Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-486/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cQapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir)c avabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli 1xx/xx/91452/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 386.05 (üç yüz səksən altı manat, 05 qəpik) manat məbləğində əsas borc, 323.53 (üç yüz iyirmi üç manat, 53 qəpik) manat məbləğində faiz borcu, 635.50 (altı yüz otuz beş manat, 50 qəpik) manat məbləğində cərimə borcu, 104.15 (bir yüz dörd manat 15 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1449.23 (bir min dörd yüz qırx doqquz manat, 23 qəpik) manat məbləğində pulun, 34.50 (otuz dörd manat, 50 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.F.Fərhadova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 07 yanvar 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/91452/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 386.05 manat məbləğində əsas borc, 323.53 manat məbləğində faiz borcu, 635.50 manat məbləğində cərimə borcu, 104.15 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1449.23 manat məbləğində borcu qalmışdır, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1391/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır, lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Sonda iddiaçının nümayəndəsi F.F.Fərhadova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında 07 yanvar 2015-ci il tarixli 1xx/xx/91452/15 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, mənzil təmiri məqsədilə bank kredit alana illik 25% olmaqla, 24 ay müddətinə, 2000 manat məbləğində kredit verməyi, kredit alan pulu qəbul etməyi və onu faizləri ilə birgə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən, borc alan müqavilə üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditora vaxtında qaytarılmayan məbləğin illik bu müqavilənin 1.1-ci bəndinə müəyyən edilmiş faizi miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Hesabdan çıxarış”ın surətindən görünür ki, Cavabdeh hesabına xx.xx.2015-ci il tarixdə 2000 manat kredit köçürülmüşdür. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 yanvar 2015-ci il tarixli 1xx/xx/91452/15 saylı kredit müqaviləsinə əsasən, 21 sentyabr 2022-ci il tarixə borcu əsas borc üzrə 386,05 manat, müqavilə müddəti üzrə faiz borcu 323,53 manat, cərimə 635,50 manat, gecikdirilmiş vaxt üzrə faiz borcu 104,15 manat, yaranmış ümumi borc 1449,23 manatdır. İş materiallarından görünür ki, QSC "xxxx" KB tərəfindən Cavabdeh gecikmiş borcun 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi, əks halda borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə 28 dekabr 2019-cu il tarixli Bildiriş göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli 9/520 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh QSC "xxxx" KB-nə olan borcu iddia ərizəsi təqdim olunan tarixə 01 noyabr 2022-ci il tarixə əsas borc üzrə 391.84 manat, faiz borcu üzrə 148,63 manat, faiz borcu (illik 5%-lə) 168,96 manatdır. Həmin Rəyə əlavə edilmiş Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. İş materiallarından görünür ki, QSC "xxxx" KB tərəfindən xx.xx.2021-ci il tarixdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, QSC "xxxx" KB tərəfindən xx.xx.2022-ci il tarixdə 5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında 24 ay müddətinə, illik 25% olmaqla, 2000 manat məbləğində kredit verilməsini nəzərdə tutan 07 yanvar 2015-ci il tarixli 1xx/xx/91452/15 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yetirərək cavabdehə 2000 manat məbləğində kredit vermişdir, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, hazırda onun banka əsas, faiz və cərimə borcu qalmışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, müqavilə üzrə əsas və gecikdirilmiş vaxt üzrə (illik 5%-lə) faiz borc məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən məbləğlərdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə əsas və gecikdirilmiş vaxt üzrə faiz borcu iddia tələbində göstərilən həddə (müvafiq olaraq 386,05 manat; 104,15 manat) müəyyən edilməlidir. Məhkəmə, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən 06 fevral 2023-cü il tarixli 9/520 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 148,63 manat həddində müəyyən edilməlidir. Məhkəmə, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 07 yanvar 2015-ci il tarixli 1xx/xx/91452/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 386,05 manat, faiz borcu üzrə 148,63 manat, cərimə üzrə 50 manat, gecikdirilmiş vaxt üzrə (illik 5%-lə) 104,15 manat olmaqla, ümumilikdə 688,83 manat alınaraq QSC "xxxx" Kommersiya Bankına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2015-ci il tarixli 1xx/xx/91452/15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 386,05 manat, faiz borcu üzrə 148,63 manat, cərimə üzrə 50 manat, gecikdirilmiş vaxt üzrə (illik 5%-lə) 104,15 manat olmaqla, ümumilikdə 688 (altı yüz səksən səkkiz) manat 83 (səksən üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul məbləği alınaraq iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-486/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-486/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver