Məhkəmə qərarları › İş №e-2(011)-4880/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4880/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4880/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı QSC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh və Zamin İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə Alqı-satqı müqaviləsi və xx.xx.2021ci il tarixli, NFTK04511-z saylı Zaminlik müqaviləsi üzrə 134.99 AZN əsas borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 566.99 manat dəyərində nisyə aldığı mala görə 27 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 539.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" MMC ilə Zamin arasında bağlanmış Zaminlik müqaviləsinə əsasən zamin krediti alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Faktorinq müqaviləsi və həmin Faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən, "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı olan 539.99 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə, satıcı alıcıya Təhvil-təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən, alıcı həmin müqavilənin 1 saylı Əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış nisyə alı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən, alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu dərhal tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NFTK04511-z saylı Zaminlik müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən, tələbkarın zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin ödənilməsini zamindən tələb etmək hüququ vardır. Cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmirlər. Belə ki, cavabdehlərin bugünə olan borcu 134.99 AZN təşkil edir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən, satıcı alıcıya Təhvil-təslim aktında (Əlavə 2-də) qeyd olunan malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir (Müqavilənin predmeti,3-cü bəndi). Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəniş həyata keçirilməsini alıcıdan tələb edir (Müqavilənin 4.1-ci bəndi). Ödəniş cədvəlinə uyğun borcu vaxtında və tam ödəməlidir (Müqavilənin 5.4-cü bəndi). Alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etməkdə haqlıdır (Müqaviləni 6.1.1-ci bəndi). İş materiallarında olan xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı “Nisyə Alqı-Satqı müqaviləsi”nə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 566.99 manat olan malı 12 ay müddətinə, aylıq ödənişi 45 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, SAMSUNG A32 64GB BLACK adlı telefon Cavabdeh təhvil verilmişdir, onun tərəfindən malın texniki göstəricisinə və yararlığına iradlar bildirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, NFTK04511-Z saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Zamin xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh satıcı qarşısında götürdüyü öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, alıcı ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Zaminliklə təmin edilən öhdəlik satıcı ilə alıcı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikdir (Müqavilənin 1.2-ci bəndi). Zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin, hesablanmış cərimələrin bütünlüklə ödənilməsini zamindən tələb etmək satıcının hüququdur (Müqavilənin 2.1.1-ci bəndi). İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixli, R-16/19 saylı “Faktorinq müqaviləsi” bağlanmışdır. Bu Müqaviləyə əsasən, "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı olan 539.99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, R-16/19 saylı “Faktorinq müqaviləsi”nə əlavə olunan xx.xx.2021-ci il tarixli, R-xx/xx-0120 saylı Sazişin surətindən görünür ki, faktora güzəşt edilən ümumi tələb məbləği 460097.68 manat, dəbbə pulu dərəcəsi 0,5%, toplam komissiya məbləği 50065.3882 manatdır. Bu Sazişin imzalanması ilə faktor borcluya qarşı münasibətdə kreditor qismində çıxış edir, borcludan öhdəliklərinin icrasını tələb edir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə Cavabdeh bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Hesabdan çıxarış”ın surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə Cavabdeh almaq üçün NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə güzəşt olunan tələb 539.99 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə Arayışı”ndan görünür ki, xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Cavabdeh əsas borcu 134.99 manat, cərimə borcu 0 manat, cəmi borc qalığı 134.99 manatdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun xx.xx.2025ci il tarixinədək qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2025ci il tarixli “Bildiriş” məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 566.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Təhvil-təslim aktından da göründüyü kimi, "xxxx" MMC öz öhdəliklərini yerinə yetirmişdir, Cavabdeh xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan mal qüsursuz şəkildə təhvil verilmişdir. Müqavilənin 1.2-ci maddəsinə əsasən, alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Zamin ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NFTK04511-Z saylı Zaminlik müqaviləsinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin bütünlüklə ödənilməsini zamindən tələb etmək satıcının hüququdur. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli, R-16/19 saylı Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli, R-xx/xx- 0120 saylı Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh olan 539.99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Cavabdeh müvafiq bildiriş təqdim edilmişdir. Belə ki, cavabdehlərin 83 manat əsas borcu, 12.45 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı İddiaçı QSC tərəfindən Cavabdeh bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilmələrini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli, NFTK04511-Z saylı Zaminlik müqaviləsinə əsasən, 134.99 manat əsas borc Cavabdeh və Zamin alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 256-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və Zamin xx.xx.2021-ci il tarixli, NFTK04511 saylı Nisyə alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli, NFTK04511-Z saylı Zaminlik müqaviləsinə əsasən, 134 (yüz otuz dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc, dövlət rüsumunun əvəzi və xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar