Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4856/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və qeyrisinə qarşı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 23-xx-xx-059460 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə-782.63 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış 23xx-xx-059460 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə 2018 manat məbləğində nağd kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, "xxxx" ASC-nin cavabdeh X4 qarşı tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Mülki Məcəllənin 193.2-ci maddəsinə əsasən, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Həmin məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. X1 xx.xx.2020-ci il tarixdəvəfat etmişdir. Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 mirasını qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müraciəti əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021 və xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 88.7 kv/m, yaşayış sahəsi 51.2 kv/m, yardımçı sahəsi 37.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi 0.23 ha olan torpaq sahəsinin X4 məxsus olan hissəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 23-xx-xx- 059460 saylı, xx.xx.2016-cı il tarixlil kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 782.63 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 782.63 manat olduğundan, tərəfimizdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirakı etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları "xxxx" ASC ilə xx.xx.1945-ci il təvəllüdlü X6 arasında bağlanmış 23-xx-xx-059460 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya 60 ay müddətinə 2018 manat məbləğində nağd kredit verilmişdir. xx.xx.1945-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 353 nömrə ilə qeyd edilmişdir (AZ-İİ №091163 saylı ölüm haqqında şəhadətnamə). xx.xx.1945-ci il təvəllüdlü X6 xx.xx.1976-cı il tarixində Hacıyeva Firəngizlə nikaha daxil olmuşdur, birgə nikahdan X3, X5 anadan olmuşdur. xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 503 nömrə ilə qeyd edilmişdir (AZ-İİ №1525569 saylı ölüm haqqında şəhadətnamə). xx.xx.1939-cu il təvəllüdlü X6 xx.xx.1980-ci il tarixində Hacıyeva Əsli ilə nikaha daxil olmuşdur, birgə nikahdan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 anadan olmuşdur. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2020-ci il tarixində ölmüş X4 dair vərəsəlik işi açılmış, onun vərəsələri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vərəsəlik haqqında şəhadətnamələr təqdim edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Konstitusiyası Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 50. Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Hazırki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçın iddiasına cavab verməli olan şəxslər deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.1939-cu il təvəllüdlü X2 vərəsələridir. Hazırki iddia tələbi isə xx.xx.1945ci il təvəllüdlü X6 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi ilə bağlı yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının iddiasına cavab verməli olan şəxslər olmadığından iddia düzgün olmayan cavabdehlərə qarşı verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı irəli sürdüyü iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxslərə qarşı yönəlmədiyindən iddia tələbi bu səbəbdən təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASCnin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "xxxx" ASC-nin xeyrinə 23-xx-xx-059460 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə-782.63 manat, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4856/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4856/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver