Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4856/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 368 manat ödənilməmiş hissə, 36 manat cərimə borcu; 12 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Canon markalı printer üçün 244 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu; 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62223 olan X1 8 markalı telefon, Elari markalı qulaqlıq üçün 613 manat ödənilməmiş hissə, 61 manat cərimə borcu olmaqla, ümumilikdə 1.346 manat borc və 33.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla saslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15 sentyabr 2019-cu il, 12 oktyabr 2019-cu il və 26 noyabr 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung markalı soyuducu, Canon markalı printer, X1 8 markalı telefon və Elari qulaqlıq almış və nəticədə cavabdehin 1.346 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 15 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 1009 manat olan Samsung markalı soyuducu üçün ümumilikdə 404 manat olmaqla 368 manat ödənilməmiş hissə, 36 manat cərimə borcu; 12 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 486 manat olan Canon markalı printer üçün ümumilikdə 268 manat olmaqla 244 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu; 26 noyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən alğı-satqı qiyməti 880 manat olan X1 8 markalı telefon və Elari markalı qulaqlıq üçün ümumilikdə 674 manat olmaqla 613 manat ödənilməmiş hissə, 61 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.150 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung markalı soyuducu, Canon markalı printer, X1 8 markalı telefon və Elari qulaqlıq almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 28 iyun 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 36 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində; 12 oktyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 24 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 26 noyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 61 manat cərimə məbləği azaldılaraq 6 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 368 manat əsas borc, 3 manat cərimə borcu; 12 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 244 manat əsas borc, 2 manat cərimə borcu; 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 613 manat əsas borc, 6 manat cərimə borcu olmaqla, cəmi 1.236 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 33.46 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 33.46 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 368 (üç yüz altmış səkkiz) manat əsas borc, 3 (üç) manat cərimə borcu; 12 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 244 (iki yüz qırx dörd) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 26 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 613 (altı yüz on üç) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 1.236 (bir min iki yüz otuz altı) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 33.46 (otuz üç manat qırx altı qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4856/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4856/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver