Cavabdeh1 arasında 09 yanvar 2020ci il tarixli 2471/2020 №-li zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh3 bu günədək sözügedən kreditin əsas borcundan 3053.82 manat, faiz borcundan 1735.04 manat olmaqla, cəmi 4788.86 manat məbləğində ödəniş etmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə tərəflərindən Cavabdeh3 müraciətlər edilmiş, lakin o, verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh3 qeyd olunan kredit müqaviləsi üzrə 19 oktyabr 2021-ci il tarixinə əsas borc üzrə 3246.18 manat, faiz borcu üzrə 467.09 manat, cərimə üzrə 657.03 manat olmaqla, cəmi 4370.30 manat məbləğində borcu mövcuddur. İddiaçı göstərilənləri nəzərə alaraq, “Azərbaycan Mikro-Kredit” BOKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2471/2020 №-li kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 “Azərbaycan Mikro-Kredit” BOKT-un xeyrinə əsas borc üzrə 3246.18 manat, faiz borcu üzrə 467.09 manat, cərimə üzrə 657.03 manat olmaqla, cəmi 4370.30 manat məbləğində borcun, habelə ödənilmiş 64 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin iddiaçının tələbinə dair etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azərbaycan Mikro-Kredit” BOKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh3 24 ay müddətinə, illik 28% faiz olmaqla 6300 manat məbləğində kredit verilmişdir İş materiallarında olan “Azərbaycan Mikro-Kredit” BOKT ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1, yəni zaminlər borcalanın BOKT-la arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materialında olan “Azərbaycan Mikro-Kredit” BOKT tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh3 Bank “Azərbaycan Mikro-Kredit” BOKT-a əsas borc üzrə 3246.18 manat, faiz borcu üzrə 467.09 manat, cərimə üzrə 657.03 manat olmaqla, cəmi 4370.30 manat məbləğində borcu vardır. İş materiallarında olan “Azərbaycan Mikro-Kredit” BOKT-un cavabdehlərə ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehlərə borclarının ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, cavabdehlərdən müştərək qaydada 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3246.18 manat əsas borc, 467.09 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müqavilə üzrə hesablanmış dəbbə pulunun 10% dək azaldılaraq cavabdehlərdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 66 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh3 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, cavabdehlərdən müştərək qaydada 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3246.18 manat əsas borc, 467.09 manat faiz borcu, 66 manat dəbbə pulu olmaqla, cəmi 3779.27 manat məbləğində borc tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3246.18 manat əsas borc, 467.09 manat faiz borcu, 66 manat dəbbə pulu olmaqla, cəmi 3779.27 manat borc iddiaçı “Azərbaycan Mikro- Kredit” BOKT-un xeyrinə tutulsun. İddia qismən təmin edildiyindən, iddiaçı “Azərbaycan Mikro-Kredit” BOKT tərəfindən ödənilmiş 64 manat dövlət rüsumunun 86%-i, yəni 55 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 14 %-i, yəni 9 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4852/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4852/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver